28 Yanvar 2026 08:45
213
Mədəniyyət
A- A+
"...Tikdim ki, izim qala"

"...Tikdim ki, izim qala"


Tarixin izinə düşən daşın yaddaşını oxuya bilən memarlar az olur. Onlar yalnız bina inşa etmirlər, zamanla üz-üzə dayanıb babalarımızın min illər əvvəl tikib qoyduqları tarixi yadigarları, mədəni irsimizi yaşadıb, yenidən həyat verib gələcək nəsillərə ötürürlər. 

Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndələrindən biri Əməkdar  memar Ədalət Eyvaz oğlu Məmmədov da məhz bu nadir sənət sahiblərindəndir. O, keçmişin gözəllikləri ilə müasirliyi sintez etməyi bacaran nadir sənətkarlardandır. Ə.Məmmədovu tanımaq üçün onun imzasını daşıyan layihələr sırasında  Bakının möhtəşəm və nadir tarixi-memarlıq nümunələrindən biri olan Heydər məscidini qeyd etmək kifayətdir. Bu abidə təkcə dini məkan deyil, milli memarlıq düşüncəsinin, estetik zövqün və məsuliyyətli memar mövqeyinin ən mükəmməl ifadəsidir. 

Ədalət Məmmədovun həyat yolu zəhmət və əqidə üzərində qurulub. O, Bərdə şəhərində çoxuşaqlı ailədə dünyaya göz açıb. Atası feldşer, anası evdar qadın olub. Beş yaşında atasını itirən Ədalət Məmmədovun ailəsində əsas yük anasının çiyinlərinə düşüb. Deyir ki, zəhmətkeş anamız 7 övladını namusla, zəhmətlə, şərəflə böyüdüb, 7 uşağın hamısının ali təhsilli olması üçün canını oda yaxıb.

1966-1976-cı illərdə Bakıda 4 nömrəli fars təmayüllü orta məktəbdə təhsil alan Ədalət hələ məktəb illərindən əl qabiliyyəti və təsviri düşüncəsi ilə seçilib. Divar qəzetlərinin tərtibatı, rəssamlıq işləri məktəbdə ona həvalə olunub. Əslində, onun arzusu şərqşünas olmaq idi. Lakin İnşaat Mühəndisləri İnstitutunda təhsil alan böyük qardaşı onun memarlığa olan fitri qabiliyyətini görərək bu istiqamətə yönləndirib: "Məndən böyük qardaşım İnşaat İnstitutunda oxuyurdu. İndi İspaniyada yaşayır. Heykəltaraşdır. Mənə dedi ki, Ədalət, sən seçilən bir memar ola bilərsən. Memarların ömrü uzun, bəzən də əbədiyaşar olur. Atalar elə-belə deməyiblər ki, tikmədim özüm qalam, tikdim ki, izim qala. Sən də tik ki, bu dünyada bir iz qoya biləsən. Qərara gəldim ki, memar olacağam".

1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsinə daxil olan Ədalət Məmmədov 1983-cü ildə ali təhsilini başa vurub. Amma onun əmək fəaliyyəti hələ tələbəlik illərindən - 1980-ci ildən başlayıb. O, Mədəniyyət Nazirliyində tarix və mədəniyyət abidələrinin bərpası ilə məşğul olub və ömrü boyu bu sahədən ayrılmayıb. Hazırda da Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunda baş mütəxəssis olan Ədalət Məmmədov 1980-1989-cu illərdə Şuşa Memarlıq Qoruğundakı tarixi abidələrin sənədləşdirilməsi və bərpası ilə məşğul olub. Onun gördüyü işlərin siyahısına baxanda göz önündə bütöv bir tarix canlanır.

Ədalət Məmmədov deyir ki, memarlıq gözəl sənətdir, amma bərpaçılıq tamam başqa aləmdir. Onun fikrincə, bərpaçı memarı həkimlə müqayisə etmək olar: "Həkim necə ki, xəstənin dərdini öyrənir, diaqnoz qoyur və müalicə edir, bərpaçı memar da abidəni öyrənir - bünövrəsindən dam örtüyünə qədər. Dağıntının səbəbini araşdırır, arxiv materiallarını tədqiq edir və yalnız bundan sonra qərar verir: bu abidə vaxtilə necə olubsa, elə də bərpa olunmalıdır".

1979-1992-ci illərdə Qarabağda çalışan memar bölgədəki tarixi abidələrin pasportlaşdırılmasını həyata keçirib. 1986-cı ildə Xocavənd rayonuna ezamiyyəti zamanı erməni məmurlar tərəfindən ciddi maneələrlə üzləşib.

