29 Iyul 2024 22:58
100
İDMAN
A- A+

Adil Osmanov: Arzuma çatdığımı deyə bilərəm

 

Arzuma çatdığımı deyə bilərəm. Bunu jurnalistlərə açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanan cüdoçu Adil Osmanov deyib.

Əslən azərbaycanlı olan Moldova təmsilçisi yarışla bağlı təəssuratlarını bölüşüb: "Olimpiadada nəticə qazanmaq istəyirdim. Arzuma çatdığımı deyə bilərəm. Buna görə çox sevinirəm. Təbii ki, final mərhələsinə yüksəlib, qızl medal qazanmaq istəyərdim. Bununla belə, bürünc medal da pis nəticə deyil".

29 yaşlı idmançı finalda Fransa idmançısına qalib gələrək qızıl medala sahib çıxan Hidayət Heydərovu təbrik edib: "Hidayət Heydərovun qalib gələrək, Azərbaycan bayrağını dalğalandrmasına görə çox sevindim. O, buna layiq idmançıdır. İnşallah, qarşıdakı yarışlarda da uğurlu çıxış edər". Qeyd edək ki, A.Osmanov üçüncü yer uğrunda  Manuel Lombardo (İtaliya) ilə görüşdə qələbə qazanaraq fəxri kürsüdə yer alıb.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video