30 Iyul 2024 01:00
84
İDMAN
A- A+

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Olimpiya Evi”ndə tədbir keçirilib

 

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Olimpiya Evi”ndə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, gənclər və idman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, bir çox ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri, idmançılar və başqa qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, AOK-un baş katibi Rafael Paqnozzi çıxış edərək ölkəmizdə idmanın inkişafından, idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan danışıblar.

Çıxışlardan sonra Rafael Paqnozi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan MOK-nun baş katibi Azər Əliyevə xatirə hədiyyələri təqdim edib.

Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Hidayət Heydərov sürəkli alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video