17 Sentyabr 2026 08:50
167
İQTİSADİYYAT
A- A+
Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək


Buna ölkəmizin əlverişli investisiya mühiti imkan verir


Azərbaycan-İsveçrə iqtisadi münasibətləri ticarət, investisiya, enerji, sənaye və innovasiya sahələrini əhatə edən fəal tərəfdaşlığa əsaslanır. İkitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə bu günlərdə növbəti İsveçrə-Azərbaycan Biznes-Forumu təşkil olunub. 

Forum iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində  keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, enerji, nəqliyyat və logistika, tikinti, maşınqayırma, metallurgiya, qida, turizm, səhiyyə, telekommunikasiya, konsaltinq, maliyyə, kimya, əczaçılıq və s. sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan-İsveçrə I Biznes-Forumu 2011-ci il oktyabrın 27-də Bakıda təşkil olunub və fəaliyyətə başlayıb. Həmin vaxtdan da ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf dinamikasına müsbət təsir göstərib. Ticarət və qarşılıqlı investisiyalar ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərinə çevrilib.

İndiyədək İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 844 milyon dollardan çox investisiya yatırılıb. Ölkəmizdə tikinti materialları istehsalı sahəsində İsveçrənin "Holcim" şirkəti fəaliyyət göstərir. 

Budəfəki forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov  Azərbaycanın  məhz əlverişli biznes və investisiya mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və Orta dəhliz çərçivəsində artan rolunu vurğulayıb. Ölkəmizdə fəaliyyət göstərən azad iqtisadi və sənaye zonalarının, eləcə də "yaşıl enerji" potensialının investorlar, o cümlədən İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer çıxışında Azərbaycan-İsveçrə iqtisadi dialoqunun inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də işgüzar dairələr arasında birbaşa təmasların artırılmasının əhəmiyyətini bildirib.

Forum çərçivəsində Dördüncü Sənaye İnqilabı, innovasiya ekosistemləri və investisiya təşviqi sahəsində qlobal trendlər nəzərdən keçirilib, Azərbaycan və İsveçrə şirkətlərinin təqdimatları dinlənilib, investisiya prioritetləri, qlobal bazarlara çıxış imkanları və əməkdaşlıq modelləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Mikayıl Cabbarov tədbir barədə belə deyib: "İsveçrə-Azərbaycan Biznes-Forumu iki ölkənin işgüzar dairələrinin səmimi fikir mübadiləsi aparması və yeni əməkdaşlıq imkanlarını dəyərləndirməsi baxımından faydalı oldu. Tədbirdə investisiya və ticarət, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, innovasiya və turizm sahələrində əməkdaşlığın inkişafı üçün mövcud potensial və səsləndirilən təkliflər nəzərdən keçirildi. Azərbaycanın əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi və regional bağlantıları İsveçrə şirkətləri üçün yeni imkanlar yaradır".

Onu da qeyd edək ki, səfəri zamanı Azərbaycanın iqtisadiyyat nazirini İsveçrə Konfederasiyasının prezidenti, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamentinin rəhbəri Gi Parmelen də qəbul edib.

Söhbət zamanı Azərbaycan-İsveçrə münasibətlərinin gündəliyindəki məsələlər müzakirə olunub. Ölkələrimiz arasında möhkəm ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığı, tərəfdaşlığın qarşıdakı dövrdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb. Ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində yeni istiqamətlərin müəyyənləşdirilməsi, həmçinin humanitar əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer ilə  də  görüşü olub.

Aparılan fikir mübadiləsi Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlərə yönəldilib. Belə bir inam ifadə olunub ki, iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni birgə təşəbbüslərin reallaşdırılması iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək. 

Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası da keçirilib. Birgə komissiyanın həmsədrləri Mikayıl Cabbarov və Andrea Rauber Saxerin iştirak etdiyi iclasda Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər, həmçinin ticarət və investisiya əlaqələrinin mövcud vəziyyəti  diqqət mərkəzində olub. Eləcə də İsveçrə Konfederasiyası ilə tərəfdaşlığın ikitərəfli formatda və beynəlxalq maliyyə qurumları çərçivəsində genişləndirilməsi məsələləri müzakirə edilib.

Beləliklə, ölkələrimiz arasında sənaye, enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın yeni perspektivlərinin meydana çıxdığı özünü göstərib. Eləcə də Azərbaycanın əlverişli investisiya mühiti, strateji nəqliyyat bağlantıları, "yaşıl enerji" potensialı və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərin xarici tərəfdaşlar üçün yaratdığı  imkanlar  bir daha gündəmə gəlib. Önəmli məqamlardan biri də odur ki, sözügedən görüş və tədbirlərdə  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan biznes dəstəyi mexanizmləri də diqqətə çatdırılıb.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kosovonun keçmiş prezidenti müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib

10:00
17 Sentyabr

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

09:59
17 Sentyabr

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

09:50
17 Sentyabr

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

09:47
17 Sentyabr

Bütün zamanlarda xatırlanan bəstəkar

09:40
17 Sentyabr

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

09:30
17 Sentyabr

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

09:20
17 Sentyabr

Sözün əbədiyyəti

09:10
17 Sentyabr

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Ü.Z.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:13
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!