21 Oktyabr 2026 01:03
194
Qanunlar
A- A+
Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında  

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında  


Azərbaycan Respublikasinin Qanunu


Layihə


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 254 000,0 min manat, xərcləri 42 400 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) məbləğində təsdiq edilsin.

 

Maddə 2. Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

 

Sıra №-si

Gəlirlərin mənbələri

Məbləğ

(manatla)

2.1.

Fiziki şəxslərin gəlir vergisi

3 070 000 000,0

2.2.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

6 983 000 000,0

2.3.

Hüquqi şəxslərin torpaq vergisi

48 000 000,0

2.4.

Hüquqi şəxslərin və fərdi sahibkarların əmlak vergisi

400 000 000,0

2.5.

Əlavə dəyər vergisi

9 386 000 000,0

2.5.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

4 700 000 000,0

2.6.

Sadələşdirilmiş vergi

467 000 000,0

2.7.

Aksizlər

1 909 000 000,0

2.7.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər

240 000 000,0

2.8.

Yol vergisi

368 000 000,0

2.8.1.

Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

61 000 000,0

2.9.

Mədən vergisi

155 000 000,0

2.10.

Gömrük rüsumları

1 867 000 000,0

2.11.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar

98 000 000,0

2.12.

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər

872 000 000,0

2.13.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi)

11 900 000 000,0

2.14.

Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar

48 000 000,0

2.15.

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

17 000 000,0

2.16.

Dövlət rüsumu

420 000 000,0

2.17.

Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar

110 000 000,0

2.18.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar
(bu Qanunun 3.1-ci maddəsi istisna olmaqla)

652 000 000,0

2.19.

Sair daxilolmalar

484 000 000,0

 

Maddə 3. Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcədənkənar daxilolmaları aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

 

3.1.

Bu Qanunun 2.1 – 2.4-cü, 2.5-ci (2.5.1-ci maddə istisna olmaqla), 2.6-cı, 2.7-ci (2.7.1-ci maddə istisna olmaqla), 2.8-ci (2.8.1-ci maddə istisna olmaqla), 2.9-cu, 2.11-ci, 2.15 – 2.17-ci maddələrində nəzərdə tutulan daxilolmalardan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.3-cü maddəsi ilə müəyyən edilən məbləğ

297 000 000,0

 

Maddə 4. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

 

Maddə 5. Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

5.1. bu Qanunun 9-cu maddəsi ilə 2027-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi;

5.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar.

 

Maddə 6. Bu Qanunun 9-cu maddəsi ilə 2027-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

 

Maddə 7. Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmə səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

 

Sıra
№-si

Xərclərin istiqamətləri

Məbləğ

(manatla)

7.1.

Ümumi dövlət xidmətləri

5 521 830 795,0

7.1.1.

qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti

2 259 397 133,0

7.1.2.

beynəlxalq münasibətlər

528 500 000,0

7.1.3.

xarici yardımlar

33 000 000,0

7.1.4.

elm

257 920 835,0

7.1.5.

seçki və statistika tədbirləri

35 962 827,0

7.1.6.

büdcələrarası transfertlər

207 050 000,0

7.1.6.1.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi)

198 000 000,0

7.1.6.2.

yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya

7 500 000,0

7.1.6.3.

yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya

1 550 000,0

7.1.7.

dövlət borcu

2 200 000 000,0

7.2.

Müdafiə və milli təhlükəsizlik

8 816 401 550,0

7.2.1.

müdafiə qüvvələri

3 369 570 986,0

7.2.2.

milli təhlükəsizlik

479 181 155,0

7.2.3.

sərhəd xidməti

553 977 316,0

7.2.4.

müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər

4 413 672 093,0

7.2.4.1.

xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər

4 000 000 000,0

7.3.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq

3 438 594 235,0

7.3.1.

məhkəmə hakimiyyəti

180 807 611,0

7.3.2.

hüquq mühafizə

2 416 294 516,0

7.3.3.

prokurorluq

131 340 052,0

7.3.4.

məhkəmə qərarlarının icrası

10 000 000,0

7.3.5.

hüquqi yardım

10 090 262,0

7.3.6.

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər

690 061 794,0

7.4.

Təhsil

5 098 986 361,0

7.4.1.

məktəbəqədər təhsil

434 773 917,0

7.4.2.

ümumi təhsil

2 185 406 764,0

7.4.3.

peşə təhsili

115 405 379,0

7.4.4.

orta ixtisas təhsili

102 106 990,0

7.4.5.

ali təhsil

240 553 245,0

7.4.6.

