29 Iyul 2024 23:24
94
İDMAN
A- A+

 Kori Qauff Olimpiya kəndindəki şəraitdən şikayətlənib

 

Amerikalı tennisçi Kori Qauff öz TikTok səhifəsində Olimpiya kəndindən video yerləşdirib. "On qız üçün iki vanna otağı var" - idmançı yazıb.

Dünyanın ikinci "raketkası" Kori Qauffun Olimpiya kəndindən videosu Pyotr Çaykovskinin “Qu gölü” musiqisi ilə  yayımlayıb.

Şərhlərdə istifadəçilərdən biri idmançıların otelə köçməsini təklif edib. "Məndən başqa bütün tennisçilər otelə köçdülər. Beləliklə, indi yalnız beş qız, iki vanna otağı var" deyə Qauff cavab verib.

Bundan əvvəl də idmançılar Olimpiya kəndindəki şəraiti dəfələrlə tənqid ediblər. Üzgüçülük üzrə üçqat olimpiya çempionu avstraliyalı Ariarne Titmus bildirib ki, Olimpiya kəndindəki şərait çıxışları çətinləşdirir.  Böyük Britaniya idmançıları yemək çatışmazlığından və keyfiyyətsiz qidadan şikayətləniblər, Cənubi koreyalı üzgüçülər isə pis nəqliyyat şəraitinə görə Olimpiya Kəndini tərk ediblər.

20 yaşlı Qauff dördqat NBA çempionu Lebron Ceymslə birlikdə Paris Oyunlarının açılış mərasimində ABŞ komandasının bayraqdarı olub.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video