28 Yanvar 2026 09:37
1132
Mədəniyyət
A- A+
Azərbaycan brendi Parisdə keçirilən moda həftəsində nümayiş olunub  

Azərbaycan brendi Parisdə keçirilən moda həftəsində nümayiş olunub  


Dəb və mədəniyyətin qovuşduğu Parisdə “Oriental Fashion Show” moda həftəsi çərçivəsində silsilə defilelər təşkil olunub. Məşhur “Guimet” muzeyində “İrs kimi zəriflik” mövzusu altında keçirilən defiledə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Türkmənistan–Fransa moda evləri 2026-cı ilin yaz/yay kolleksiyalarını nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan istedadların tanıdılması məqsədilə keçirilən beynəlxalq “Oriental Fashion Show” moda həftəsində Azərbaycan “Anara Zakirli” brendi ilə təmsil olunub.

2018-ci ildə yaradılan və Azərbaycan xalça ornamentlərini müasir dəbə daşıyan “Anara Zakirli” brendinin əsas məqsədi milli ornamentlərin zəngin mənasını çağdaş moda dili vasitəsilə dünyaya tanıtmaqdır. Bu ideya əsasında ərsəyə gələn kolleksiyalar klassik irslə müasir dizayn arasında incə harmoniya yaradır.

Brend üçün xüsusi hazırlanmış unikal parçalar milli naxışları Odlar Yurdunun parlaq və çoxrəngli çalarları ilə birləşdirir. Bu toxumalar Azərbaycan mədəni irsinin dərin və valehedici nüanslarını zərif şəkildə ön plana çıxararaq geyimləri təkcə estetik deyil, həm də mədəni dəyər daşıyan sənət nümunələrinə çevirir.

Yarandığı gündən etibarən brendin yaradıcı direktoru Anara Zakirli “Əjdaha”, “Qoca”, “Zərəfşan”, “Təbriz” və “Bağçada güllər” adlı kolleksiyalar təqdim edib. Onun əsas missiyası Şərq və Qərb arasında harmoniya yaradaraq Azərbaycanın zəngin mədəniyyətini müasir dəbin mərkəzinə çıxarmaqdır.

Dizaynlarda Şuşada toxunan “Qoca” xalçalarının incə detalları, Qarabağ tipli Şuşa qrupuna aid “Flowers in the Garden” xalçaları, eləcə də XVII əsrə aid əjdaha motivli Qafqaz “Dragon” xalçalarının elementləri bir araya gətirilib. Bu tarixi istinadlar od, su, hava və torpaq ünsürlərinin rəngləri ilə ahəngdar şəkildə sintez olunub.

Brendin hər bir dizaynı əsrlərdən gələn hekayələri, mifləri və zərif sənətkarlıq ənənələrini əks etdirərək onu təkcə moda markası deyil, mədəni irsin müasir ifadəsi kimi təqdim edir. Son altı il ərzində brend həm Azərbaycanda, həm də beynəlxalq platformalarda böyük maraq və rəğbət qazanıb.

Qeyd edək ki, Parisin nüfuzlu məkanlarında təşkil olunan “Oriental Fashion Show” çərçivəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən moda evləri bir araya gələrək yüksəksəviyyəli sənətkarlığı və müasir zərifliyi nümayiş etdirirlər. “Guimet” muzeyində keçirilən defile irs və yaradıcılıq arasında bir səyahət kimi təqdim olunub, burada 2026-cı ilin yaz/yay kolleksiyaları mədəni hekayələrlə müasir ifadə formalarını birləşdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar  

16:45
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

16:45
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb  

16:44
03 Aprel

Donald Tramp Kir Starmeri yenidən tənqid edib

16:43
03 Aprel

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib  

16:42
03 Aprel

Baş prokuror Tərtərdə vətəndaşların müraciətlərini dinləyib  

16:41
03 Aprel

MDB İqtisadi Şurasında bir neçə sənəd qəbul edilib

16:40
03 Aprel

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

16:39
03 Aprel

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaqlar  

16:38
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!