Ədalət Məmmədov Xocavənd rayonunda qarşılaşdığı bir hadisəni unutmur: "Tarixi abidələrin pasportlaşması məqsədilə Xocavəndə ezam olunmuşdum. Xocavənd rayonunun Mədəniyyət şöbəsinin müdiri hər vəchlə işimə mane olmağa çalışırdı. Səbəb də aydın idi. O zaman Rəna Əfəndizadə Qarabağdakı bir çox kilsə və məbədlərin alban irsinə aid olduğunu elmi əsaslarla sübut edən kitab yazmışdı. Ermənilər isə bütün alban abidələrini öz adlarına çıxmaq istəyirdilər. Mədəniyyət Nazirliyinə zəng vurub o zaman tarixi abidələrə nəzarət edən Şamil Əliyevə məlumat verdim. Mədəniyyət Nazirliyinin dəstəyilə işlərimi davam etdirdim. Talış kəndində olanda mənə bələdçilik edən erməni dedi ki, buradakı meşə ərazisində qədim bir qala-şəhər var. O zaman bu qala-şəhərin adı bizim siyahıda yox idi. Həmin abidənin yerləşdiyi əraziyə gedib ərazini ölçüb qeydiyyata saldım. Qaladan Tərtərçaya gizli tunel də çəkilmişdi. İndi bu abidə tarixi Urek qalası, Urek məbədi, alban monastrları kimi mühüm abidələr sırasında yer alır".

Bu gün düşməndən azad edilmiş Qarabağda yenidən tarixi-mədəni irsimizin bərpası ilə məşğul olan Ədalət Məmmədovun müəllifi olduğu layihələr sırasında Yuxarı Gövhər ağa məscidi, Şuşa qalası, Üzeyir bəy Hacıbəylinin ev-muzeyi, Şirin su hamamı, Xan qızı Natəvanın evi, Ağdam Cümə məscidi, Zəngilan Şəhər məscidi və onlarca digər abidə var. Onun rəhbərliyi ilə görülən işlər sırasında Gəncə İmamzadə Kompleksi, Qarabağlar türbəsi, Milli Azərbaycan Tarixi Muzeyi (Tağıyev sarayı), "Sınıq Körpü", Şah Abbas karvansarayı kimi milli əhəmiyyətli abidələrin bərpası da xüsusi yer tutur.

Ədalət Məmmədovun yaradıcılığında xüsusi mənəvi çəkisi olan əsərlərdən biri də 20 Yanvar Abidə Kompleksidir. Bu kompleks təkcə memarlıq nümunəsi deyil, xalqın ağrısının, ləyaqətinin və sarsılmaz iradəsinin daş yaddaşıdır. Burada hər bir xətt, ərazinin quruluşu, həcm kədərin və ucalığın ifadəsidir. Memar bu abidədə formadan daha çox məna qurur, daş vasitəsilə sükutu danışdırır. 20 Yanvar Abidə Kompleksi Ədalət Məmmədovun sənət fəlsəfəsinin ən aydın ifadələrindən biridir. Tarixi hadisəni, sadəcə, xatırlatmır, onu milli yaddaşın ayrılmaz parçasına çevirir və gələcək nəsillərə ötürür.

Ədalət Məmmədov Azərbaycan abidələrinin ilkin siyahısının və İçərişəhər Qoruq Kompleksinin UNESCO siyahısına salınması layihəsində memarlar qrupuna rəhbərlik edib. 2018-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar memarı, 2019-cu ildə isə "Ustad Memar" adı təqdim olunub. Bu yolun fəlsəfəsi isə sadə və dərin bir cümlədə ifadə olunur: "Tikmədim özüm qalam, tikdim ki, izim qala".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

Keçmiş məcburi köçkün: Doğma yurduma qayıtmağıma görə çox sevincliyəm

09:53
28 Yanvar

Cəbrayıl sakini: İllərdir yurd həsrəti çəkirdim  

09:53
28 Yanvar

Yurda dönüş davam edir

09:50
28 Yanvar

Qızılın qiyməti tarixi maksimumu yeniləyib 

09:48
28 Yanvar

Cavabsız cavab

09:45
28 Yanvar

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb 

09:41
28 Yanvar

"Bizlik deyil... Vəsaitimiz yoxdur... Səlahiyyətlərimiz xaricindədir"

09:40
28 Yanvar

Media: Sülh Şurası Trampa Qəzzanı idarə etmək üçün geniş səlahiyyətlər verəcək  

09:39
28 Yanvar

ABŞ-da yağan güclü qar səbəbi ilə ölənlərin sayı 42 nəfərə yüksəlib  

09:38
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!