06 Iyul 2024 17:29
136
DÜNYA
A- A+

Srebrenitsa soyqırımı qurbanı olan daha 14 nəfər dəfn ediləcək

 

 

Bosniya və Herseqovinanın qərbində - Srebrenitsada törədilmiş soyqırımında qətlə yetirilmiş daha 14 nəfər dəfn ediləcək.

AZƏRTAC xəbər verir ki, qətliam zamanı öldürülən və kimlikləri müəyyənləşdirilən 14 nəfər iyulun 11-də - soyqırımının 29-cu ildönümündə Potoçari Memorial Qəbiristanlığında keçiriləcək anım mərasimində dəfn ediləcək. Həmçinin daha əvvəl qəbiristanlıqda dəfn edilmiş 78 soyqırımı qurbanının məzarı açılacaq və ötən müddətdə onlara aid tapılan yeni sümük qalıqları məzarlara əlavə olunacaq.

Qeyd edək ki, BMT Baş Assambleyası iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb. Srebrenitsa soyqırımı qurbanlarının sümükləri tapılan və şəxsiyyəti müəyyən edilənlərin cəsədləri 77-si kütləvi məzarlıq olmaqla 150 müxtəlif yerdən çıxarılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video