29 İyun 2026 17:53
258
DÜNYA
A- A+
Cənubi Koreyadan süni intellekt və çip sahəsinə nəhəng investisiya

Cənubi Koreyadan süni intellekt və çip sahəsinə nəhəng investisiya


Cənubi Koreya qlobal texnologiya bazarında liderliyini möhkəmləndirmək məqsədilə süni intellekt (Aİ) və yarımkeçiricilər (çip) sahəsində irimiqyaslı meqa-layihələrə start verib. Ölkə Prezidenti Li Ce Myunq bir neçə ili əhatə edəcək bu layihələr üçün yüzlərlə milyard dollar dəyərində investisiya qoyulacağını bəyan edib.

Röyters Agentliyi xəbər verir ki, televiziya vasitəsilə canlı yayımlanan bu tarixi bəyanat zamanı dövlət başçısının yanında dünyanın ən böyük iki yaddaş çipi istehsalçısı olan “Samsung Electronics” və “SK Hynix” şirkətlərinin rəhbərləri də yer alıb.

Prezident Li Ce Myunq çıxışında bu fikirləri vurğulayıb: “Biz süni intellektin əsas elementlərini daha sürətlə əldə etməliyik. Yarımkeçiricilər, fiziki süni intellekt və Aİ data mərkəzləri bizim böyük sıçrayışımızın üç əsas oxudur”.

Yerli medianın məlumatına görə, növbəti illərdə həyata keçiriləcək ümumi investisiyaların həcmi 1 000 trilyon vonu (təxminən 651 milyard dollar) ötə bilər. Layihə çərçivəsində ölkənin cənub-qərbində yerləşən Qvanju şəhəri və Cənubi Colla vilayətinə 336.7 milyard dollar investisiya qoyulacaq. Burada nəhəng çip istehsalı klasterləri yaradılacaq. Bu addım həm də iqtisadiyyatın yalnız paytaxt Seul və ətrafında cəmləşməsinin qarşısını almaq və digər regionları canlandırmaq məqsədi daşıyır. 

“Samsung” və “SK Hynix” şirkətlərinin hər birinin ölkənin cənub-qərb bölgəsində iki yeni nəhəng istehsal zavodu tikməyi planlaşdırdığı bildirilir.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib 

19:33
29 İyun

Səhiyyə Nazirliyi və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında əməkdaşlıq genişləndirilir  

18:57
29 İyun

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub

18:42
29 İyun

Ərdoğan: Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olmasına səy göstəririk  

18:37
29 İyun

Beynəlxalq konqres çərçivəsində türkologiyanın fundamental məsələləri müzakirə olunub

18:29
29 İyun

 “Amazon”un robotaksisi kütləvi istehsala hazırdır  

18:23
29 İyun

“Azərbaycan Dəmir Yolları” rayonlararası marşrutların sayını artırır

18:17
29 İyun

Avropanı cənginə alan isti hava səbəbindən insanlar həyatını itirir

18:10
29 İyun

Cənubi Koreyadan süni intellekt və çip sahəsinə nəhəng investisiya

17:53
29 İyun

“Amazon”dan Hindistana böyük sərmayə

17:47
29 İyun

Venesuela zəlzələsi ölkədə həm də siyasi böhran yarada bilərmi?

17:32
29 İyun

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub - YENİLƏNİB 2 

17:32
29 İyun

Qarpızın və yemişin istehlakı zamanı nələrə diqqət etməliyik?

17:28
29 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:19
29 İyun

Yaponiya iqtisadiyyatında yeni dövr

17:06
29 İyun

Almaniyanın şimalında atışma zamanı beş nəfər həlak olub

17:05
29 İyun

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

16:52
29 İyun

Nazir müavini: Birinci Türkoloji Qurultay ortaq elmi düşüncənin formalaşmasına mühüm zəmin yaradıb  

16:47
29 İyun

İyulun ikinci və üçüncü ongünlüyünün bəzi günlərində paytaxtda 36-40 dərəcə isti olacağı proqnozlaşdırılır

16:44
29 İyun

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub

16:44
29 İyun

Türkiyə Prezidenti NATO-nun təhlükəsizliyə yanaşmasını yenidən nəzərdən keçirməyə çağırır

16:32
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!