06 İyun 2026 10:08
164
DÜNYA
A- A+
Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik


ABŞ İranla bağlı məsələnin yaxın vaxtlarda ya razılaşma yolu ilə, ya da daha sərt tədbirlərlə həll olunacağını gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Viskonsin ştatında dəyirmi masa müzakirəsində çıxışı zamanı bildirib.

“Biz elə bir mərhələyə çatmışıq ki, İran məsələsini çox tez bir zamanda həll etməliyik və bu, qətiyyətli addım olacaq. Bu, istər razılaşma yolu ilə, istərsə də daha sərt metodlarla baş verə bilər”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton artıq bu məsələnin yekun mərhələsinə yaxınlaşıb.

“Bunun razılaşma yolu ilə, yoxsa daha mürəkkəb şəkildə başa çatacağını görəcəksiniz. Bununla belə, daha sadə yolun üstünlük təşkil etməsini istərdim”, – deyə Tramp vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!