25 Fevral 2024 08:30
507
CƏMİYYƏT
A- A+
Xocalı səmasında dolaşan ruhlar da rahatdır

Xocalı səmasında dolaşan ruhlar da rahatdır

 

Keçən ilin sentyabrınacan Xocalı adlı yaramızın qanı kəsilmədi, ağrısı azalmadı. Hər dəfə "Xocalı" deyəndə sarsıldıq, ölüb-dirildik. Qanlı faciəni yaşayanlar da, şahidi olanlar da bu ağrının işgəncəsinə dözdülər, əzabını daşıdılar və bir gün qisasın alınacağına ümid etdilər. İnandılar ki, az qala Yer üzündən silinmək dərəcəsinə çatan Xocalının axan qanı dayanacaq, tıxanan nəfəsi açılacaq. 
Və o gün gəldi. 2023-cü il sentyabrın 19-20-də Xocalının başı üzərindəki qara buludlar dağıldı, erməni adlı kabus gorbagor oldu. 32 il əvvəlki o mənhus gecənin qatı qaranlığından çıxmaq üçün iynənin ulduzu boyda olsa belə işıq axtaran Xocalı sakinlərinin qisası qiyamətə qalmadı. 23 saatlıq lokal xarakterli antiterror tədbirləri Xocalının zülmətinə işıq saldı. Elə bir işıq ki, o, 44 günlük savaşda qazanılan Zəfərə nöqtə qoydu. Göz yaşları qurumuş, az qala qəlbi donmuş, üzündəki əzabın rəngi belə bozarmış, şirinliyi unudub acını özünə "həmdərd" etmiş, daşa dönmüş insanlar dünyaya yenidən gəldilər. Dəli qəhqəhələr, hönkürtülər, çılğın hərəkətlər sağ qalmış xocalılıların boğazına tıxanmış kədəri söküb çıxardı, gözlərdə yuva qurmuş çarəsizliyin üstünə su səpdi, sükunətə bürünmüş lal üsyanı hərəkətə gətirdi, ağrının qapqara, acının bomboz rəngini silib atdı. 
İllərlə Azərbaycan xalqı Xocalı cinayətinin baş verdiyini beynəlxalq səviyyədə subut etmək üçün mübarizə apardı. Xocalı soyqırımı haqqında həqiqətin dünyada etirafı, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün "Xocalıya ədalət!" adlı beynəlxalq təbliğat-təşviqat kampaniyası aparıldı. Amma ikili standartlarla yaşayan dünyanın kar olmuş qulaqlarını, kor olmuş gözlərini açmaq daşa dirəndi. Halbuki bu, təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin qanlı faciəsi idi. 
Bu gün bizimlə Xocalı faciəsi arasında 32 illik bir zaman kəsiyi dayanıb. Ötən il də, ondan əvvəlki il də, daha əvvəlki illərdə də hər gün zamanı adlayıb baş vermiş faciəyə qayıtmışıq. Qayıtmışıq ki, Xocalıda qoyub gəldiyimiz, üstündə alçaq erməni çəkmələrinin izi qalan yurd-yuvamıza ağı deyək, laylay oxuyaq. O günlərə boylanmışıq ki, ümidimizin işığı sönməsin, yaramız qaysaqlamasın. Əks halda qan yaddaşımız ölə bilərdi. Çünki Xocalı bizim qan yaddaşımızın zülməti idi. Bu zülməti yarıb işığa çıxacağımız günü görməyə təşnə idik. Bu təşnə hər gün dodağımızı çatladırdı. Tarix sübut edib ki, qanlı çarpışmalarda daha çox əzilən, daha çox qanı axan, yıxılan tərəfin ayağa qalxması möhtəşəm olur. Biz 5 ay əvvəl qalxdıq və yurdumuza sahib çıxdıq.
İndi Xocalının başı üzərində illərdir dolaşan 613 nəfərin ruhu sakitdir. Erməni cəlladlarının yaraladığı 487 nəfər Xocalı sakininin ağrıyan yarası daha sızıldamır, əsir götürülmüş 1275 nəfərdən bu günə sağ qalanların tor tutan gözləri açılıb. Bu sonluğu onlara Prezident İlham Əliyev və Azərbaycan Ordusu bəxş edib.
 Bəşər tarixinə öz vəhşiliyinə, qəddarlığına və amansızlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımını törədənlər indi Azərbaycanın məlum təcridxanasında "arzu"larına çatıblar, Prezident İlham Əlyev demiş, "çay içirlər". "Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Haqlı çıxdılar, onların tankları Hərbi Qənimətlər Parkındadır. Deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər - istintaq təcridxanasında". 
