ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin çirkin oyunları ilə bağlı yeni faktlar üzə çıxır
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinə (USAID) qarşı bu ölkənin rəhbərliyi tərəfindən başlayan hərəkat artıq dünyada böyük əks-səda doğurub. Demək olar ki, hər gün yeni faktlar üzə çıxır. Bu faktlara əsasən, ABŞ-də maliyyə maxinasiyalarına, böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı, eləcə də müxtəlif təxribatların həyata keçirildiy ölkələrin adları açıqlanır.
Bəlli olur ki, bu təşkilat müxtəlif ölkələrdə "humanitar yardım" adı altında qarşıdurmaların yaradılmasına, dövlət əleyhinə kampaniyaların təşkilinə, müxtəlif lobbiçilik fəaliyyətlərinin inkişafına, terror təşkilatlarına külli miqdarda vəsaitlər ayırıb. Bununla yanaşı, əsas təsir vasitələrindən olan media və QHT-lərin qanunsuz maliyyələşdirilməsi də USAID-in əsas istiqamətlərindən olub. Təşkilat bununla həmin ölkələrin daxili işlərinə qarışmaqla öz məqsədinə uyğun ictimai rəy formalaşdırmağa çalışıb.
Umumiyyətlə, USAID formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasının tabeçiliyində idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunur(du). Maliyyə vəsaitinin həcminə görə dünyanın ən öndə gedən təşkilatıdır, desək, yanılmarıq. Rəqəmlərə diqqət edək: 2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib. Bu, az qala orta səviyyəli dövlətin illik büdcəsindən 10 dəfə çoxdur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAID guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində, onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri devirməyə yönəlib.
Çoxsaylı faktlar da göstərir ki, Amerikanın xarici yardımı və inkişaf proqramlarının idarə edilməsinə cavabdeh olan agentlik missiyasından tamam fərqli işlərlə məşğul olub. Agentlik həm də media orqanlarına ayırdığı vəsaitlə çirkin fəaliyyətini KİV vasitəsilə həyata keçirib. Onların sırasında "Azadlıq radiosu" və "Amerikanın səsi" kimi media orqanları da var. "Soyuq müharibə" dövründə ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan "Azadlıq radiosu" və "Amerikanın səsi" kimi Amerikanın dövlət media orqanları da uzun illərdir ki, təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilir. Özü də bu media qurumlarına hər il yüz milyonlarla vəsait sərf olunur və bu pulların da göyə sovrulduğunu yenə ABŞ hökuməti özü bəyan edir. Lakin siyahı təkcə bununla bitmir.
Keçmiş dövlət başçısı Co Baydenin prezidentliyi dönəmində ABŞ hökuməti "Reuters" agentliyinə də hər il milyonlarla dollar ayırıb. "Reuters" isə öz növbəsində verilən sifarişləri icra edib, dünya ictimaiyyətində müxtəlif məsələlər üzrə ABŞ hökumətinin istədiyi formada yanlış rəy yaradılması ilə məşğul olub. Təkcə Pentaqon hər il "Reuters"ə 9 milyon dollar ayırıb. Alınan pulların əvəzində "Reuters" dünya ictimaiyyətinə saxta məlumatlar sırıyıb, konkret ölkələri, qurumları, şəxsləri hədəfə alıb, onlar barəsində qarayaxma, böhtan kampaniyası aparıb. Bununla bağlı xeyli sayda faktlar mövcuddur. Amma ABŞ hökumətinin pulları yalan və iftira naminə təkcə "Reuters" vasitəsilə israf edilməyib.
ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask bildirib ki, Prezident Donald Trampın administrasiyası "Politico", "The New York Times" və "Associated Press" kimi media vasitələrinin maliyyələşdirilməsini ləğv edib. O qeyd edib ki, "Politico" Dövlət Departamentindən hər il 620 min dollar, digər nəşrlər isə Səhiyyə və Sosial Xidmətlər Nazirliyindən on milyonlarla dollar alıb. Mask həmçinin qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi hər il naməlum şəxslərə 100 milyard dollar müavinət ödəyir . O, bu vəziyyəti "dəlilik" adlandırıb. Eyni zamanda yeni hökumətin Maliyyə Nazirliyi bu ödənişlərin təxminən yarısının aşkar saxtakarlıq olduğunu etiraf edib.