əlavə təhsil

17 366 617,0

7.4.7.

təhsil sahəsində tətbiqi tədqiqatlar

8 259 199,0

7.4.8.

təhsil sahəsində digər müəssisə və tədbirlər

1 995 114 250,0

7.5.

Səhiyyə

2 084 080 227,0

7.5.1.

poliklinikalar və ambulatoriyalar

13 149 554,0

7.5.2.

xəstəxanalar

253 351 118,0

7.5.3.

diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyət

2 612 648,0

7.5.4.

səhiyyə sahəsində tətbiqi tədqiqatlar

4 949 001,0

7.5.5.

səhiyyə sahəsində proqramlar və digər xidmətlər

1 810 017 906,0

7.5.5.1.

icbari tibbi sığorta fonduna ayrılan vəsait

1 100 000 000,0

7.6.

Sosial müdafiə və sosial təminat

4 913 986 069,0

7.6.1.

sosial müdafiə

537 954 936,0

7.6.2.

sosial təminat

395 484,0

7.6.3.

sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər

4 375 635 649,0

7.6.3.1.

dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait

1 600 000 000,0

7.7.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət

643 014 410,0

7.7.1.

mədəniyyət və incəsənət sahəsində fəaliyyət

238 845 570,0

7.7.2.

televiziya, radio və nəşriyyat

68 369 136,0

7.7.3.

bədən tərbiyəsi və gənclər siyasəti

48 651 508,0

7.7.4.

yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər

22 831 453,0

7.7.5.

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər

264 316 743,0

7.8.

Mənzil və kommunal təsərrüfatı

335 181 605,0

7.8.1.

mənzil təsərrüfatı

66 378 119,0

7.8.2.

kommunal təsərrüfatı

132 521 518,0

7.8.3.

su təsərrüfatı

15 689 176,0

7.8.4.

mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər

120 592 792,0

7.9.

Kənd təsərrüfatı

1 379 487 512,0

7.9.1.

kənd təsərrüfatı tədbirləri

800 882 562,0

7.9.2.

baytarlıq

53 256 985,0

7.9.3.

meliorasiya

477 000 000,0

7.9.4.

balıqçılıq və balıq ovu

4 980 875,0

7.9.5.

kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər

43 367 090,0

7.10.

Ətraf mühitin mühafizəsi

438 615 202,0

7.10.1.

ətraf mühitin və təbiətin mühafizəsi

601 676,0

7.10.2.

bioloji zənginliyin qorunması

10 679 554,0

7.10.3.

torpaq və yerquruluşu

15 100 000,0

7.10.4.

hidrometeorologiya tədbirləri

10 425 144,0

7.10.5.

meşə təsərrüfatı

21 279 615,0

7.10.6.

ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi

275 235 310,0

7.10.7.

ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər

105 293 903,0

7.11.

İqtisadi fəaliyyət

8 907 333 777,0

7.11.1.

nəqliyyat və rabitə

785 108 349,0

7.11.2.

iqtisadi və kommersiya fəaliyyəti

90 374 458,0

7.11.3.

tikinti və şəhərsalma

6 003 965 550,0

7.11.3.1.

dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)

5 300 000 000,0

7.11.4.

geodeziya və faydalı qazıntılar

9 435 712,0

7.11.5.

yanacaq və enerji kompleksi

99 937,0

7.11.6.

iqtisadi fəaliyyətlə bağlı digər xidmətlər

2 018 349 771,0

7.12.

Əsas bölmələrə aid edilməyən xərclər

822 488 257,0

7.12.1.

ehtiyat fondları

410 000 000,0

7.12.1.1.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu

300 000 000,0

7.12.1.2.

Dövlət büdcəsinin Ehtiyat Fondu

110 000 000,0

7.12.2.

valyuta konvertasiyası

4 000 000,0

7.12.3.

əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət

408 488 257,0

7.12.3.1.

dövlət ehtiyatlarının yaradılması

29 786 660,0

7.12.3.2.

fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər

20 000 000,0

7.12.3.3.

sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər

358 701 597,0

 

 

Maddə 8. Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf və iqtisadi təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

 

Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 18 430 000,0 min manat, yerli xərclər 735 575,0 min manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 17 694 425,0 min manat məbləğində təsdiq edilsin.