Qatillərin arzuları gözlərində qaldı, istəklərinə çata bilmədilər. Murazları gözündə qalmış erməni cəlladlları indi başlarını itirib, ayaqlarını gəzirlər. Çünki Ali Baş Komandanın strategiya və taktikası başlarında çatlayıb. Bir zamanlar təqvimdə qara rənglə yazılmış 26 fevral da "qara"dan çıxıb, indi onu sentyabrın 19-20-si əvəz edir. 
Xocalı faciəsi bir xalqın soyqırımı, bir millətin varlığına sui-qəsd, bütüövlükdə insanlığa yönəlmiş vəhşilik idi. 31 il orda yaşayan ermənilər özlərini o torpağın sahibi hesab edirdilər, şəhəri və ətraf kəndləri "özəlləşdirirdilər". Xocalıda doğulan erməni uşaqlarına heç kim demədi ki, bu torpaq onların deyil. Kimsə başa salmadı ki, zəbt etdikləri o torpaqda aldıqları nəfəs, içdikləri su, udduqları hava haramdır. Bir erməninin ağlına gəlmədi ki, gün yetişəcək, o torpağın sahibləri dönəcək, yurdlarına sahib çıxacaqlar. Çünki gözləri kor, qulaqları kar idi. 
Amma o gün yetişdi. Erməniləri 31 illik yuxudan Azərbaycan Ordusu 23 saatın içində ayıltdı. İndi onlar İrəvanda oturub "bəlkə də qaytardılar" nostalgiyası ilə yaşayırlar. Əbəs yerə! Yurd sahibi bir daha onu kimsəyə verməyəcək. O yurd ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapıblar. Arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin kimliyindən xəbər verib. Həmçinin qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan düzəldilmiş müxtəlif əşyalar aşkar edilib. Aparılan toponomik araşdırmalar göstərib ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı toponomiyasında da öz əksini tapıb. 
Rahatsız ruhların harayı amansız olur! Əminik ki, bu rahatsız ruhlar 31 il ermənilərə rahatlıq verməyib. Və gün gəldi ki, onlar həmin rahatsızlığın boş yerdən olmadığını gördülər. Gördülər və üzləri sulu olmasa da, çıxıb getdilər. 
Ona görə də bu gün Xocalı o Xocalı deyil. Bu gün Xocalının səmasında yeni Günəş doğub. Xocalının gecələrində ayın parlaqlığı bərq vuran ulduzların kəhkəşanlığına qarışaraq xüsusi ahəng yaradıb. Xocalının havası təmiz, bulaqları duru, küləyi zümzüməlidir bu gün. İllər əvvəl qan çilənmiş, bərəkəti qaçmış torpağı da canlanıb. Xocalı qapısını sahiblərinin üzünə açıb.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

"Çətin yollar boyunca..."

09:15
13 Aprel

Gənc muğam ifaçısı

09:10
13 Aprel

"Kimyaçı olmağımla fəxr edirəm"

09:05
13 Aprel

Bir "yaşıl enerji" dəhlizi isə başlanğıcını Naxçıvandan götürəcək

09:00
13 Aprel

İkinci həyat

08:55
13 Aprel

Bakıda I Gənc Kardioloqlar Forumu olub

08:50
13 Aprel

Azərbaycan Astanada II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq

08:45
13 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim keçirilib

08:40
13 Aprel

Revanşist siyasəti Ermənistanı uçuruma aparır

08:35
13 Aprel

İkili standartların növbəti təzahürü

08:30
13 Aprel

İlham Əliyevin uğur formulu

08:25
13 Aprel

Ağstafada "Qərbi Azərbaycana qayıdış yolunda" adlı elmi-praktik konfrans keçirilib 

08:20
13 Aprel

Sumqayıtda Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirilib

08:15
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!