layiqli cəzasını alacaq
Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasları davam etdirilir.
Sözügedən məhkəmə iclaslarında R.Vardanyanın itiham olunduğu cinayət əməlləri üzrə suallara cavab verməməsi, susması xüsusi diqqət çəkir.
Elə başa düşülə bilər ki, bəlkə də Vardanyan Vətən müharibəsindən sonra Qarabağda törətdiyi cinayət əməllərinə görə utandığından danışmağa söz tapmır, dili lal olur. Amma bu, qətiyyən belə deyil. Baxışlarından kin-küdurət yağan tülkü xislətli Vardanyan əslində düşünür ki, iclaslarda ağzına su almaqla guya xalqımıza qarşı həyata keçirdiyi bədnam əməllərin üzərini örtəcək, beləcə Azərbaycan qanunları ilə mühakimə olunmaqdan da qurtulacaq. Lakin hazırda Bakıda məhkəmələri davam etdirilən və xalqımıza, ölkəmizə qarşı silsilə cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan kimi, Ruben Vardanyanın da təqsiri sübuta yetirilərsə, layiqli cəzası veriləcək. Yəni Vardanyan məhkəmədə hər nə qədər erməni hiyləsinə əl atsa da bu ona qətiyyən kömək etməyəcək.
Maraqlı qüvvələrin maşası
44 günlük müharibədən sonra tələsik Rusiya vətəndaşlığından çıxaraq özünü Qarabağa yetirən R.Vardanyan burada Azərbaycan qanunlarına zidd fəaliyyətlə məşğul olmağa başladı. Bəzi maraqlı dairələrin bölgədəki çirkin planlarını yerinə yetirmək üçün maşa rolunu oynayan Vardanyan separatçı rejimin "dövlət naziri" seçildi. Ara qarışdırmaqla məşğul olan bu erməni dəllal separatizmi gücləndirməyə, vəziyyətin gərginləşməsinə çalışdı. Missiyasına uyğun olaraq dialoq prosesinə mane olmağa, təhlükəsizliyə təhdidlər yaratmağa başladı, pul vəsaitlərini Qarabağdakı qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkilinə yönəltdi. Azərbaycanın suveren ərazilərində sərvətlərimizin talançılığı ilə məşğul olan Vardanyan onu xüsusi dağıdıcı missiya ilə Qarabağa yerləşdirən qüvvələrə güvənərək ard-arda sərsəm açıqlama və bəyanatlar verdi. Eyni zamanda tarixi təhrif edən tamamilə yalan və böhtan xarakterli məlumatlarla dünya ictimaiyyətində çaşqınlıq yaratmaq istəyirdi. Təbii ki, bu siyahını uzatmaq da olar, amma elə bu nümunələr də R.Vardanyanın cinayət əməllərini aydın təsəvvür etməyə yetir.
Ümumiyyətlə, R.Vardanyanın Vətən müharibəsindən sonra bu bölgəyə yerləşib özbaşınalıqlar etməsi, bir növ Azərbaycanın səbri ilə oynamaq demək idi və bunun çox sürməyəcəyi əvvəlcədən gün kimi bəlli idi.
Azərbaycan 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri sayəsində Qarabağda separatizmə birdəfəlik son qoydu, suverenliyini təmin etdi və Konstitusiyası respublikamızın bütün ərazilərində qüvvəyə mindi. Beləliklə, növbə vaxtilə xalqımıza, ölkəmizə qarşı saysız cinayət əməlləri törətmiş canilərin layiqli cəzalarını almasına gəldi. Qondarma qurumun quldur rəhbərləri Bakıya gətirilərək ədalət mühakiməsinə çıxarıldı.
Törətdiyi qeyri-qanuni əməllərə görə R.Vardanyan 2023-cü il sentyabrın 27-də saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olundu. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilən R.Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilir və onun barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasları davam etdirilir.
Oyunbazlığın növbəti pərdəsi
Vurğuladığımız kimi, R.Vardanyan keçirilən məhkəmə iclaslarında ona ünvanlanan sualları cavablandırmaqdan imtina edir. Fevralın 25-də keçirilən iclasda da analoji hal təkrar olunub.
Ona qondarma rejimin dövlət naziri vəzifəsinə təyin edilməsi qaydası, həmin vəzifəyə təyin olunmasına zəmanətin kim tərəfindən verilməsi, bununla bağlı məsləhətləşmələr apardığı insanların şəxsiyyəti, Azərbaycanın əvvəllər işğal altında olmuş hansı ərazilərinə səyahət etməsi, "Biz və Bizim dağlar Ərazi İnkişaf Agentliyi" və "Artsaxın Təhlükəsizliyi və İnkişaf Cəbhəsi Hərəkatı"nın fəaliyyət istiqamətləri barədə suallar verilib.
Dövlət ittihamçıları ona Ermənistan ərazisindən keçərək qanunsuz olaraq Azərbaycanın suveren ərazisi olan Qarabağa gəlməsi, keçmiş qondarma rejimin ərazidə dövriyyədə olan pul vahidi, həmin ərazidə Ermənistan pasportundan istifadə olunma səbəbi, Ermənistan silahlı qüvvələrinin orada yerləşməsinin məqsəd və əsasları, R.Vardanyan tərəfindən Azərbaycan və Erməni xalqlarının birgə yaşamasının qeyri-mümkünlüyünü ifadə edən, habelə xalqlar arasında nifrət və ədavəti oyadan xarakterə malik çıxışların edilmə səbəbi və məqsədi, qondarma rejimin maliyyələşdirilməsi forması və Ermənistan dövlətinin bu prosesdə iştirakı, "dövlət naziri" vəzifəsində qısa müddət olmasının səbəbi barədə suallar veriblər. R.Vardanyan isə bu sualları cavablandırmaqdan imtina edib.
Ancaq suç bəlli, günahkar bəlli. Vətən müharibəsindən sonra Qarabağda "desant" kimi peyda olaraq bölgədə vəziyyəti təhdid edərək dağıdıcı fəaliyyətlə məşğul olan R.Vardanyan məhkəmə iclaslarında sussa da, susmasa da, nəticə dəyişməyəcək.
Bu fitnəkarın cinayət əməlləri sübuta yetiriləcək və layiqli cəzasını alacaq.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Nazirlər Kabinetinin hesabatı dinlənilib
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında
Azercell abunəçilərinin nəzərinə
Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb
Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ
ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib
Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir
Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib
Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib
DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb
Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB
Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq
İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!