07 Sentyabr 2026 13:55
1581
Elm və texnika
A- A+
Uşaqlar yemək yeyərkən cizgi filmlərinə baxmamalıdır – psixoloqdan xəbərdarlıq 

Uşaqlar yemək yeyərkən cizgi filmlərinə baxmamalıdır – psixoloqdan xəbərdarlıq 


Yemək zamanı uşaqlara cizgi filmi göstərmək onların nitq inkişafına və qidalanma vərdişlərinə ciddi mənfi təsir göstərir. Bu barədə rusiyalı psixoloq Mariya Safonova xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, valideynlər çox vaxt azyaşlı uşaqlara yemək yedirərkən cizgi filmi açırlar, lakin bunun ağır nəticələrini nəzərə almırlar. Ekrandakı vizual və səs effektlərinə aludə olan uşaqlar yeməyi mexaniki şəkildə qəbul etməyə başlayırlar. Bu isə acma və toxluq hissəsinin pozulmasına, gələcəkdə qidalanma davranışında çətinliklərin yaranmasına gətirib çıxarır. M.Safonova bildirib ki, cizgi filmi olmadan yeməkdən imtina edən uşaqlar qidaya diqqət yetirmədikləri üçün çeynəmə prosesini tam mənimsəyə bilmirlər. Yeməyi düzgün çeynəməmək isə dilin artikulyasiya zəifliyinə və nəticədə nitq inkişafının ləngiməsinə səbəb olur. Psixoloq vurğulayıb ki, uşaqlar yemək zamanı tam olaraq qidaya diqqət yetirməlidirlər. Onlar yeməyə toxunmalı, onun qatılığını, temperaturunu və dadını hiss edərək tam sensor qavrayış almalıdırlar.

Həmçinin kiçikyaşlı uşaqların müstəqil çeynəməyi, qaşıq və çəngəl tutmağı öyrənməsi onların kiçik motorikasının inkişafı üçün vacib şərtlərdən biridir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

19:42
08 Oktyabr

Kəskin arıqlamağın və qidadan imtina etməyin təhlükəli fəsadları

19:37
08 Oktyabr

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb  

19:32
08 Oktyabr

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib  

19:23
08 Oktyabr

Çin ABŞ-nin F-35 qırıcı təyyarəsinin məxfi hissələrini ələ keçirib  

19:13
08 Oktyabr

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar  

19:07
08 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub

18:57
08 Oktyabr

Başqalarına kömək etmək beyni cavanlaşdırır   

18:49
08 Oktyabr

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb  

18:43
08 Oktyabr

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib  

18:38
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2

18:31
08 Oktyabr

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

18:11
08 Oktyabr

Beyin fəaliyyətini izləyən qulaqlıq  

18:07
08 Oktyabr

Dünyanın ən böyük pinqvin koloniyası yox olmaq üzrədir  

18:03
08 Oktyabr

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır

18:01
08 Oktyabr

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub  

17:57
08 Oktyabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib  

17:46
08 Oktyabr

Dünya səyyahları Xankəndiyə gəliblər 

17:37
08 Oktyabr

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

17:21
08 Oktyabr

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb  

17:08
08 Oktyabr

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi  

17:05
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!