07 Avqust 2026 12:51
173
SİYASƏT
A- A+
Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi  

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi  


Avqustun 8-i Azərbaycanın müasir diplomatiya salnaməsinə, eləcə də Cənubi Qafqazın yeni geostrateji arxitekturasına qızıl hərflərlə yazılmış tarixi dönüş nöqtələrindən biridir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına reallaşan mühüm səfəri və Vaşinqtonda Ermənistanla sülh memorandumunun imzalanmasının ildönümü regionda onilliklər boyu davam edən mürəkkəb münaqişəyə son qoyan, Cənubi Qafqazı gərginlik ocağından dinc inkişaf və qlobal əməkdaşlıq məkanına çevirən müstəsna diplomatik Zəfər günü kimi xatırlanır. Bu tarixi səfərin nəticələrinin yenidən gündəmə gətirilməsi və dərin analitik təhlillərin aparılması göstərir ki, Azərbaycan dövlətinin irəli sürdüyü sülh konsepti yalnız iki ölkə arasında münasibətlərin tənzimlənməsi deyil, bütövlükdə Avrasiya məkanında təhlükəsizlik və inteqrasiya dinamikasını dəyişən qlobalmiqyaslı hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək, cəbhədə qazanılmış möhtəşəm hərbi Zəfəri diplomatik müstəvidə də mütləq siyasi qələbə ilə taclandırdı. Cənubi Qafqazda yaranmış yeni status-kvonun yeganə və suveren müəllifi olan Azərbaycan dövlətinin başçısı müharibə başa çatandan dərhal sonra revanşizmə, kənar güclərin zərərli müdaxilələrinə yer qoymayan, gələcəyə hesablanmış dayanıqlı sülh gündəliyini müəyyən etdi. Şanlı Qələbədən sonra Azərbaycanın təkbaşına irəli sürdüyü beş fundamental prinsip – dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından rəsmən imtina olunması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin tam açılması, eləcə də digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın qurulması sülh prosesinin təməl sütununa çevrildi. Beynəlxalq hüququn aliliyini özündə əks etdirən bu prinsiplər sübut etdi ki, regiona gətirilən sülh təşəbbüsü, onun hüquqi və fəlsəfi məzmunu tamamilə Azərbaycana və Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsinə mənsubdur.

“Vaşinqtonda imzalanmış sənədlər iki dövlət arasında onilliklər boyu davam edən düşmənçilik səhifəsini rəsmən bağladı, tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü yekun olaraq tanımasını beynəlxalq hüquq müstəvisində təsbit etdi. Səfər çərçivəsində təməli qoyulan və xüsusi diqqət mərkəzində duran TRlPP layihəsi regionun iqtisadi və logistik xəritəsini köklü şəkildə yenilədi. Bu transmilli layihə Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarını vahid şəbəkədə birləşdirərək Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin keçiricilik qabiliyyətini və effektivliyini dəfələrlə artırdı, blokada şəraitində qalmış kommunikasiyaların açılmasını təmin etdi, eyni zamanda, regiona nəhəng xarici sərmayələrin axınına və minlərlə yeni iş yerinin yaradılmasına zəmin hazırladı”,-deyə Ə.Ələkbərli vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin sərkərdəliyi və diplomatik dühası ilə bərqərar olan bu sülh, hər şeydən əvvəl Cənubi Qafqazda tarixi ədalətin tam və qəti bərpa olunması deməkdir: “Münaqişə ocağı reputasiyasından tamamilə azad olan region artıq qlobal enerji təhlükəsizliyinin, dayanıqlı yükdaşımaların və qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığın mərkəzi kimi tanınır. Sülhün bəxş etdiyi üstünlüklər həm Azərbaycan, həm Ermənistan, həm də bütün qonşu dövlətlər üçün misilsiz imkanlar açır. Azərbaycan özünün iqtisadi, siyasi və hərbi qüdrətini daha da möhkəmləndirir, Ermənistan isə regional təcriddən qurtularaq dinc qonşuluq siyasətinin iqtisadi dividendlərindən yararlanmaq şansı əldə edir. Kənar güclərin regiona təxribatçı müdaxilə cəhdlərinin qarşısını alan yeni regional təhlükəsizlik modeli məhz Azərbaycan Prezidentinin polad iradəsi və dərin analitik təfəkkürünün məhsuludur. 8 avqust Vaşinqton səfəri və imzalanan sülh memorandumu Prezident İlham Əliyevin hərbi müstəvidə qazandığı Zəfəri böyük diplomatik qələbə ilə tamamlayaraq Cənubi Qafqaza əbədi sülh, sabitlik və tərəqqi gətirən mühüm tarixi hadisə kimi Azərbaycan tarixinə həkk olunub. Bu gün Vaşinqton Sammitinə nəzər salarkən əsas nəticə daha aydın görünür: Azərbaycan təkcə müharibənin qalibi olmadı, həm də sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi. Cənubi Qafqazda yaranmış yeni status-kvonun müəllifi Azərbaycan, onun siyasi memarı Prezident İlham Əliyevdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

13:39
07 Avqust

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb  

13:26
07 Avqust

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

13:24
07 Avqust

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

13:23
07 Avqust

ABŞ-də çip istehsalında istifadə olunan əsas xammala gömrük rüsumu tətbiq edilib

13:22
07 Avqust

Türkiyədə cinayətə sövq edilən uşaqlarla bağlı yeni qanun qəbul olunur

13:20
07 Avqust

Avropada meşə yanğınları 19 milyard avrodan çox zərər vurub

13:19
07 Avqust

Yunanıstanda ağcaqanadlar vasitəsi ilə ötürülən virus sürətlə yayılır

13:17
07 Avqust

Süni intellekt ilk dəfə tam funksional yeni viruslar yaradıb

13:14
07 Avqust

“Meta” şirkətinə uşaq təhlükəsizliyi ilə bağlı rekord cərimə kəsilib

13:12
07 Avqust

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

13:09
07 Avqust

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

13:04
07 Avqust

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

12:54
07 Avqust

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb  

12:53
07 Avqust

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

12:53
07 Avqust

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi  

12:51
07 Avqust

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

12:49
07 Avqust

Donald Tramp ABŞ-də "doğum turizmi"ni yenidən qadağan etmək istəyir

12:13
07 Avqust

Nabranda təmizlik aksiyası keçirilib

12:03
07 Avqust

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

12:00
07 Avqust

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu 

11:45
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!