17 Sentyabr 2026 09:30
191
Mədəniyyət
A- A+
“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”


Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə gətirdiyi yeniliklər onun yaradıcılığının müxtəlif istiqamətlərində özünü göstərib. Bəstəkar milli musiqinin peşəkar musiqi ilə vəhdətini yaradaraq sonrakı bəstəkar nəsilləri üçün mühüm məktəb formalaşdırıb. Üzeyir Hacıbəylinin yaradıcılığında musiqi, elm və pedaqoji fəaliyyət bir-biri ilə sıx vəhdət təşkil edir. Bəstəkar "Ər və arvad", "O olmasın, bu olsun" və "Arşın mal alan" kimi əsərləri ilə Azərbaycanda musiqili komediya və operetta janrlarının inkişafına böyük töhfə verib.

Bunu AZƏRTAC-a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı söyləyib.

O qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisində qəzəl-romans janrının da əsasını qoyub. Nizaminin sözlərinə yazdığı "Sənsiz" və "Sevgili canan" romansları bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

"Bəstəkarın elmi fəaliyyəti də Azərbaycan musiqişünaslığının inkişafında mühüm mərhələ təşkil edir. O, uzun illər apardığı tədqiqatların nəticəsi olaraq "Azərbaycan xalq musiqisinin əsasları" əsərini yaradıb. Bu elmi əsər Azərbaycan musiqisinin nəzəri əsaslarının öyrənilməsi baxımından bu gün də mühüm mənbələrdən biri hesab olunur.

Üzeyir Hacıbəyli məktəbinin təsiri sonrakı bəstəkar nəslinin yaradıcılığında da aydın görünür. Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Sultan Hacıbəyov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ramiz Mustafayev və digər bəstəkarların yaradıcılığında milli musiqi ilə peşəkar bəstəkarlıq ənənələrinin vəhdəti öz əksini tapıb. Ü.Hacıbəylinin yaratdığı ənənələr sonrakı dövrlərdə də inkişaf etdirilib. Fikrət Əmirovun "Şur" simfonik muğamı, eləcə də digər bəstəkarların muğam simfonizmi sahəsində ərsəyə gətirdikləri əsərlər bu məktəbin davamlılığını göstərir.

Onun ən böyük arzularından biri Azərbaycan musiqisinin dünyada təbliği olub. Bu gün bəstəkarlarımızın əsərlərinin dünyanın müxtəlif konsert salonlarında səsləndirilməsi həmin arzunun reallaşmasının göstəricisidir. Bəstəkarın irsinin beynəlxalq səviyyədə təbliğində keçirilən musiqi festivalları və müxtəlif layihələr də mühüm rol oynayır. Üzeyir Hacıbəylinin doğum günü - 18 Sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması da onun Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz mövqeyinin sübutudur", - deyə o əlavə edib.

Azərbaycan musiqişünaslığında Üzeyirşünaslıq istiqamətinin formalaşmasının dahi bəstəkarın irsinin tükənməzliyini göstərdiyini vurğulayan Səadət Təhmirazqızı deyib: "Musiqişünaslar daim Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edərək yeni faktları üzə çıxarır, onun əsərlərinin müxtəlif aspektlərini araşdırırlar. Üzeyir Hacıbəyli öz xalqı və onun mədəniyyəti üçün elə böyük bir sərvət yaradıb ki, o bitib-tükənən deyil. Bizim üzərimizə düşən ən böyük məsuliyyət həmin irsi qorumaq, gələcək nəsillərə çatdırmaq və düzgün şəkildə təbliğ etməkdir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 122 dollara satılır

10:22
17 Sentyabr

Qazaxın kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib

10:19
17 Sentyabr

Kosovonun keçmiş prezidenti müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib

10:00
17 Sentyabr

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

09:59
17 Sentyabr

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

09:50
17 Sentyabr

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

09:47
17 Sentyabr

Bütün zamanlarda xatırlanan bəstəkar

09:40
17 Sentyabr

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

09:30
17 Sentyabr

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

09:20
17 Sentyabr

Sözün əbədiyyəti

09:10
17 Sentyabr

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!