13 May 2026 08:00
317
CƏMİYYƏT
A- A+
Xalqımızın Ulu Öndərə ehtiramı sonsuzdur

Xalqımızın Ulu Öndərə ehtiramı sonsuzdur


Tarixin özü qədər əbədi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin doğum günü bu il də ölkəmizdə böyük ehtiram və məhəbbətlə qeyd edildi.

Bu dəfə də mayın 10-da Şəhidlər xiyabanında Ulu Öndərin məzarını ziyarət etməyə gedənlərin sayı-hesabı olmadı. Bu izdiham sırasında adi insanların, hətta ailəlikcə ziyarətə gələnlərin çoxluğu diqqət çəkirdi. Əllərində əklil olan Məmməd və Anarla, ataları Mehrac Əliyevlə tanış oluruq. Məlum olur ki, Mehrac müəllim Ulu Öndərin rəhbərliyi altında uzun müddət Ordubadda məsul vəzifələrdə çalışıb. Dedi ki, 1993-cü ildə "olum, ya ölüm" dilemması qarşısında qalan Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etdi: "Heydər Əliyev canından əziz bildiyi Azərbaycanı müstəqilliyə qovuşduran müqayisəyəgəlməz bir şəxsiyyətdir, mənalı yaşamaq nümunəsi, mədəniyyət, intellekt mücəssəməsidir, idarəçilik və siyasət məktəbidir. Odur ki, milli sərvətimiz olan Heydər Əliyev irsini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək deməkdir. Gəncliyimdən Heydər Əliyev siyasətinin əsgəri olmuşam, bu əqidə ilə təqaüd yaşımı ötmüşəm.  Ulu Öndərin siyasi məktəbinin üzvü olmağımdan həmişə qürur duyuram".  

Nərimanov rayonundakı M.Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru Nihal Hacıyeva, müəllimlərdən Məleykə, Səadət, Səkinə və Leyli xanım şagirdləri ilə birlikdə ziyarətə gəlişlərindən böyük məmnunluq hissi keçirdiklərini dedilər. Məktəbin direktoru Nihal Hacıyeva bildirdi ki, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur: "Bu böyük şəxsiyyətin xalqımız qarşısındakı xidmətləri cildlərlə kitablara sığmaz. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında əsl milli liderini tapmışdır. O, zaman-zaman yürütdüyü uğurlu daxili və xarici siyasət nətisəcində milli ruhun dirçəldilməsinə, Azərbaycan dövlətinin, elminin, təhsilinin, iqtisadiyyatının, mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmuşdur. Heydər Əliyev həm ölkəmizin, həm də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb".  

Ziyarətçilər arasında Nizami rayon sakini Emin Talıbov da vardı. Bildirdi ki, Azərbaycanın dünya miqyasında tanınması Ümummilli Lider Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır: "1994-cü ildə cəbhədə atəşkəsə nail olunması Heydər Əliyevin tarixi xidmətidir və Ulu Öndər bununla ölkəyə sabitlik gətirdi, iqtisadi islahatlara başladı, Azərbaycana nəhəng xarici sərmayələr cəlb etdi, "Əsrin müqaviləsi" ilə Qərbi öz tərəfinə çəkə bildi. Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi Heydər Əliyevin çox böyük uzaqgörənliyini nümayiş etdirir. Məhz Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. Artıq Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə özünəməxsus yer tutmuş və tutmaqdadır".

Az sonra sinəsi orden və medallı ağsaqqallarla - Sabir Əlihüseynli, Əli Qarayev, Xalid Hafizov, Dünyamalı Cavadov və digərləri ilə həmsöhbət olduq. S.Əlihüseynli bildirdi ki, Ceyranbatan qəsəbəsinin ağsaqqalları hər il mayın 10-da Ulu Öndərin məzarını ziyarət edirlər: "Biz ağsaqqalları sevindirən həm də odur ki, Heydər Əliyevin ideyaları əsasında formalaşan dövlətçilik düşüncəsi, milli birlik və azərbaycançılıq məfkurəsi ölkəmizin gələcək uğurlarının əsas təminatıdır. Böyük qürur hissi ilə deyə bilərik ki, bu gün böyük ehtiramla məzarını ziyarət etdiyimiz Heydər Əliyev Qarabağ zəfərinin təməlini qoymuş Liderdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dirçəliş prosesi, insanların doğma yurda qayıdışı, həyatının yenidən formalaşması və gənclərin milli ruhda yetişdirilməsi bu siyasətin gələcəyə yönəlmiş ən mühüm təzahürlərindən biridir. Biz yaşlı nəsil ümidvarıq ki, 30 illik qaçqınlıq və köçkünlükdən sonra öz doğma kəndinə, elinə-obasına qayıtmış qocalar, eləcə də gənclər Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətimizin gələcək inkişafında mühüm rol oynayacaq, müstəqil və qüdrətli Azərbaycanın daha da güclənməsinə öz töhfələrini verəcəklər".

İzdiham içərisində xüsusi diqqətçəkən, əllərində tər güllər tutmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir qrup tələbəsi ilə də görüşdük. Universitetin  İncəsənət və fiziki hazırlıq fakültəsinin II kurs tələbəsi Raul Əliyev yaşıdları adından bildirdi ki,  biz tələbə gənclər hər il xalqımızın  Ümummilli Lideri Heydər Əliyevin məzarını böyük ehtiramla, sevgi ilə ziyarət edirik: "Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, daha da güclənməsinə böyük töhfələr verərək onun gələcək inkişaf strategiyasını müəyyənləşdirmişdir. Ümummilli Liderin çoxsahəli fəaliyyətinin əsas istiqamətlərindən biri də idman və bədən tərbiyəsi sahəsi olmuşdur.  Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə idmanın da inkişafına böyük diqqətlə yanaşmışdır. O illər idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdür. Yeni idman kompleksləri, qurğuları, zalları tikilmiş, geniş meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır. İdmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərilmişdir. Məhz buna görə gənclərimiz beynəlxalq yarışlardan medallarla qayıtmışlar. Müxtəlif ölkələrdə himnimizi səsləndirmiş, bayrağımızı ucalara qaldırmışlar. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gənclərin sağlam böyüməsinə, zaman-zaman Azərbaycan idmanına göstərdiyi diqqət və qayğının nəticəsidir".   


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

Azərbaycanda bütün iribuynuzlu heyvanlar üçün elektron identifikasiya sistemi yaradılacaq

17:09
12 İyun

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib  

17:01
12 İyun

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

16:46
12 İyun

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:39
12 İyun

Müstəqilliyimizin xilaskarı və dövlətçiliyimizin təminatçısı

16:16
12 İyun

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

16:13
12 İyun

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

16:05
12 İyun

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

15:57
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir 

15:48
12 İyun

Qəbələdə zəlzələ olub

15:42
12 İyun

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb  

15:36
12 İyun

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB 

15:31
12 İyun

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb 

15:23
12 İyun

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

15:12
12 İyun

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB

15:09
12 İyun

Azərbaycan avarçəkəni Avropa çempionu olub

15:03
12 İyun

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub  

14:58
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!