29 Iyul 2024 22:02
139
SİYASƏT
A- A+

“The National News” portalı Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün hazırlığından yazıb

 

Birləşmiş Ərəb Əmirliklərinin “The National News” nəşrində Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşmasına dair məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçısı Con Dennehinin müəllifi olduğu yazıda Prezident İlham Əliyevin Forumun açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlərə də yer verilib.

Məqalədə qeyd olunub ki, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi etməklə dünyanın müxtəlif bölgələri arasında növbəti dəfə körpü rolu oynayacaq. Azərbaycan Prezidentinin “Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq”, - sözlərini xüsusi vurğulayan müəllif qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurduğunu diqqətə çatdırıb.

Yazıda Azərbaycanın neft sənayesinin tarixindən geniş bəhs olunub, dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığı, Bakının bir vaxtlar dünyanın neftə olan tələbatının yarısını ödədiyi vurğulanıb. Bildirilib ki, məhz buna görə Azərbaycan qədim dövrlərdən “Odlar yurdu” adlandırılır.

Müəllif qeyd edib ki, zəngin qazıntı yanacağı resurslarına malik ölkə hazırda iqlim dəyişikliyi məsələlərinin müzakirə olunduğu COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Təxminən üç aydan sonra 200-ə yaxın ölkədən nümayəndələr Bakıda bir araya gələrək iqlim dəyişikliyini məsələsini həll etməyə çalışacaqlar. Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrin problemlərinə xüsusi həssaslıq göstərdiyi vurğulanıb, Prezident İlham Əliyevin iqlim dəyişikliyi məsələsində hələ də qeyri-müəyyənliklərin olması, xüsusilə Qərbin bu məsələdə qeyri-obyektiv mövqeyi barədə fikirləri diqqətə çatdırılıb: “Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər... Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq? Yəni, sonra da deyək ki, bizim qazımız haradadır. Yəni, mənim mesajım o oldu ki, gəlin, bu oyuna son qoyaq, faydalı qazıntı yanacağı olmadan yaşamaq mümkün deyil”.

Yazıda Azərbaycanın bərpaolunan enerjinin inkişafı, ölkəmizin bu sahədə həyata keçirdiyi layihələr barədə ətraflı söhbət açılıb, dövlətimizin başçısının Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atması barədə fikri xüsusi vurğulanıb. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin inşa etdiyi 230 meqavat gücündə “Qaradağ" Günəş Elektrik Stansiyasının ötən il istifadəyə verildiyi xatırlanıb. “Masdar” şirkətinin Azərbaycan üzrə meneceri Murad Sadıqov bildirib ki, neft hasilatında qabaqcıl ölkə olan Azərbaycan yaşıl enerji sahəsində də ön sıralarda olmaq istəyir: “Əgər dünya dəyişirsə, Azərbaycan da liderlərdən biri olmalıdır. Bakının havası əvvəlkindən qat-qat təmizdir. Hökumət bu işləri davamlı olaraq həyata keçirir”.

Müəllif Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da iqlim danışıqlarında maliyyə məsələsinin ön planda olacağını vurğulayıb: “COP29-u uğurla keçirmək üçün Bakının qarşısında məsul vəzifə var – maliyyə. Bu tədbirdə qalıq yanacağından uzaqlaşmaq prosesinin necə maliyyələşdiriləcəyi ön plana çıxacaq. Dünya inkişaf etməkdə olan ölkələr üçün illik 100 milyard dollar həcmində yeni maliyyə öhdəliyi ilə razılaşmalıdır”.

Yazıda COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayevin bu mühüm məsələ barədə danışıqların aparılmasına dair fikrindən sitat gətirilib: “Hazırda danışıqlar prosesindəyik. Bütün ölkələr bu yeni məqsədləri başa düşür və daha iddialı olmalıdırlar”.

Məqalədə Azərbaycanın onilliklərlə davam edən münaqişəyə son qoyulması məqsədilə aparılan sülh prosesi fonunda Ermənistanı COP29-a dəvət etdiyi qeyd olunub. Jurnalist Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu məsələ ilə bağlı fikirlərinə istinad edib: “Azərbaycan indi Qarabağ münaqişəsinin sonundadır. İndi biz bu səhifəni çevirdik və sülh haqqında düşünürük. Biz, həmçinin sülh və COP29 anlayışını birləşdiririk”.

Qeyd edilib ki, COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək. Hazırda bu arenada COP29-a geniş hazırlıq işləri görülür. COP29-un baş icraçı direktoru, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov burada yaradılacaq zonalar barədə məlumat verib. O bildirib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etmək üçün geniş logistik imkanlara və yüksək qonaqpərvərliyə malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video