06 Iyul 2024 15:48
99
DÜNYA
A- A+

Parlamentdə Təbrizi təmsil etmiş İranın yeni Prezidenti haqqında maraqlı məlumatlar  

 

Tehranın siyasi istebleşmentində nisbətən aşağı profilli siyasi xadim olan Məsud Pezeşkian İran İslam Respublikasının yeni Prezidenti seçilib.

AZƏRTAC İran mediasına istinadla xəbər verir ki, yeni dövlət başçısı Məhəmməd Hatəmi hökumətində (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb və 2008-ci ildən İran parlamentində Təbriz şəhərini təmsil edib.

Təcrübəli kardioloq olan Pezeşkian əvvəllər İranın şimalındakı aparıcı tibb müəssisələrindən biri olan Təbriz Tibb Elmləri Universitetinə rəhbərlik edib. Onun prezidentliyə əvvəlki iki uğursuz namizədliyi 2013 və 2021-ci illərə təsadüf edib.

Pezeşkian 2013-cü ildə sabiq Prezident Seyid Haşimi Rəfsəncaninin xeyrinə sonrakı mərhələlərdə prezidentlik yarışından geri çəkilib; 2021-ci ildə onun namizədliyi ölkənin ən yüksək nəzarət orqanı olan İnqilab Keşikçiləri Şurası tərəfindən rədd edilib.

İranın aparıcı islahatçı koalisiyasının dəstəklədiyi budəfəki yarışda yeganə islahatçı namizəd kimi Pezeşkian son həftələrdə fəal seçki kampaniyası aparıb. Onun namizədliyi keçmiş islahatçı siyasətçilərin və nazirlərin, o cümlədən sabiq Prezident Həsən Ruhani dövründə iki müddət xarici işlər naziri olmuş Cavad Zərifin iştirakı ilə daha da güclənib.

Seçkiqabağı sorğular zamanı, xüsusən də daxili və xarici siyasət məsələləri ilə bağlı səs-küylü birinci turda prezidentliyə namizədlərin apardığı teledebatdan sonra Pezeşkiana əhəmiyyətli dəstək artıb.

Pezeşkian Qərb də daxil olmaqla dünya ilə diplomatik əlaqələrə daha açıq olacağını, iqtisadi və mədəni sahədə islahatlara başlamaq niyyətində olduğunu bildirib. O, prezidentlik debatlarında sanksiyaların ticarət tərəfdaşlarını cəlb etməkdə maneə rolunu oynadığını və sərhədləri açmadan 8 faizlik iqtisadi artıma nail olmağın mümkün olmadığını iddia edib.

Yeni Prezident islahatçı həmkarı olan Həsən Ruhaninin administrasiyası zamanı İran və dünya gücləri arasında 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasını da qətiyyətlə müdafiə edib.

Pezeşkian, həmçinin qadınlarla bağlı məsələlər, o cümlədən məcburi hicab və ya islami hicab haqqında danışaraq, bu cür geyim kodu haqqında parlamentin qanun layihəsinin tətbiqinə qarşı olduğunu da bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video