30 Iyul 2024 02:40
105
İDMAN
A- A+

Üzgüçümüzün rəqibləri məlum oldu

"Paris-2024"də iştirak edəcək Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangahın rəqibləri bəlli olub. Qadınların 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında ümumilikdə 79 idmançı mübarizə aparacaq.

Avqustun 3-də keçiriləcək təsnifat mərhələsinə Bakı vaxtı ilə saat 13:00-da start veriləcək. Məryəm 6-cı qrupda yer alacaq. O, 5-ci zolaqda üzəcək. Olimpiyaçımızın rəqibləri Adaku Nvandu (Nigeriya), Anahira Makkutçeon (Fici), Joselle Mensa (Qana), Apsara Katarina Sakbum (Kamboca), Hana Beiqi (Kosovo), Yelizaveta Peçerskix (Qırğızıstan), Antsa Rabejaona (Madaqaskar) olacaq.  İdmançımız həmin gün keçiriləcək yarımfinala adlamaq üçün ümumi sıralamada 16 üzgüçü sırasına düşməlidir. Dünya rekordçusu isveçli Sara Syoestryom 10-cu "səkkizlik"də mübarizə aparacaq.

Qeyd edək ki, bu növdə final mərhələsi avqustun 4-də keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video