29 Iyul 2024 23:41
82
İDMAN
A- A+

MOK-un vitse-prezidenti: Hidayət Heydərovun qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur

 

Hidayət Heydərovun qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur.

Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kiloqram) "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

O, 28 yaşlı idmançının fəxri kürsünün ən yüksək pilləsi uğrunda çox əziyyət çəkdiyini bildirib: "Ağır döyüşlər keçirdi. Fransalı idmançıya qarşı əzmkar mübarizə nümayiş etdirdi. Demək olar ki, əsl xarakter və tam şəkildə bacarığını göstərə bildi. Bunun sayəsində qalib gəldi. Mən inanıram ki, onun qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Bu gün əsl bayramdır. Bu, ilk uğurumuzdur, amma ümid edirəm ki, son olmayacaq. Bütün olimpiyaçılarımızdan yaxşı nəticələr gözləyirik".

MOK rəsmisinin sözlərinə görə, H.Heydərovun məhz fransız idmançı üzərində qələbə qazanması fərəh hissinə səbəb oldu: "Fransızlar öz təmsilçisini yaxşı dəstəkləyirdilər. Buna baxmayaraq, onlar mükafatlandırma mərasimində Dövlət Himnimiz səslənən zaman ayaqüstə alqışladılar. Bu, doğurdan da qürurverici və unudulmaz bir an idi".

Çingiz Hüseynzadə Paris Olimpiadasında iştirak edən digər idmançılarımızın da şanslarını dəyərləndirib: "Bildiyimiz kimi, boksçumuz Alfonso Dominqes (92 kiloqram) çox çətin rəqibə qarşı mübarizə apardı və nəticədə qalib gəldi. Digər növlərdə ölkəmizi təmsil edən idmançılarımızdan da yüksək nəticələr görmək istəyirik. Təbii ki, Olimpiada kimi mötəbər turnirdə sadəcə medal qazanmaq deyil, 5-6-cı yer tutmaq belə böyük uğur sayılır. Basketbolçu qızlarımızın da yaxşı çıxış edəcəyinə inanırıq. Bu yarışlarda ümumilikdə 9 medala ümid edirəm. Fikrimcə, Parisdəki nəticələrimiz Tokiodakından daha çox olacaq. Təbii ki, istərdim mükafat sayı 9-dan da artıq olsun. Lakin hazırkı proqnozlar bunu göstərir".

Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video