30 Iyul 2024 02:57
105
İQTİSADİYYAT
A- A+

Türkiyədən Azərbaycana iribuynuzlu mal-qara üçün genetik materialın ikinci partiyası tədarük edilib

 

Türkiyədən Azərbaycana iribuynuzlu mal-qara üçün genetik materialın ikinci partiyası tədarük edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.

Nazirin sözlərinə görə, genetik materialın tədarükü Türkiyənin Aqrar Təsərrüfatlar üzrə Baş idarəsi tərəfindən həyata keçirilib. O xatırladıb ki, azərbaycanlı heyvandarlar üçün bu materialın 7200 doza həcmində ilk partiyası 2023-cü ildə göndərilib.

Türkiyəli nazir deyib: "Bu məsələ Türkiyə və dost ölkələrimiz üçün ərzaq təhlükəsizliyi əhəmiyyətini daşıyır. Onun tədarükü sayəsində Azərbaycandakı heyvandarlar yüksəkkeyfiyyətli genetik material əldə edirlər ki, bu da məhsuldarlığı daha da artıracaq. Biz Türkiyənin aqrar sahədə əldə etdiyi təcrübəni və bilikləri bölüşməyə hazırıq".

Nazir bildirib ki, fermer təsərrüfatlarında genetik öküz materialının stimullaşdırılması Türkiyənin 2024-2028-ci illərdə heyvandarlığın inkişafı üzrə dövlət proqramının prioritetlərindən biridir. Onun sözlərinə görə, təkcə "Sultansuyu" müəssisəsində 1 milyon dozaya yaxın öküz toxumu istehsal olunur və dondurulur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video