28 Dekabr 2024 02:27
136
Qanunlar
A- A+
"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I); 2024, № 3, maddə 250, № 7, maddə 770) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 32-ci maddənin 3-cü hissəsinə "icarəsinə" sözündən sonra ", dövlət orqanlarının (qurumlarının) istifadəsinə" sözləri əlavə edilsin; 

1.2. 46-cı maddənin 1-ci hissəsinin səkkizinci - on birinci abzasları müvafiq olaraq doqquzuncu - on ikinci abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri;";

1.3. 56-cı maddəyə aşağıdakı məzmunda 12-ci hissə əlavə edilsin:

"12. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin istifadəyə və icarəyə verilməsinin xüsusiyyətləri "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.";

1.4. 66-cı maddəyə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

"2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələri üzərində hüquqların yaranması ilə bağlı münasibətlər "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.".

Maddə 2. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5-ci maddənin birinci hissəsinin beşinci - səkkizinci abzasları müvafiq olaraq altıncı - doqquzuncu abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri;";

2.2. 10-cu maddə üzrə:

2.2.1. ikinci hissəyə "torpaqlar" sözündən sonra "və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri" sözləri əlavə edilsin;

2.2.2. aşağıdakı məzmunda onuncu hissə əlavə edilsin:

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin icarəyə verilməsi "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.".

Maddə 3. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390 (Cild I)  aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8-ci maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.";

3.2. 18-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələri üzərində hüquqların yaranması əsasları "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.".


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNICEF: Bu il 64 min uşaq Bolqarıstanda himayə üçün müraciət edib  

16:51
28 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:48
28 Dekabr

Dövlət Xidməti sahibkarlara müraiciət edib

16:40
28 Dekabr

Azərbaycan ilə Misir arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur  

16:38
28 Dekabr

Xankəndi, Xocalı və Ağdərədə uşaqlara bayram sovqatı paylanılıb

16:14
28 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:12
28 Dekabr

Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin nümayəndələri Aktauya gəliblər  

16:11
28 Dekabr

Təyyarə qəzasında yaralananlara səyyar “ASAN xidmət” göstərilib

16:10
28 Dekabr

Bu ilin 11 ayında əmək müqavilələrinin sayı 75 min artıb

16:08
28 Dekabr

Vəkillər Kollegiyasının əməkdaşları peşə bayramlarını qeyd ediblər

16:07
28 Dekabr

Qazaxıstan Prezidenti Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı müşavirə keçirib  

16:06
28 Dekabr

XİN: Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik ediləcək

16:05
28 Dekabr

Bayram günlərinin hava proqnozu açıqlanıb

16:04
28 Dekabr

Anar Bağırov: Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir 

16:03
28 Dekabr

Urxan Ələkbərov: Ombudsman Aparatı və DİA-nın əməkdaşlığı elmi tədqiqatlara töhfə verəcək  

16:02
28 Dekabr

Mixay Popşoy: Moldova matəm günlərində Azərbaycanın yanında qalır və onunla tam həmrəy olduğunu bildirir

16:01
28 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

15:50
28 Dekabr

Rəsədxana 2025-ci ilin Meteor seli təqvimini açıqlayıb

15:47
28 Dekabr

İtaliya mediası AZAL-ın təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğramasından yazır

15:21
28 Dekabr

Əfqanıstan və Pakistan hərbçiləri arasındakı toqquşmalarda 24 nəfər həlak olub  

15:20
28 Dekabr

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar Atlası” çapa təqdim olunub  

15:19
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!