06 Iyul 2024 17:27
132
SİYASƏT
A- A+

Hakan Fidan: Şuşa Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsinin rəmzidir

 

 

Şuşa 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbənin rəmzidir. Bu Zəfər naminə canlarını fəda edən müqəddəs şəhidlərimizin xatirəsi önündə ehtiramla baş əyir, qazilərimizə hörmətimi ifadə edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasındakı çıxışında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün tarixi imkan yarandığını vurğulayan nazir deyib: “Bu fürsət sadəcə bəzi ölkələr üçün deyil, həm də hazırda bağlı olan kommunikasiyaların açılması kontekstində Türk dünyası da daxil olmaqla regional və qlobal təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Azərbaycan ilə Ermənistan arasında davam edən danışıqların tezliklə sülh sazişinin imzalanması ilə başa çatacağına ümid edirik. Bu prosesdə Azərbaycanın güclü qətiyyətini və müsbət mövqeyini xüsusilə təqdir edirik. Bəzi Qərb ölkələrinin Ermənistanı açıq-aşkar himayə edən və Azərbaycanın problemlərinə məhəl qoymayan qeyri-mütənasib mövqeyindən məmnun deyilik. Vurğulamaq istəyirəm ki, Türk dünyası bu prosesin uğurla başa çatması üçün qardaş Azərbaycana tam dəstəyini sonunadək davam etdirəcək”.

Türk dünyasının beynəlxalq siyasətin mühüm mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdıran türkiyəli nazir qeyd edib ki, qlobal güclərin rəqabətinin bizim regiona təsirini azaltmaq üçün səyləri birləşdirmək, bütün imkanlardan istifadə edərək birgə rifah naminə fəaliyyət göstərmək lazımdır. Onun sözlərinə görə, regional əməkdaşlığın və müştərək çalışmaların iki təməl prinsipi məhz bundan ibarətdir.

Hakan Fidan vurğulayıb ki, hazırkı dünya nizamında nüfuzlu platforma kimi möhkəmlənən TDT çərçivəsində əlaqələri daha da inkişaf etmək üçün yaxşı fürsət yaranıb. Təhsil sahəsində əməkdaşlığın və gənclərlə bağlı layihələrin əhəmiyyətini qeyd edən nazir əlavə edib ki, tez bir zamanda vahid əlifba tətbiq edilməlidir.

Türkiyəli nazir gündəliyin əsas mövzularından olan rəqəmsal texnologiyalar, kommunikasiya, enerji, maliyyə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazımi hüquqi bazanın yaradılmasına ehtiyac olduğunu da qeyd edib. “Regionumuzda yaranan fürsətləri yeni kontekstdə dəyərləndirmək lazımdır”, -deyə Hakan Fidan vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video