Bununla yanaşı, agentlik terrorçu təşkilatları da maliyyələşdirib. ABŞ hakimiyyəti USAID-in "Əl-Qaidə" təşkilatı üçün 10 min nəfərlik yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT müzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığı və digər proqramları maliyyələşdirdiyinin üstünü açıb. USAID-in "Əl-Qaidə"nin gələcək lideri Ənvər əl-Əvlakinin kollec təhsilinin maliyyələşdirməsi ilə bağlı xəbər də artıq təsdiqini tapıb.
Agentlik həmçinin bəzi postsovet ölkələrində hərbi-bioloji fəaliyyətlərdə iştirak edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, USAID bəzi keçmiş sovet ölkələrində təxribatçı fəaliyyətlərlə məşğul olub. Onun sözlərinə görə, söhbət ABŞ-nin dövlətlərə sanitar-epidemioloji nəzarət sistemlərini inkişaf etdirməyə və bioloji terrorizm təhlükələrinə qarşı mübarizəyə kömək adı altında həyata keçirdiyi hərbi-bioloji fəaliyyətindən gedir. "Bildiyiniz kimi, belə təhlükəli fəaliyyətlər dünyanın bir çox ölkələrində, o cümlədən keçmiş SSRİ-nin bəzi respublikalarında həyata keçirilib", - Zaxarova qeyd edib. Rusiya rəsmisi iddia edib ki, ABŞ-nin Ukraynadakı belə fəaliyyətləri faktlarla sübuta yetirilib. Zaxarova əlavə edib ki, USAID-in ABŞ-nin hərbi bioloji fəaliyyətlərində iştirakını göstərən sənədlər və ətraflı hesabatlar var.
Araşdırmalar aparıldıqca agentliyin bir çox ölkələrdəki layihələri maliyyələşdirdiyi faktları ortaya çıxır. Son günlər Avropanın bəzi ölkələrində də agentliyin "izi" tapılıb.
Bosniya və Herseqovinada hakimiyyət USAID-in fəaliyyəti ilə bağlı daxilində araşdırmaya başlayacağını bəyan edib. Ölkənin maliyyə və xəzinə naziri Srdan Amidziç ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkədəki fəaliyyəti və xərcləmələri ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini açıqlayıb. Jurnalistlərə açıqlamasında Amidziç USAID ilə bağlı iddialardan sonra ictimaiyyəti məlumatlandırma ehtiyacı hiss etdiklərini bildirib. Amidziç ABŞ rəhbərliyinin verdiyi açıqlamadan USAID-in Bosniya və Herseqovinaya 402 milyon dollar göndərdiyini öyrəndiklərini və buna əsasən belə qərar verdiklərini bildirib: "Ancaq USAID-in Bosniya və Herseqovinada göstərdiyi xərclər cəmi 155 milyon 820 min dollar təşkil edir. Bu halda 246 milyon 180 min dolların hara getdiyinə, nəyə xərcləndiyinə və bu pulun necə idarə olunduğuna dair heç bir məlumat və ya iz yoxdur. Bundan əlavə, USAID-in açıqladığı 54 layihəyə xərclənən 155 milyon 820 min dollar vəsaitin necə və hansı məqsədlə istifadə edildiyi ilə bağlı da heç bir izahat yoxdur".
Bosniyalıların pullarının hara getdiyini bilmək hüququna malik olduğunu deyən Amidziç USAID-in iş üsulunu "qəribə" adlandırıb. Digər tərəfdən, Serb Respublikasının prezidenti Milorad Dodik açıqlamasında USAID və ABŞ-nin Sarayevo səfirliyinin xərcləri ilə bağlı araşdırmalara başlanılacağını bildirib.
Artıq dünya dövlətləri USAID təhlükəsini görür və Tramp administrasiyasının qərarı birmənalı şəkildə dəstəklənir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar
Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək
Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib
Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ
Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb
Şuşada bayram namazı qılınıb
Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib
Bakının məscidlərində bayram namazı qılınıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb
Ukrayna ordusunda kosmik qüvvələr yaradılır
Azərbaycanda Ramazan bayramıdır
ABŞ-da təyyarə yaşayış binasına düşüb
Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!