29 İyun 2026 18:29
553
Mədəniyyət
A- A+
Beynəlxalq konqres çərçivəsində türkologiyanın fundamental məsələləri müzakirə olunub

Beynəlxalq konqres çərçivəsində türkologiyanın fundamental məsələləri müzakirə olunub


İyunun 29-da Heydər Əliyev Mərkəzində “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” beynəlxalq konqresi çərçivəsində “Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış” mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə baş tutub.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov qeyd edib ki, türkologiyada bu gün ən çox müzakirə olunan məsələlərdən biri vahid türk ədəbi dilinin mövcudluğu ilə bağlıdır. Onun sözlərinə görə, türk xalqlarının müxtəlif coğrafiyalarda və fərqli ictimai-siyasi şəraitdə inkişaf etməsi dillərin həm ortaq, həm də fərqli xüsusiyyətlər qazanmasına səbəb olub.

Akademik vurğulayıb ki, Türk dünyasında mədəni inteqrasiya prosesləri sürətlənir və bu baxımdan ortaq əlifbanın, terminologiyanın və elmi məkanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır. O əlavə edib ki, XVII–XIX əsrlərdən etibarən türk dillərinin diferensiasiyası güclənib və XX əsrin əvvəllərində “Azərbaycan türkcəsi”, “Türkiyə türkcəsi”, “Özbək türkcəsi”, “Qazax türkcəsi” kimi anlayışlar elmi ədəbiyyatda geniş istifadə olunmağa başlayıb. Bununla belə, bütün bu dillər ortaq tarixi köklərə və vahid türk dil ailəsinə mənsubdur.

Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert diqqətə çatdırıb ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını qoruyur. Onun fikrincə, bu, qurultayın təkcə tarixi hadisə deyil, həm də Türk dünyasının elmi və mədəni inkişafına istiqamət verən mühüm platforma olduğunu göstərir.

Professor vurğulayıb ki, Türk dünyasının birliyində əsas rolu dil, tarix, ədəbiyyat, folklor, arxeologiya və digər humanitar elmləri özündə birləşdirən türkologiya oynayır. O qeyd edib ki, Birinci Türkoloji Qurultayda ortaq əlifba, terminologiya, lüğət və elmi əməkdaşlıq kimi mühüm məsələlər müzakirə olunsa da, sonrakı siyasi proseslər bu ideyaların tam reallaşmasına mane olub. Bununla belə, son illərdə ortaq əlifba, ortaq tarix layihələri və akademik əməkdaşlıq istiqamətində atılan addımlar həmin ideyaların davamıdır. Professor əlavə edib ki, 2024-cü ildə Bakıda ortaq türk əlifbasının qəbul olunması bu istiqamətdə mühüm tarixi nailiyyət olmaqla yanaşı, Bakının Türk dünyasının elmi və mədəni əməkdaşlığındakı xüsusi rolunu bir daha təsdiqləyib.

Daha sonra Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor İnkyonq Oh çıxışı zamanı bildirib ki, Birinci Bakı Türkoloji Qurultayı yalnız əlifba islahatı ilə bağlı toplantı deyil, türk xalqlarını ortaq intellektual məkanda birləşdirməyə yönəlmiş tarixi təşəbbüs idi. Onun sözlərinə görə, bu gün artıq klassik türkologiyanın müasir “Türk Dünyası Region Araşdırmaları” modelinə keçid vaxtıdır.


Professor qeyd edib ki, Türk Dövlətləri Təşkilatının formalaşması və “Türk Dünyası – 2040” vizyonu bu istiqamətdə yeni imkanlar yaradıb. Gələcəyin əsas prioritetləri isə rəqəmsal bilik şəbəkələrinin, süni intellektəsaslı akademik tərcümə sistemlərinin və ortaq elmi platformaların yaradılmasıdır. O əlavə edib ki, XXI əsr Türk dünyasının ortaq elmi və mədəni irsinin qlobal miqyasda inkişaf etdirilməsi dövrü olmalıdır.


Özbəkistan Milli Universitetinin Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri, professor Hamidulla Boltabayev tədbir çərçivəsində çıxışı zamanı qeyd edib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi və mədəni dəyərlərinin formalaşmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, qurultayda ortaq əlifba, terminologiya, ədəbi dil və türk dillərinin tarixi kimi fundamental məsələlər geniş müzakirə olunub və bu ideyalar bu gün də aktuallığını qoruyur.

Professor vurğulayıb ki, qurultayda Özbəkistan alimləri də fəal iştirak edərək türk dillərinin qrammatikası, tarixi və nəzəri problemləri ilə bağlı mühüm elmi fikirlər irəli sürüblər. O qeyd edib ki, görkəmli özbək mütəfəkkiri Əlişir Nəvainin zəngin ədəbi irsi və türk ədəbi dilinin inkişafındakı xidmətləri qurultayın əsas müzakirə mövzularından biri olub. Hamidulla Boltabayev əlavə edib ki, Birinci Türkoloji Qurultayın irsi bu gün də Türk dünyasında elmi əməkdaşlığın möhkəmləndirilməsi, ortaq mədəni dəyərlərin qorunması və türkologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Avrasiya Milli Universitetinin professoru Qulqaya Saqıdola çıxışında vurğulayıb ki, ortaq türk əlifbası Türk dünyasının elmi, mədəni və informasiya məkanının daha da yaxınlaşması baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, son illərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə arasında bu istiqamətdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Professor qeyd edib ki, müstəqillik əldə etdikdən sonra türk respublikaları latın qrafikalı əlifbaya keçid istiqamətində mühüm addımlar atsalar da, bəzi ölkələrdə bu proses hələ də davam edir. O əlavə edib ki, ortaq əlifbanın formalaşdırılması təkcə yazı sisteminin vahidləşdirilməsi deyil, həm də türk xalqları arasında elmi, mədəni və informasiya mübadiləsinin gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlanıb. Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

03:13
28 İyul

Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:13
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:12
28 İyul

"Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

03:12
28 İyul

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 452-VIIQD nömrəli Qanununun tətbiqi və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
28 İyul

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, zərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:03
28 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:00
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 dekabr tarixli 559 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:00
28 İyul

“Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:58
28 İyul

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN(MƏSLƏHƏT XİDMƏTLƏRİ - ŞİRKƏTLƏRİN SEÇİMİ)

02:57
28 İyul

REQUEST FOR EXPRESSIONS OF INTEREST (CONSULTING SERVICES – FIRMS SELECTION)

02:56
28 İyul

Rumıniya Rusiya diplomatını ölkədən çıxarır

19:41
27 İyul

Tramp İranla danışıqlara daha bir şans vermək üçün hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb

19:39
27 İyul

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

19:08
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!