17 Sentyabr 2026 08:30
195
SİYASƏT
A- A+
“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”


Son dövrlərdə TDT çərçivəsində transmilli və mütəşəkkil cinayətkarlıq, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiya ilə mübarizə mexanizmləri hazırlanır. 2025-ci ildə türk dövlətlərinin polis akademiyaları platformasının yaradılması və 

11 sentyabr 2026-cı ildə Astanada keçirilmiş TDT daxili işlər nazirlərinin üçüncü iclasında Cinayətkarlıqla Mübarizə Şurasının yaradılması barədə razılığın əldə olunması təhlükəsizlik sahəsində əməkdaşlığın müəyyən institusional səviyyəyə çatdığını göstərir. Bu mənada TÜRKPOL-un yaradılması təklifinə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlığın daha institusional əsaslara keçirilməsi istiqamətində səylərin davamı kimi baxmaq lazımdır.

Bu fikirləri türk ekspert Zeynəb Gizem Özpınar Türkiyənin daxili işlər naziri Mustafa Çiftçinin TÜRKPOL-un yaradılması ilə bağlı son təklifini AZƏRTAC-ın müxbirinə şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirlərinin bu təklifə müsbət münasibət bildirməsi siyasi zəminin formalaşmağa başladığını göstərir: "Beləliklə, TÜRKPOL-u uzun illər ərzində TDT çərçivəsində inkişaf edən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha inkişaf etmiş institusional struktura çevrilməsinə yönəlmiş təşəbbüs kimi nəzərdən keçirmək lazımdır".

Zeynəb Gizem Özpınar qeyd edir ki, TÜRKPOL-un yaxın illərdə fəaliyyətə başlaması üçün bir sıra addımların atılması zəruridir. İlk növbədə Cinayətkarlıqla Mübarizə Şurasının təsis sazişinin imzalanması, daha sonra isə məlumat mübadiləsi üzrə ümumi standartların müəyyənləşdirilməsi, axtarışda olan şəxslər və transmilli cinayətlərlə bağlı məlumat mübadiləsinin tənzimlənməsi, qurumlar arasında səlahiyyət və öhdəliklərin müəyyənləşdirilməsi, habelə birgə əməliyyat potensialının yaradılması tələb olunacaq.

"Burada iştirakçı ölkələrin hüquq sistemləri, təhlükəsizlik sistemləri və məlumat mübadiləsi sahəsində qanunvericiliyindəki fərqlər bu prosesin sürətini müəyyən edən əsas amillərdən biridir. Eyni zamanda TDT üzvü olan ölkələrin siyasi iradəsini və hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlıq mexanizmlərini nəzərə alaraq, ilk mərhələdə daimi fəaliyyət göstərən koordinasiya və məlumat mübadiləsi strukturunun yaradılması, daha sonra isə TÜRKPOL-un Türk Dövlətlərinin Hüquq-Mühafizə Orqanları ilə Əməkdaşlıq Agentliyinə çevrilməsi real ssenari kimi irəli sürülür", - deyə ekspert izah edib.

Zeynəb Gizem Özpınar hesab edir ki, yaxın bir neçə il ərzində TÜRKPOL-un institusional struktura çevrilməsi ehtimalı yüksəkdir. Bununla belə, onun miqyası və əməliyyat potensialı üzv dövlətlər arasında hüquqi və siyasi uzlaşmanın səviyyəsindən asılı olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kosovonun keçmiş prezidenti müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib

10:00
17 Sentyabr

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

09:59
17 Sentyabr

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

09:50
17 Sentyabr

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

09:47
17 Sentyabr

Bütün zamanlarda xatırlanan bəstəkar

09:40
17 Sentyabr

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

09:30
17 Sentyabr

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

09:20
17 Sentyabr

Sözün əbədiyyəti

09:10
17 Sentyabr

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Ü.Z.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:13
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!