                                                                                                                                        (manatla)

Sıra №-si

Şəhər və rayonların adı

Gəlirlər

Yerli xərclər

Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi

 

 

Şəhərlər

 

 

 

1.

Bakı

16 649 450 000,0

326 784 000,0

16 322 666 000,0

2.

Gəncə

152 350 000,0

28 909 000,0

123 441 000,0

3.

Lənkəran

45 540 000,0

9 018 000,0

36 522 000,0

4.

Mingəçevir

40 050 000,0

12 567 000,0

27 483 000,0

5.

Naftalan

11 570 000,0

3 281 000,0

8 289 000,0

6.

Sumqayıt

288 300 000,0

25 038 000,0

263 262 000,0

7.

Şəki

39 870 000,0

8 137 000,0

31 733 000,0

8.

Şirvan

35 400 000,0

5 383 000,0

30 017 000,0

9.

Yevlax

46 570 000,0

6 017 000,0

40 553 000,0

10.

Xankəndi

10 000 000,0

0,0

10 000 000,0

 

Rayonlar

 

 

 

11.

Abşeron

133 500 000,0

11 438 000,0

122 062 000,0

12.

Ağcabədi

27 100 000,0

6 307 000,0

20 793 000,0

13.

Ağdam

23 600 000,0

6 913 000,0

16 687 000,0

14.

Ağdaş

15 400 000,0

6 665 000,0

8 735 000,0

15.

Ağdərə

1 810 000,0

0,0

1 810 000,0

16.

Ağstafa

14 050 000,0

5 582 000,0

8 468 000,0

17.

Ağsu

20 940 000,0

4 862 000,0

16 078 000,0

18.

Astara

17 400 000,0

4 514 000,0

12 886 000,0

19.

Balakən

10 200 000,0

4 500 000,0

5 700 000,0

20.

Beyləqan

36 270 000,0

4 736 000,0

31 534 000,0

21.

Bərdə

25 860 000,0

7 177 000,0

18 683 000,0

22.

Biləsuvar

16 480 000,0

4 738 000,0

11 742 000,0

23.

Cəbrayıl

3 980 000,0

3 130 000,0

850 000,0

24.

Cəlilabad

18 450 000,0

6 554 000,0

11 896 000,0

25.

Daşkəsən

9 250 000,0

4 064 000,0

5 186 000,0

26.

Füzuli

18 410 000,0

5 938 000,0

12 472 000,0

27.

Gədəbəy

11 720 000,0

7 251 000,0

4 469 000,0

28.

Goranboy

17 450 000,0

6 887 000,0

10 563 000,0

29.

Göyçay

25 470 000,0

5 515 000,0

19 955 000,0

30.

Göygöl

25 960 000,0

6 007 000,0

19 953 000,0

31.

Hacıqabul

11 840 000,0

6 183 000,0

5 657 000,0

32.

Xaçmaz

46 170 000,0

7 963 000,0

38 207 000,0

33.

Xızı

6 300 000,0

2 919 000,0

3 381 000,0

34.

Xocalı

3 250 000,0

2 302 000,0

948 000,0

35.

Xocavənd

2 529 000,0

2 529 000,0

0,0

36.

İmişli

46 880 000,0

5 567 000,0

41 313 000,0

37.

İsmayıllı

19 700 000,0

6 850 000,0

12 850 000,0

38.

Kəlbəcər

5 470 000,0

4 578 000,0

892 000,0

39.

Kürdəmir

20 810 000,0

5 421 000,0

15 389 000,0

40.

Qax

7 430 000,0

4 733 000,0

2 697 000,0

41.

Qazax

24 700 000,0

5 665 000,0

19 035 000,0

42.

Qəbələ

37 450 000,0

8 583 000,0

28 867 000,0

43.

Qobustan

7 360 000,0

5 624 000,0

1 736 000,0

44.

Quba

43 300 000,0

7 237 000,0

36 063 000,0

45.

Qubadlı

8 740 000,0

3 890 000,0

4 850 000,0

46.

Qusar

22 920 000,0

6 161 000,0

16 759 000,0

47.

Laçın

9 250 000,0

5 348 000,0

3 902 000,0

48.

Lerik

7 300 000,0

5 431 000,0

1 869 000,0

49.

Masallı

20 040 000,0

7 463 000,0

12 577 000,0

50.

Neftçala

12 580 000,0

4 893 000,0

7 687 000,0

51.

Oğuz

5 520 000,0

3 928 000,0

1 592 000,0

52.

Saatlı

16 310 000,0

5 488 000,0

10 822 000,0

53.

