16 Sentyabr 2026 20:01
200
SİYASƏT
A- A+
Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub  

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub  


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, millət vəkili, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin sədri Kürşad Zorlu, həmin qurumun sədr müavini Temel Akyürək və Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygörlə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq miqyasda həyata keçirdiyi layihələr barədə məlumat verən sədr Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə, qarşılıqlı etimada və möhkəm dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əzmi, siyasi iradəsi, qətiyyəti və qarşılıqlı səyləri mühüm rol oynayıb. Bu siyasi iradənin nəticəsi olaraq iki qardaş ölkə arasında bütün sahələri, o cümlədən diaspor fəaliyyətini əhatə edən, gündən-günə möhkəmlənən və sarsılmaz xarakter alan münasibətlər formalaşıb.

Bildirilib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mədəni dəyərlərimizin təbliği, xaricdə yaşayan soydaşlarımızın bir araya gətirilməsi və Azərbaycan diasporunun fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu çərçivədə hazırda dünyanın 21 ölkəsində 33 Azərbaycan Evinin mövcudluğuna diqqət çəkilib. Həmin evlərdən bir neçəsinin Türkiyədə yerləşməsi və burada yaşayan azərbaycanlıların vahid platforma ətrafında birləşməsinə, milli-mədəni irsimizin qorunub yaşadılmasına, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsinə töhfələr verdiyi vurğulanıb.

Kürşad Zorlu türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin və ortaq təşəbbüslərin artırılmasının vacibliyindən danışıb. O, müasir texnologiyaların yaratdığı imkanların xaricdə yaşayan soydaşların daha çevik və effektiv şəkildə bir araya gətirilməsi, onların vahid rəqəmsal platformalar üzərindən əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, rəqəmsal imkanlardan məqsədyönlü istifadə diaspor təşkilatları arasında informasiya mübadiləsini sürətləndirməklə yanaşı, müxtəlif ölkələrdə yaşayan soydaşların ortaq məqsədlər ətrafında daha sıx əməkdaşlığına şərait yarada bilər. O, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi layihə və proqramları yüksək qiymətləndirdiyini qeyd edib.

Səmərəli fikir mübadiləsi ilə davam edən görüşdə perspektivə dair təkliflər səslənib, real əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü tədbiri keçirilib

20:42
16 Sentyabr

Tətildən dərhal sonra idman etmək olar?   

20:39
16 Sentyabr

QAFQAZ ALBANİYASI: TARİXİ İRS VƏ VARİSLİK ƏNƏNƏSİ

20:36
16 Sentyabr

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib  

20:05
16 Sentyabr

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib  

20:04
16 Sentyabr

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib  

20:02
16 Sentyabr

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub  

20:01
16 Sentyabr

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub  

20:00
16 Sentyabr

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

19:58
16 Sentyabr

FTB agentləri kiberhücumu araşdırmaq üçün neft tankerində reyd keçiriblər  

19:58
16 Sentyabr

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir  

19:55
16 Sentyabr

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib  

19:54
16 Sentyabr

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər  

19:53
16 Sentyabr

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar 

19:46
16 Sentyabr

Ölkəmizin İslam dünyasında uğurlu həmrəylik yolu  

19:43
16 Sentyabr

İspaniya mağaralarında neolit dövrünə aid kannibalizm izləri aşkarlandı  

19:40
16 Sentyabr

Torpaq sürüşməsi 2600 illik məzarlığı üzə çıxardı  

19:36
16 Sentyabr

Sülhə xidmət edən türk dünyası birliyi  

18:41
16 Sentyabr

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

18:27
16 Sentyabr

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

18:26
16 Sentyabr

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb

18:01
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!