24 İyun 2026 17:39
126
İQTİSADİYYAT
A- A+
Neft qiymətləri müharibədənəvvəlki səviyyələrə qayıdıb

Neft qiymətləri müharibədənəvvəlki səviyyələrə qayıdıb


Birjalarda xam neft qiymətləri Yaxın Şərqdəki müharibədənəvvəlki səviyyələrə geri qayıdıb.

AZƏRTAC xəbər verir ki, “Brent” markalı xam neftin qiyməti gün ərzində 3 faizdən çox ucuzlaşaraq 75 dollardan aşağı düşüb. Bu rəqəm müharibə başlamadan öncəki gündən bəri ən aşağı göstəricidir. Hazırda “Brent”in bir bareli 74,6 dollara, “Light” markalı xam neftin bir bareli isə 71 dollara satılır. Neft qiymətləri münaqişənin ən qızğın dövründəki pik hədlə müqayisədə hazırda təxminən 40 faiz ucuzlaşıb.

Ekspertlərin fikrincə, Yaxın Şərqdəki son inkişaflar neft bazarlarında geosiyasi riskin azalmasına və neft qiymətlərini müharibədənəvvəlki səviyyələrə qayıtmasına səbəb olub. Enerji qiymətlərinin ucuzlaşması Hörmüz boğazından neft tankerlərinin hərəkətinin artması fonunda baş verir. Eyni zamanda, ABŞ və İranın münaqişənin sona çatması istiqamətində irəliləyişlərə işarə edən açıqlamaları da qiymətin aşağıistiqamətli dəyişməsinə təsir göstərir. Hörmüzdə gəmi trafikinin davamlı artması münaqişənin ən qızğın dövründə boğazda yaranan fasilələri aradan qaldırmaq üçün tətbiq edilən alternativ həllərin effektivliyini də artırıb.

Bundan başqa, Beynəlxalq Dəniz Təşkilatı yüzlərlə gəminin Körfəzdən çıxmasına imkan verən təhlükəsizlik zəmanətləri aldığını açıqlayıb.

Qeyd edək ki, Yaxın Şərqdəki 100 gündən çox davam edən münaqişə müddətində birjalarda neft qiyməti 75 ilə 126 dollar arasında kəskin dalğalanmalar nümayiş etdirib. “Brent”in fyuçers qiymətləri münaqişədənəvvəlki son ticarət günündə - fevralın 27-də 72,48 dollar idi. Geosiyasi narahatlıqlar səbəbindən martın 2-də “Brent”in qiyməti 82,37 dollara, martın 6-da isə 90 dollara yüksəlib və həftəni 92,69 dollarda tamamlayıb. Bu, 2020-ci ilin aprel ayından bəri neft qiymətlərində təxminən 27,9 faizlə ən sürətli həftəlik artım olub.

Qiymətdəki dalğalanmalar martın ikinci həftəsində güclənib və martın 9-da “Brent” 119,5 dollara satılıb. Aprelin 8-də qiymət kəskin, təxminən 17,3 faiz azalaraq 90,40 dollar təşkil edib. “Brent”in qiyməti aprelin 30-da 126,41 dollara yüksəlib və münaqişənin başlanğıcından bəri ən yüksək səviyyəyə çatıb. Bu qiymət təxminən son 4 ildə ən yüksək səviyyə kimi qeydə alınıb. “Brent”in qiyməti aprel ayı ərzində 86-126 dollar arasında kəskin dalğalanmalar yaşayıb. May ayı ərzində qiymətlər 91-115 dollar arasında dəyişib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“SpaceX”dən 25 milyard dollarlıq istiqraz satışı

19:46
24 İyun

BMT böhran bölgələrindəki qadın və qızlar üçün 10 milyon dollar ayırıb

19:37
24 İyun

Uşaqlıqda şirin içkilərin qəbulu gələcəkdə yüksək təzyiq riski yaradır

19:23
24 İyun

AZAL üçün nəzərdə tutulan ilk “Airbus A321neo” təyyarəsi Hamburqda təhvil verilib

19:06
24 İyun

İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının açılış mərasimi olub YENİLƏNİB 2  

19:05
24 İyun

Azərbaycanda sığorta bazarında yığımlar artıb, ödənişlərdə ciddi yüksəliş qeydə alınıb

18:59
24 İyun

“Zeytun Bağları” Xəzər sahilində ekoloji təmizlik aksiyası keçirib  

18:54
24 İyun

Konqres binasında azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir  

18:52
24 İyun

XİN: Fransanın regionla bağlı köhnəlmiş və birtərəfli yanaşması etibarlı tərəfdaş imicinə zərbə vurur  

18:48
24 İyun

İraq Respublikasının Prezidenti Nizar Amididən

18:43
24 İyun

Azərbaycan və İordaniya arasında enerji istehsalı-ixracı ilə bağlı vəziyyət nəzərdən keçirilib

18:36
24 İyun

Oman tərəfi Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib  

18:31
24 İyun

Nazir: Məktəblilərin Respublika İdman Olimpiadasının qaliblərinə gələcəkdə ali məktəblərə qəbul imkanı yaradıla bilər

18:28
24 İyun

TBMM sədri İƏT Parlament İttifaqının Bakı sessiyasının yüksək səviyyədə təşkilini təqdir edib

18:23
24 İyun

Naxçıvanda vətəndaşların müraciətlərinə baxılıb

18:21
24 İyun

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb

18:19
24 İyun

Suriyada İŞİD-in yüksəkvəzifəli lideri öldürülüb

18:09
24 İyun

Prezident Ərdoğan: Türkiyə İran böhranının uzunmüddətli nizamlanması istiqamətində səylərini davam etdirəcək  

18:06
24 İyun

Beynəlxalq tədbirdə Azərbaycan muğamının milli-mədəni kimliyimizdəki rolu vurğulanıb  

18:01
24 İyun

QS sammitində Azərbaycan pavilyonunun açılışı olub

17:58
24 İyun

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

17:49
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!