Sabirabad

18 840 000,0

5 353 000,0

13 487 000,0

54.

Salyan

19 290 000,0

5 197 000,0

14 093 000,0

55.

Samux

10 880 000,0

4 961 000,0

5 919 000,0

56.

Siyəzən

10 420 000,0

4 179 000,0

6 241 000,0

57.

Şabran

13 780 000,0

4 431 000,0

9 349 000,0

58.

Şamaxı

20 910 000,0

7 598 000,0

13 312 000,0

59.

Şəmkir

33 510 000,0

8 654 000,0

24 856 000,0

60.

Şuşa

5 171 000,0

1 757 000,0

3 414 000,0

61.

Tərtər

13 490 000,0

5 941 000,0

7 549 000,0

62.

Tovuz

56 270 000,0

8 374 000,0

47 896 000,0

63.

Ucar

11 390 000,0

3 889 000,0

7 501 000,0

64.

Yardımlı

5 220 000,0

4 573 000,0

647 000,0

65.

Zaqatala

20 730 000,0

6 010 000,0

14 720 000,0

66.

Zəngilan

4 100 000,0

2 808 000,0

1 292 000,0

67.

Zərdab

7 750 000,0

5 182 000,0

2 568 000,0

 

Cəmi

18 430 000 000,0

735 575 000,0

17 694 425 000,0

 

Maddə 10. Bu Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədilə şəhər və rayonların gəlirləri yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəhər və rayonlara onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır.

 

Maddə 11. Azərbaycan Respublikasının 2027-ci il üzrə daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri aşağıdakı kimi təsdiq edilsin:

 

Sıra

№-si

Xərclərin istiqamətləri

Məbləğ

(manatla)

11.1.

Daxili dövlət borcu üzrə cəmi,

o cümlədən:

772 500 000,0

 

faiz xərcləri

635 300 000,0

11.2.

Xarici dövlət borcu üzrə cəmi,

o cümlədən:

1 427 500 000,0

 

faiz xərcləri

364 000 000,0

 

Maddə 12. Azərbaycan Respublikasının 2027-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 6 000 000,0 min manat məbləğində təsdiq edilsin.

 

Maddə 13. Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

 

Maddə 14. Dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3 146 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən və digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2027-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçirilsin.

 

Maddə 15. Azərbaycan Respublikasının 2027-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 50 377 122,9 min manat müəyyən edilsin.

 

Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2027-ci il icmal büdcəsinin kəsirinin yuxarı həddinin məbləği 16 074 122,9 min manat məbləğində müəyyən edilsin.

 

Maddə 17. Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

  

İlham Əliyev,


Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, “______ ”____________2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında

01:07
21 Oktyabr

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

01:06
21 Oktyabr

Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında

01:06
21 Oktyabr

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında  

01:03
21 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji xidmətlərin aparılması", "Əlilliyin düzgün dərk edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi", "Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması", "Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili" və "Əlilliyi olan şəxslər üçün motivasiya xarakterli təşəbbüslərin təşkili" adlı müsabiqələr keçirir

01:01
21 Oktyabr

Çempionlar Liqası: "Sabah" "Borussiya Dortmund"a minimal hesabla uduzub

22:45
20 Oktyabr

TÜRKPA-nın Baş katibinin müavinləri seçiliblər

22:06
20 Oktyabr

Sahibə Qafarova: TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir  

21:51
20 Oktyabr

Bəşəriyyətin dörddə birindən çoxu kifayət qədər qida tapa bilmir

20:57
20 Oktyabr

Bişkekdə TÜRKPA Şurasının iclası baş tutub

20:49
20 Oktyabr

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib  

20:35
20 Oktyabr

BMT xəbərdarlıq edir: 800 milyon gənc işsiz qala bilər  

19:56
20 Oktyabr

Almaniya hərbi təlimlərə başlayıb

19:11
20 Oktyabr

Pekində yaşlı əhali sürətlə artır  

18:54
20 Oktyabr

Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  

18:37
20 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb  

18:36
20 Oktyabr

 Yeni ağıllı tərəzi təqdim edilib

18:34
20 Oktyabr

Avropa süni intellekt yarışında ABŞ və Çindən geridə qalır

18:26
20 Oktyabr

BMT: Əfqanıstanda 19 milyondan çox insan qış mövsümündə aclıq təhlükəsi ilə üzləşə bilər  

18:15
20 Oktyabr

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

18:09
20 Oktyabr

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

18:05
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!