13 May 2026 19:03
439
İQTİSADİYYAT
A- A+
Xocalıda ildə 240 min ofis mebeli istehsal ediləcək

Xocalıda ildə 240 min ofis mebeli istehsal ediləcək


Xocalı rayonunun Ballıca kəndində fəaliyyət göstərən “Accurate Az” MMC bölgənin iri istehsal müəssisələrindən biri kimi fəaliyyətini genişləndirir. Müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın müasir texnologiya və avadanlıqları ilə təchiz olunub. Burtada  ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksessuarı istehsal olunacaq. Məhsulların 60 faizinin ixraca, 40 faizinin isə daxili bazara yönəldilməsi planlaşdırılır. İstehsal prosesinin bütün mərhələləri – xammaldan hazır məhsuladək – fabrikdə həyata keçiriləcək.

Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu  (BİF) tərəfindən layihəyə 7 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə işğaldan azad edilmiş ərazilərdə sahibkarlara tətbiq olunan güzəştlərdən də yararlanıb.

Müəssisənin ofis meneceri Mübariz Muradov deyir  ki, hazırda fabrikdə 100-ə yaxın əməkdaş çalışır və gələcəkdə işçi sayının 450 nəfərə çatdırılması nəzərdə tutulur. Müəssisə “Xocalıdan dünyaya” şüarı ilə fəaliyyət göstərir və əməkdaşların böyük hissəsi Xocalı sakinləridir.

Müəssisənin fəaliyyətə başlaması bölgədə məşğulluğun artırılması və qeyri-neft sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, layihənin ixrac potensialının Azərbaycanın yerli istehsal imkanlarını beynəlxalq bazarlarda daha da gücləndirəcəyi gözlənilir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:50
14 İyun

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

10:03
14 İyun

Dünya birjalarında neft ucuzlaşıb

09:58
14 İyun

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

09:37
14 İyun

Dünya çempionatı: Braziliya millisi xal itirib

09:11
14 İyun

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

07:35
14 İyun

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

01:33
14 İyun

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!