29 İyun 2024 09:00
1375
Mədəniyyət
A- A+
Tarixi romanlar müəllifi

Tarixi romanlar müəllifi

 

Azərbaycan ədəbiyyatında daha çox tarixi romanları ilə tanınan Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov) vətənpərvər, doğulduğu yurda ürəkdən bağlı olan qeyrətli, milli düşüncəli, sözünü düz, mərdanə və sərrast deyən yazıçı idi. Onun qələmə aldığı "Bozatın belində", "Gələcəyi yaradanlar", "Dərilməmiş salxımlar" "Sıyrılmış qılınc", "Şərq çiçəyi" və başqa əsərlər bu gün də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Cəlal Bərgüşad 1924-cü ilin iyununda Qubadlı rayonunun Qəzyan kəndində dünyaya göz açıb. Orta təhsilini kənddəki fəhlə-gənclər məktəbində alıb. Böyük Vətən müharibəsi başlayanda döyüşlərə yollananlardan biri də o olub. Qanlı döyüşlərin birində ağır kəllə-beyin travması alan gələcəyin yazıçısı ordu sıralarından tərxis edilib.
Kiçik yaşlarından poeziyaya maraq göstərən Cəlalın "Cənub taydan əsən meh" adlı ilk şeiri Qubadlı rayonunda çıxan "Avanqard" qəzetində dərc olunub. Şeirlə yaradıcılığa başlayan Cəlal Bərgüşad ömrünün sonrakı illərində bir-birindən maraqlı nəsr əsərləri yazıb.
Cəlal Bərgüşad ali təhsil almaq arzusu ilə Qubadlıdan Bakıya üz tutub. Azərbaycan Dövlət Universitetinin Fılologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra  "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Qəzetin səhifələrində məktəblilər üçün bir-birindən dəyərli məqalə və şeirlər yazıb.
1958-ci ildən isə Cəlal Bərgüşad Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləməyə başlayıb. Burada çalışdığı illər ərzində onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Torpağın ətri", "Çinar yarpağı" televiziya filmləri çəkilib. Çəkilən bu filmlər böyük tamaşaçı rəğbəti qazanıb. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunub.
Calal Bərgüşadın dəyərli əsərlərindən biri də "Sıyrılmış qılınc" tarixi romanıdır. Romanda 30 ildən artıq bir dövrdə ərəb xilafətinə qarşı qəhrəmancasına mübarizə aparan Azərbaycan xalqının igid sərkərdəsi Babək Xürrəminin həyatından və qəhramanlığından bəhs olunur. Əsərdə Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı şanlı döyüşlər, o dövrün tarixi xronologiyası ardıcıllıqla təsvir edilir. 
Müəllif əsərində obrazlarını fərdləşdirərək onların hər birini öz dili ilə danışdırır. Romanda ərəb, fars və Azərbaycan dillərində atalar məsəlləri çəkilir. Obrazlar öz fikirlərini həmin atalar sözləri və hikmətli kəlamlarla bəzəyir, özlərinin milli mənsubiyyətini, siyasi-ictimai mövqelərini nümayiş etdirirlər. Romanın dili sadə və obrazlı olduğuna görə çox oxunaqlıdır. Hər bir sənət əsəri xalqın mənəvi sərvətidir və bu sərvətin qiyməti onun müasirliyi baxımından xüsusilə qiymətlidir. "Sıyrılmış qılınc" zamanla səsləşən romandır. Təsadüfi deyil ki, bu romana ön söz yazan  akademik Ziya Bünyadov bu əsəri ədəbiyyatımızın ən dəyərli tarixi romanlarından biri hesab edirdi.
Erməni işğalçıları torpaqlarımıza hücum edən ilk günlərdən Cəlal Bərgüşad qələmini silaha çevirmişdi. Onun bir ayağı Qubadlıda, Laçında, Zəngilanda və başqa bölgələrdə qalmışdı. Yazıçı cəbhə bölgələrinə səfərləri zamanı döyüşçülərlə görüşür, çıxışları ilə onların döyüş ruhunu yüksəldirdi. Təəssüflər olsun ki, torpaqlarımız ermənilər tərəfindən işğal olundu. Qoynunda dünyaya göz açdığı Qubadlının ermənilər tərəfindən ələ keçirilməsi yazıçını sarsıtdı, onu için-için üzdü. 
Cəlal Bərgüşad torpalarımızın erməni işğalçılarından azad olunduğu günü görə bilmədi, ömür buna vəfa etmədi. O, 1996-cı il iyulun 9-da dünyasını dəyişdi. Amma xatirəsi dostlarının, doğmalarının qəlbində yaşayır. Yazıçı yaddaşlarda tarixi roman müəllifi kimi qalır.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!