28 Dekabr 2024 02:27
142
Qanunlar
A- A+
"Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630; Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10-cu maddənin ikinci hissəsinin üçüncü abzasında "hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə" sözləri "bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq" sözləri ilə əvəz edilsin;

1.2. 15-ci maddənin birinci hissəsinin on birinci abzasına birinci halda "sığortası üzrə" sözlərindən sonra "qeyri-dövlət sektoruna aid edilən" sözləri əlavə edilsin.

Maddə 2. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4  (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanunu) 15-11.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

"15-11.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortalı Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə sığortalı ləğv edildikdə, yaxud fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə hesabat təqdim edilir.".

Maddə 3. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514 (Cild I); 2024, № 8, maddə 934) 6.2.11-ci maddəsində "hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə" sözləri "bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq" sözləri ilə əvəz edilsin.

Maddə 4. Keçid müddəalar

4.1. Bu Qanunun 1.2-ci maddəsi 2025-ci il yanvarın 1-dən sonra bağlanmış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə ödənilən sığorta haqlarına münasibətdə tətbiq edilir.

4.2. Qeyri-dövlət sektoruna aid edilməyən sığortaedənlərə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta haqqı ilə bağlı güzəşt yalnız həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq edilir.

4.3. Qeyri-dövlət sektoruna aid edilməyən sığortaedənlərə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta haqqı ilə bağlı güzəşt yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq edilir.

Maddə 5. Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV, 

 Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş Prokurorluqda 2024-cü ilin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib

17:46
28 Dekabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

17:45
28 Dekabr

UNICEF: Bu il 64 min uşaq Bolqarıstanda himayə üçün müraciət edib  

16:51
28 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:48
28 Dekabr

Dövlət Xidməti sahibkarlara müraiciət edib

16:40
28 Dekabr

Azərbaycan ilə Misir arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur  

16:38
28 Dekabr

Xankəndi, Xocalı və Ağdərədə uşaqlara bayram sovqatı paylanılıb

16:14
28 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:12
28 Dekabr

Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin nümayəndələri Aktauya gəliblər  

16:11
28 Dekabr

Təyyarə qəzasında yaralananlara səyyar “ASAN xidmət” göstərilib

16:10
28 Dekabr

Bu ilin 11 ayında əmək müqavilələrinin sayı 75 min artıb

16:08
28 Dekabr

Vəkillər Kollegiyasının əməkdaşları peşə bayramlarını qeyd ediblər

16:07
28 Dekabr

Qazaxıstan Prezidenti Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı müşavirə keçirib  

16:06
28 Dekabr

XİN: Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik ediləcək

16:05
28 Dekabr

Bayram günlərinin hava proqnozu açıqlanıb

16:04
28 Dekabr

Anar Bağırov: Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir 

16:03
28 Dekabr

Urxan Ələkbərov: Ombudsman Aparatı və DİA-nın əməkdaşlığı elmi tədqiqatlara töhfə verəcək  

16:02
28 Dekabr

Mixay Popşoy: Moldova matəm günlərində Azərbaycanın yanında qalır və onunla tam həmrəy olduğunu bildirir

16:01
28 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

15:50
28 Dekabr

Rəsədxana 2025-ci ilin Meteor seli təqvimini açıqlayıb

15:47
28 Dekabr

İtaliya mediası AZAL-ın təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğramasından yazır

15:21
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!