16 Sentyabr 2026 19:43
202
SİYASƏT
A- A+
Ölkəmizin İslam dünyasında uğurlu həmrəylik yolu  

Ölkəmizin İslam dünyasında uğurlu həmrəylik yolu  


Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkanlardan biri olub. Bu, müasir dövrdə də ölkənin ictimai həyatında və xarici siyasətində özünü aydın şəkildə göstərir. Müxtəlif dini və etnik icmaların qarşılıqlı hörmət şəraitində yaşaması, mədəni müxtəlifliyin qorunması və dinlərarası dialoqun təşviqi respublikamızın multikulturalizm və tolerantlıq siyasətinin əsas istiqamətlərindəndir. Bu yanaşma Azərbaycanın yalnız ayrı-ayrı dövlətlərlə deyil, beynəlxalq və regional təşkilatlarla münasibətlərində də öz əksini tapır.

Bu baxımdan son günlər Bakıda keçirilən tədbirlər xüsusi diqqət çəkir. Sentyabrın 14-də Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin Müsəlman Dini İdarə Rəhbərlərinin VII görüşünün keçirilməsi və Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkili Azərbaycanın dini-mədəni irsə və dialoqa verdiyi əhəmiyyətin növbəti nümunəsidir. Ölkəmizin multikultural və tolerant mühiti onu müxtəlif dinlərin və sivilizasiyaların nümayəndələri arasında dialoqun aparılması üçün əlverişli məkana çevirib. 

Sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Türk dünyası və Qafqaz xalqları ilə sıx əlaqələrimizin olduğunu vurğulayıb. Bu tədbirlərin əhəmiyyətini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir: “Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək”.

Dövlətimizin başçısı bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələrdən narahatlığını ifadə edib. Bildirib ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. 

Beynəlxalq siyasətində dini dəyərlərə hörmətə, müxtəlifliyin qorunmasına və qarşılıqlı anlaşmanın təşviqinə böyük əhəmiyyət verən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır. Böyük regional qurum olan İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin sosial-iqtisadi, ictimai-siyasi, elmi və mədəni həyatında mühüm rol oynayır.

Azərbaycanın İƏT ilə əlaqələri də müxtəlif sahələri əhatə edir. Ölkəmiz təşkilat çərçivəsində əməkdaşlığın inkişafına, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə və ümumi problemlərin həlli istiqamətində birgə fəaliyyətə xüsusi əhəmiyyət verir. Bu əlaqələr Azərbaycanla İslam dünyası arasında siyasi münasibətlərlə yanaşı, sosial, iqtisadi, humanitar, elmi və mədəni əməkdaşlığın da inkişafına xidmət edir.

Azərbaycan İƏT məkanında fəal təşəbbüslərlə çıxış etməklə yanaşı, təşkilat çərçivəsində müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə də mühüm töhfələr verib. 

2013-cü ilin aprelində Bakıda İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfransının keçirilməsi də belə təşəbbüslərdən biri olub. Tədbirdə əmək, miqrasiya, işçi qüvvəsi, təcrübə mübadiləsi və sosial müdafiə sahələrində gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirən Çərçivə Sənədi qəbul edilib, Azərbaycanın təşəbbüsü ilə İƏT Əmək Mərkəzinin yaradılması barədə qərar verilib. Həmin ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə BMT və İƏT arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi mövzusunda yüksək səviyyəli iclasın keçirilməsi də Azərbaycanın İslam dünyası ilə əməkdaşlığa beynəlxalq  müstəvidə də əhəmiyyət verdiyini göstərib.

Dövlətimizin başçısı Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı və ICESCO xətti ilə bir çox tədbirlərin keçirildiyini diqqətə çatdırıb: “Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik”.

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi və Azərbaycan Prezidentinin sərəncamı ilə həmin ilin “İslam Həmrəyliyi İli” elan edilməsi islam həmrəyliyinin möhkəmləndirilməsi, islam dəyərlərinin dünyada təbliği baxımından mühüm hadisələrdən olub. Bakıda keçirilən Oyunlar İslam dünyasının müxtəlif ölkələrindən olan idmançıları bir araya gətirməklə yanaşı, ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mühüm platformaya çevrilib.

“İslam Həmrəyliyi İli”ndə islam dünyasının ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması, müsəlman ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlar sonrakı illərdə də davam etdirilib.

Gələn il islam dünyasının diqqəti yenidən Azərbaycana yönələcək. İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü ölkəmizin paytaxtında keçiriləcək. Dövlətimizin başçısının bildirdiyi kimi, dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycanın təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış etdiyini vurğulayan Prezident İlham Əliyev gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacağına əminliyini ifadə edib: “Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik”.

Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri müxtəlif dini və mədəni platformalarda əməkdaşlığın daha da genişləndirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və dialoq imkanlarının artırılmasıdır. İƏT Zirvə Görüşünün 2027-ci ildə Bakıda keçirilməsi də Azərbaycanın İslam dünyası ilə münasibətlərinin inkişafı baxımından mühüm hadisə olacaq. Dünyada və xüsusilə müsəlman aləmində mürəkkəb proseslərin davam etdiyi bir vaxtda belə bir toplantının Azərbaycanda keçirilməsi ölkəmizin dialoqa, əməkdaşlığa və həmrəyliyə verdiyi əhəmiyyətin növbəti ifadəsinə çevriləcək.


Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü tədbiri keçirilib

20:42
16 Sentyabr

Tətildən dərhal sonra idman etmək olar?   

20:39
16 Sentyabr

QAFQAZ ALBANİYASI: TARİXİ İRS VƏ VARİSLİK ƏNƏNƏSİ

20:36
16 Sentyabr

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib  

20:05
16 Sentyabr

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib  

20:04
16 Sentyabr

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib  

20:02
16 Sentyabr

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub  

20:01
16 Sentyabr

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub  

20:00
16 Sentyabr

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

19:58
16 Sentyabr

FTB agentləri kiberhücumu araşdırmaq üçün neft tankerində reyd keçiriblər  

19:58
16 Sentyabr

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir  

19:55
16 Sentyabr

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib  

19:54
16 Sentyabr

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər  

19:53
16 Sentyabr

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar 

19:46
16 Sentyabr

Ölkəmizin İslam dünyasında uğurlu həmrəylik yolu  

19:43
16 Sentyabr

İspaniya mağaralarında neolit dövrünə aid kannibalizm izləri aşkarlandı  

19:40
16 Sentyabr

Torpaq sürüşməsi 2600 illik məzarlığı üzə çıxardı  

19:36
16 Sentyabr

Sülhə xidmət edən türk dünyası birliyi  

18:41
16 Sentyabr

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

18:27
16 Sentyabr

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

18:26
16 Sentyabr

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb

18:01
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!