Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər çərçivəsində Potoçari şəhərində yerləşən Srebrenitsa Memorial Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, komissiyanın katibi Qəzənfər Əhmədov, nümayəndə heyətinin üzvləri Zaur İsmayılov və Nicat Bədəlzadə, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin birinci katibi Emil Ağayev xatirə abidəsinin önünə əklil qoyub, Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad ediblər. Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutunun idarə heyətinin üzvü Saliha Cuderija Azərbaycan nümayəndə heyətini müşayiət edib.
Anım mərasimindən sonra nümayəndə heyəti Memorial Mərkəzi ziyarət edib və burada daimi fəaliyyət göstərən sərgilərə, sonra isə Tuzla şəhərində Podrinye İdentifikasiya Mərkəzinin işi ilə tanış olub. Mərkəzin məhkəmə antropoloqu Draqana Vuçetiç nümayəndə heyətinə Bosniya və Herseqovinada soyqırımı qurbanlarının ekshumasiyası, identifikasiyası və qalıqlarının yenidən birləşdirilməsi proseslərinin tarixi və həyata keçirilən prosedurlar haqqında təqdimat verib.
Azərbaycan nümayəndə heyətinin 3 günlük səfəri çərçivəsində Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutu ilə Dövlət Komissiyası arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ilkin razılıq əldə edilib. Çünki hər iki ölkə itkin düşmüş şəxslərin qalıqlarının axtarışı ilə bağlı problemlərlə üzləşir.
İnstitutda keçirilən görüşdə tərəflərin səlahiyyətli orqanlarının kütləvi məzarlıqların yerləri haqqında məlumat çatışmazlığı ilə üzləşdiyi vurğulanıb. İtkin düşmüş şəxslərin axtarışı, ekshumasiya, identifikasiya və məlumat bazalarının yaradılması prosesində qazanılmış təcrübə və biliklərin mübadiləsinin müstəsna əhəmiyyət daşıdığı qeyd olunub.
Azərbaycan Respublikasında Ermənistanla münaqişə nəticəsində 3983 nəfər itkin düşüb, Bosniya və Herseqovinada isə hələ də 7608 qurban axtarılır. Bosniya və Herseqovinada indiyə qədər 25 mindən çox qurbanın qalıqları identifikasiya edilərək ailələrinə təhvil verilib, Azərbaycanda isə 688 şəxsin qalıqları ekshumasiya olunub və 167 qurbanın qalıqları identifikasiya edilərək ailələrinə təhvil verilib.
Azərbaycanda ilk dəfə keçiriləcək UFC turnirinin biletləri satışa çıxarılıb
Nazir müavini: Qeyri-neft məhsullarının istehsalı 26 faiz artıb
Azərbaycanla Çin arasında məhkəmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib YENİLƏNƏCƏK
“Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilir
Gənclər kitabxanası “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib
DİN-dən kibertalamalarla bağlı çağırış: Şübhələndiyiniz ilk anda zəngi sonlandırın
Dünya bazarında qızıl 46 dollaradək ucuzlaşıb
“Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə keçirilib
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
Azərbaycan nefti bahalaşıb
İran dövlət televiziyasının Birinci Kanalının əməkdaşları həbs edilib
Tailandda polis təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
Almaniya hökuməti bu il də iqtisadi artım gözləmir
ABŞ Prezidenti: Həm Rusiya, həm də Ukrayna münaqişəyə son qoymaq istəyir
Hakan Fidan: Ankara ilə Türk dövlətləri arasında münasibətlərə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
Qazaxıstan Prezidenti İstanbulda baş verən zəlzələ ilə bağlı Türkiyə liderinə dəstəyini ifadə edib
Tramp: Növbəti bir neçə gün Ukrayna danışıqları üçün çox vacib olacaq
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!