02 Oktyabr 2022 01:23
1880
Mədəniyyət
A- A+
Şuşada qədim memarlıq abidələrinin bərpası diqqət mərkəzindədir

Şuşada qədim memarlıq abidələrinin bərpası diqqət mərkəzindədir

 

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminə məruz qalmış dini, tarixi və yerli memarlıq abidəsi hesab edilən binaların bərpası və   yenidən qurulmasına xüsusi önəm verirlər. 
Qarabağda, ümumiyyətlə, işğaldan azad edilmiş bölgələrdə tikinti, quruculuq və bərpa işləri gündən-günə yeni vüsət alır. Bütün bu işlər dövlət başçısının şəxsi nəzarətində olduğundan bu yerlərə tez-tez səfər edir, görülən işlərlə yaxından tanış olur, tapşırıq və  tövsiyələrini verir.  
Belə növbəti səfərlərdən biri bu il sentyabrın 27-də Vətən müharibəsinin ikinci ildönümü - Anım günü reallaşdı. Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonu və Şuşa şəhərinə səfər etdilər. Xatırladaq ki, 29 il işğal altında olan və iki il əvvəl düşməndən azad edilən Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, "Qafqazın konservatoriyası" adlandırılmışdır. Şəhərin ərazisi qədim abidələrlə zəngin olmuşdur. Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşa düşmən tərəfindən işğal ediləndən sonra şəhərdə tarixi-mədəniyyət abidələri yerləyeksan edilmişdir. İşğalın davam etdiyi 29 il ərzində burada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 
3 muzey dağıdılmış, məbəd və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.
Şuşa işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə bu şəhərə səfər etmiş və şəhərin bərpası ilə maraqlanmışlar. Dövlət başçısı Şuşaya səfərləri zamanı bu unikal məkanın tezliklə bərpa ediləcəyini bildirmisdir: "Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz".
İşğal zamanı dağıdılmış və məhv edilmiş müqəddəs  ünvanlardan biri də Yuxarı Gövhər ağa məscidi olmuşdur. Erməni vandalları tərəfindən məscidin interyeri məhv edilmiş, minarələrinin dekoru zədələnmiş, örtükləri dağıdılmışdır.  Qəbul edilmiş layihələrə əsasən,  Heydər Əliyev Fondunun  rəhbərliyi və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə  məsciddə ötən ilin noyabr ayından bərpa işlərinə başlanılıb.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  sentyabrın 27-də Şuşada olarkən məscidi ziyarət etmiş və görülən işlərlə yaxından tanış olmuşlar. 
Məsciddə birinci mərhələdə nəzərdə tutulan bərpa işləri başa çatdırılıb, ikinci mərhələdə işlər keyfiyyətlə davam etdirilir. Məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məsciddə konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə həyata keçirilir. 
Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb. Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması davam etdirilir. Usta və sənətkarlar bərpa işlərini 2023-cü ilin sonunadək yekunlaşdırmağı nəzərdə tuturlar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə də tanış olublar. Xatırladaq ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.  Malikanə kompleksi, ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlanılıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyvanların və dirəklərin taxta konstruksiyalarının çürümüş hissələri düzəldilib. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri tamamlanıb. Hazırda eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bunlar ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və "Güldəstə"sini də əhatə edir.
Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyası quraşdırılacaq. 2023-cü ilin sonlarında təmir-bərpa işlərinin başa çatdırılması nəzərdə tutulan bu malikanədə ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir, bərpa və quruculuq işləri sırasında Şuşa şəhərində XIX əsrin sonlarında Qarabağ memarlıq məktəbinə xas olan üslubda inşa edilən binada  görülən işlərlə də tanış olublar. İşğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmış  üç yaşayış kompleksini özündə birləşdirən bu tikilidə binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılıb. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər  sökülüb. Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanıb. Təmirdən sonra binadan  hotel kimi istifadə ediləcəyi nəzərdə tutulub. Hotelin interyeri autentik üslubda olacaq. 
Görünən odur ki, yaxın vaxtlarda Şuşanın bütün tarixi, mədəni və dini abidələri bərpa edilib öz əvvəlki görkəminə qaytarılacaq və şəhər Azərbaycanın mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirəcək.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!