10 Dekabr 2023 09:19
394
Mədəniyyət
A- A+
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə Şuşa şəhərində görüşüb.

Fonddan AZƏRTAC-a bildirilib ki, Aktotı Raimkulova ilk dəfə Şuşanı ziyarət etməsindən qürur və sevinc hissləri yaşadığını vurğulayaraq, Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər münasibətilə ürəkdən təbrik edib. Fondun rəhbəri müasir Azərbaycan dövlətinin banisi, Türk dünyası qarşısında böyük tarixi xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkədə və beynəlxalq miqyasda təntənəli keçirilməsinə diqqət çəkib.

Aydın Kərimov təşkilatın rəhbərinə yeni vəzifəsində uğurlar arzulayaraq, qardaş türk xalqları arasındakı son illər ərzində daha da güclənən həmrəyliyi yüksək qiymətləndirib. Prezidentin xüsusi nümayəndəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dair Dövlət Proqramının prioritet istiqamətlərindən və məqsədlərindən bəhs edib.

Görüşdə 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərinin Türk dövlətlərində və onların hüdudlarından kənarda tanıdılması istiqamətində Fond tərəfindən həyata keçirilən layihələr, Fond və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin cari il ərzində davam edən birgə fəaliyyətləri və gələcək tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

Eyni zamanda, Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə növbəti il ərzində də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacağı qeyd edilib.

Fondun prezidenti Şuşanın 30 ilə yaxın davam edən işğalı nəticəsində burada yerləşən mədəni abidələrə, tarixi əsərlərə və ümumiyyətlə, şəhərin görünüşünə dəyən ziyan ilə tanış olub, Azərbaycan Respublikası tərəfindən hazırda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı məlumatlandırılıb.

Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın yenidənqurma proseslərinə töhfə verməyə hər zaman hazır olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!