17 Sentyabr 2026 08:20
266
SİYASƏT
A- A+
“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”


Pakistanın "Dispatch News Desk" (DND) portalında kommunikasiya fəlsəfəsi üzrə tədqiqatçı Şazia Ənvər Çimanın Prezident İlham Əliyevin Qərb mediası və Avropa Parlamentinin ikili standartları ilə bağlı mövqeyinə həsr olunmuş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif Prezident İlham Əliyevin müxtəlif çıxışlarında Qərb mediasında faktların manipulyasiya olunması, məqsədyönlü narrativlərin formalaşdırılması və media məkanından siyasi təsir aləti kimi istifadə edilməsi məsələlərinə dəfələrlə diqqət çəkdiyi barədə yazıb. Tədqiqatçının fikrincə, Azərbaycan Prezidenti bu cür informasiya kampaniyalarını konkret faktlar və nümunələr əsasında təhlil edən siyasi liderlərdən biridir.

Şazia Ənvər Çima vurğulayır ki, uzun müddətdir Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki çıxışlarını izləyir. Onun sözlərinə görə, dövlət başçısının rəsmi internet saytında yayımlanan çıxışlarının mətnləri kommunikasiya fəlsəfəsi və narrativlərin formalaşdırılması prosesini öyrənən tədqiqatçılar və tələbələr üçün mühüm materialdır. Bu çıxışlarda saxta narrativlərin necə yaradılması, xarici təsir mexanizmləri və gənclərin informasiya kampaniyalarının əsas hədəfinə çevrilməsi kimi məsələlərə də toxunulur.

Müəllif yazır ki, müəyyən xarici güclərin hegemonluğunu qəbul etmək əvəzinə müstəqil və balanslaşdırılmış xarici siyasət yürütmək istəyən Azərbaycan kimi ölkələrə qarşı media təzyiqi daha da güclənir. Şazia Ənvər Çimanın fikrincə, Qərb media mühitinin özündə də, xüsusilə akademik fəaliyyətlə praktik medianı birləşdirən mütəxəssislər arasında bu yanaşmaya tənqidi münasibət formalaşmağa başlayıb. Onlar bildirirlər ki, ictimaiyyət üçün müxtəlif mənbələrdən faktları yoxlamaq imkanlarının artması fonunda Qərb mediasının etibarlılığı zəifləyir. Müəllif qeyd edir ki, bu ekspertlər Qərb mediasını öz roluna yenidən baxmağa, ölkələrə nə etməli olduqlarını diktə etmək əvəzinə onların özləri üçün hansı yolun daha uyğun olduğuna qərar verməsinə imkan yaratmağa çağırırlar. Onların qənaətinə görə, media artıq Qərb dövlətlərinin siyasi xəttinin köməkçi aləti kimi çıxış etməməlidir.

Şazia Ənvər Çima hesab edir ki, Prezident İlham Əliyev sübutlar, konkret nümunələr və məlumatlar təqdim etməklə Qərb mediasındakı bu yanaşmaları ifşa edən nadir siyasi liderlərdən biridir. Məqalədə Prezident İlham Əliyevin narrativin həqiqətə əsaslanmalı, reallığı əks etdirməli və qərəzli olmamalı olduğu barədə mövqeyi də xüsusi vurğulanır. Pakistanlı tədqiqatçı bu baxımdan Şuşada keçirilən Qlobal Media forumlarındakı müzakirələrə də toxunub. O qeyd edib ki, Prezident İlham Əliyev koordinasiyalı və məqsədyönlü informasiya kampaniyalarını "media hücumu" kimi xarakterizə edib, bu cür kampaniyaların çox vaxt mühüm geosiyasi proseslərlə eyni dövrə təsadüf etdiyinə diqqət çəkib. Prezident İlham Əliyev daha əvvəl də media materiallarının obyektiv olmasının vacibliyini vurğulayıb.

Məqalədə Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının baş katibini, təşkilatın müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçilərini, eləcə də bir sıra beynəlxalq dini qurumların nümayəndələrini qəbul edərkən səsləndirdiyi fikirlərə xüsusi yer ayrılıb.

Şazia Ənvər Çima yazır ki, dövlətimizin başçısı Azərbaycanın uzun illər ərzində Avropa institutlarında üzləşdiyi münasibətdən danışaraq ikili standartlarla bağlı mövqeyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın güclənməsi fonunda ölkəyə qarşı yenidən "çirkli Qərb media kampaniyası" aparıldığını bildirib və Azərbaycan haqqında yalan və böhtan xarakterli materialların dərc olunduğunu deyib.

Müəllif yazır ki, dövlətimizin başçısı həmin görüşdə bəzi ölkələrin ikili yanaşma və ikili standartlarından danışıb, Azərbaycanın təxminən 30 il davam edən Ermənistan işğalı dövründə üzləşdiyi vəziyyətə beynəlxalq ictimaiyyətin münasibətini konkret faktlarla izah edib.

Şazia Ənvər Çimanın sözlərinə görə, Prezident İlham Əliyev böyük dövlətlərin, o cümlədən keçmiş Minsk qrupuna daxil olan ölkələrin Ermənistana dəstək verdiyini bildirib. Məqalədə həmçinin bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnaməsinin olmasına baxmayaraq, beynəlxalq təşkilatlar uzun müddət bu məsələyə təsirli reaksiya verməyiblər.

Müəllif yazısını saxta narrativlərin müasir dövrdə ciddi təsir alətinə çevrildiyini vurğulamaqla yekunlaşdırıb və bu problemin beynəlxalq səviyyədə daha geniş müzakirəsinə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Şazia Ənvər Çima Pakistanın İdarəetmə və Texnologiya Universitetində (UMT) kommunikasiya fəlsəfəsi üzrə assistant professordur. O, beynəlxalq münasibətlər, geosiyasət, xarici siyasət və regional məsələlər üzrə ixtisaslaşmış pakistanlı akademik, tədqiqatçı, media analitiki və şərhçidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kosovonun keçmiş prezidenti müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib

10:00
17 Sentyabr

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

09:59
17 Sentyabr

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

09:50
17 Sentyabr

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

09:47
17 Sentyabr

Bütün zamanlarda xatırlanan bəstəkar

09:40
17 Sentyabr

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

09:30
17 Sentyabr

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

09:20
17 Sentyabr

Sözün əbədiyyəti

09:10
17 Sentyabr

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Ü.Z.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:13
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!