16 Sentyabr 2026 19:55
197
SİYASƏT
A- A+
Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir  

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir  


Sentyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Bu xüsusda qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin, habelə parlamentlərarası əlaqələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın Afrika qitəsi ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyi bildirilib.

Ölkəmizin Afrika ölkələri ilə qarşılıqlı səfərlərin intensivləşdirilməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycan Milli Məclisinin parlament diplomatiyasının inkişaf etdirilməsi, Afrika ölkələrinin parlamentləri ilə əlaqələrin möhkəmləndirilməsi və Pan-Afrika Parlamenti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini xüsusi qeyd edib. Milli Məclis ilə Pan-Afrika Parlamenti arasında imzalanmış anlaşma memorandumunun mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tərəflər Azərbaycanın beynəlxalq və regional platformalarda sədrliyi və fəaliyyəti barədə də fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkatın institusional inkişafına mühüm töhfələr verdiyini bildirib. Bu çərçivədə Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılmasının, eləcə də Hərəkat çərçivəsində həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

COVID-19 pandemiyası dövründə Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərib, həmçinin postpandemiya dövründə Afrikada və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlərində bərpa proseslərinin dəstəklənməsi üçün vəsait ayırıb. Bununla yanaşı, vaksinlərin bərabər paylanması ilə bağlı qətnamənin qəbul olunduğu xatırlanıb.

Azərbaycanın COP29 sədrliyi çərçivəsində inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika dövlətlərinin iqlim maliyyəsinə çıxışının genişləndirilməsi istiqamətində aparılan işlər və Bakıda qəbul olunmuş qərarların əhəmiyyəti qeyd olunub.

Görüş zamanı Azərbaycanın yerləşdiyi regionda oynadığı rol, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, habelə keçmiş Ermənistan-Azərbaycan münaqişəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə qarşı tərəfə məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ərazilərinin işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib. Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının yalnız siyasi və diplomatik sahə ilə məhdudlaşmadığı, enerji, nəqliyyat, kənd təsərrüfatı, mədən sənayesi, təhsil, humanitar və digər istiqamətlərdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd olunub. Azərbaycan tərəfindən Afrikada təhsil və tibbi proqramlara, eləcə də institusional potensialın inkişafına göstərilən dəstəyin əhəmiyyəti vurğulanıb.

Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiq Azərbaycanın Afrika qitəsi ilə əlaqələrin inkişaf etdirilməsinə verdiyi önəmi, habelə parlament diplomatiyası və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü tədbiri keçirilib

20:42
16 Sentyabr

Tətildən dərhal sonra idman etmək olar?   

20:39
16 Sentyabr

QAFQAZ ALBANİYASI: TARİXİ İRS VƏ VARİSLİK ƏNƏNƏSİ

20:36
16 Sentyabr

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib  

20:05
16 Sentyabr

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib  

20:04
16 Sentyabr

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib  

20:02
16 Sentyabr

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub  

20:01
16 Sentyabr

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub  

20:00
16 Sentyabr

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

19:58
16 Sentyabr

FTB agentləri kiberhücumu araşdırmaq üçün neft tankerində reyd keçiriblər  

19:58
16 Sentyabr

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir  

19:55
16 Sentyabr

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib  

19:54
16 Sentyabr

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər  

19:53
16 Sentyabr

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar 

19:46
16 Sentyabr

Ölkəmizin İslam dünyasında uğurlu həmrəylik yolu  

19:43
16 Sentyabr

İspaniya mağaralarında neolit dövrünə aid kannibalizm izləri aşkarlandı  

19:40
16 Sentyabr

Torpaq sürüşməsi 2600 illik məzarlığı üzə çıxardı  

19:36
16 Sentyabr

Sülhə xidmət edən türk dünyası birliyi  

18:41
16 Sentyabr

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

18:27
16 Sentyabr

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

18:26
16 Sentyabr

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb

18:01
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!