29 İyun 2026 16:32
250
DÜNYA
A- A+
Türkiyə Prezidenti NATO-nun təhlükəsizliyə yanaşmasını yenidən nəzərdən keçirməyə çağırır

Türkiyə Prezidenti NATO-nun təhlükəsizliyə yanaşmasını yenidən nəzərdən keçirməyə çağırır


Müharibələr, böhranlar, terrorizm və qanunsuz miqrasiya, xüsusən də NATO-nun şərq və cənub-şərq sərhədləri boyunca təhlükəsizlik məsələlərinə yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı Şimali Atlantika Alyansının Parlamentlərarası Assambleyasının İstanbulda keçirilən iclasında çıxış edərkən verib.

Türkiyə lideri NATO PA-nın iclasını Alyansın Ankarada keçiriləcək sammitindən (7-8 iyul – red.) əvvəl “həmrəyliyin gücləndirilməsi yolunda əlamətdar hadisə” adlandırıb.

Türkiyənin dövlət başçısı Avro-Atlantik təhlükəsizlik sisteminin tarixi bir dönüş nöqtəsi yaşadığını qeyd edib.

“Qlobal münasibətlər və siyasət sistemini təsvir edən anlayışlar bir çox hallarda öz mənasını itirib. Köhnə davranış modelləri bir-birinin ardınca çökdükcə, qəbul edilmiş yanaşmaları nəyin əvəz edəcəyi hələ də məlum deyil. Sabitlik gərginliklə, nizam isə xaosla əvəz olunur. Heç kim sabahın nə gətirəcəyini təxmin edə bilməz”, - deyən siyasətçi beynəlxalq qurumlara olan etimadın azaldığını vurğulayıb.

Türkiyə lideri hazırkı şəraitdə NATO-nun çəkindirici potensialının qorunmasının və müttəfiq ölkələr arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb. “Geosiyasi reallıqlar NATO-nun dünyada rolunu artırıb. Ankara “yeni dövrün ruhunu” hamıdan daha yaxşı başa düşür. Türkiyə böhran bölgələri ilə 1800 kilometrdən çox quru sərhədinə malikdir. Güclü ordu və müdafiə sənayesinin imkanları sayəsində ölkəmiz 70 ildən çoxdur ki, NATO-nun təhlükəsizliyinə töhfə verməkdə ön sıralardadır. Biz NATO missiyalarında fəal iştirak edir, sülhü və sabitliyi qorumaq üçün missiyaları dəstəkləyirik. Regional böhranların idarə olunması üzrə təcrübəmizi müttəfiqlərimizlə bölüşürük”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Ankarada keçiriləcək NATO sammitinin təcrübə mübadiləsi üçün güclü bir platforma olacağına əminliyini ifadə edib.

“Ankaranın Haaqadakı NATO sammitində götürdüyü öhdəliklərə uyğun olaraq, biz müdafiə xərclərini artırırıq, Alyansın missiyalarına və əməliyyatlarına töhfə verən beş ən böyük müttəfiqdən birinə çevrilirik. Türkiyənin Avropa təhlükəsizliyi üçün əvəzolunmaz üstünlükləri də qeyd etməyə dəyər. Məhdud siyasi maraqlar naminə Ankaranın potensialını nəzərə almamaq heç kimə fayda verməyəcək. Biz Texasdan Ankaraya qədər uzanan Alyansda aydın bir təhlükəsizlik və müdafiə arxitekturası yaratmalıyıq”, - deyə Türkiyə lideri sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib 

19:33
29 İyun

Səhiyyə Nazirliyi və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında əməkdaşlıq genişləndirilir  

18:57
29 İyun

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub

18:42
29 İyun

Ərdoğan: Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olmasına səy göstəririk  

18:37
29 İyun

Beynəlxalq konqres çərçivəsində türkologiyanın fundamental məsələləri müzakirə olunub

18:29
29 İyun

 “Amazon”un robotaksisi kütləvi istehsala hazırdır  

18:23
29 İyun

“Azərbaycan Dəmir Yolları” rayonlararası marşrutların sayını artırır

18:17
29 İyun

Avropanı cənginə alan isti hava səbəbindən insanlar həyatını itirir

18:10
29 İyun

Cənubi Koreyadan süni intellekt və çip sahəsinə nəhəng investisiya

17:53
29 İyun

“Amazon”dan Hindistana böyük sərmayə

17:47
29 İyun

Venesuela zəlzələsi ölkədə həm də siyasi böhran yarada bilərmi?

17:32
29 İyun

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub - YENİLƏNİB 2 

17:32
29 İyun

Qarpızın və yemişin istehlakı zamanı nələrə diqqət etməliyik?

17:28
29 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:19
29 İyun

Yaponiya iqtisadiyyatında yeni dövr

17:06
29 İyun

Almaniyanın şimalında atışma zamanı beş nəfər həlak olub

17:05
29 İyun

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

16:52
29 İyun

Nazir müavini: Birinci Türkoloji Qurultay ortaq elmi düşüncənin formalaşmasına mühüm zəmin yaradıb  

16:47
29 İyun

İyulun ikinci və üçüncü ongünlüyünün bəzi günlərində paytaxtda 36-40 dərəcə isti olacağı proqnozlaşdırılır

16:44
29 İyun

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub

16:44
29 İyun

Türkiyə Prezidenti NATO-nun təhlükəsizliyə yanaşmasını yenidən nəzərdən keçirməyə çağırır

16:32
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!