08 İyul 2026 17:00
156
SİYASƏT
A- A+
Siyasi şərhçi: Prezident İlham Əliyevə yüksək ictimai etimad Azərbaycanın əldə etdiyi tarixi uğurların məntiqi nəticəsidir

Siyasi şərhçi: Prezident İlham Əliyevə yüksək ictimai etimad Azərbaycanın əldə etdiyi tarixi uğurların məntiqi nəticəsidir


Prezident İlham Əliyevə ictimai etimadın yüksək səviyyədə olmasını şərtləndirən amillər bir neçə istiqamət üzrə qiymətləndirilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanın milli təhlükəsizliyi və dövlətçiliyi baxımından əldə etdiyi mühüm nəticələr cəmiyyətdə dövlət rəhbərliyinə olan münasibətə ciddi təsir göstərib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib.

Onun sözlərinə görə, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması müasir Azərbaycan tarixinin ən mühüm hadisələri sırasında yer alır və bu nailiyyətlər Prezident İlham Əliyevin siyasi liderliyi ilə sıx bağlıdır.

“2020-ci ilə qədər Azərbaycan cəmiyyətində Qarabağın işğaldan azad olunması əsas milli ideyalardan biri idi. Qarabağ problemi, erməni işğalı və bunun doğurduğu nəticələr cəmiyyətin milli düşüncəsində xüsusi yer tuturdu. Lakin cəmi 44 gün ərzində öz liderinə inanan xalq və ön cəbhədə qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu uzun illər davam edən status-kvonu tamamilə dəyişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər milli birliyi daha da möhkəmləndirdi, xalqın öz dövlətinə və gələcəyinə inamını gücləndirdi, milli ruhun yüksəlişinə mühüm töhfə verdi. Azərbaycanın beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi də ictimai etimadı gücləndirən əsas amillərdəndir. Son illərdə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində artan rolu, nəqliyyat-logistika layihələrinin uğurla həyata keçirilməsi, Orta Dəhlizin inkişafı, yaşıl enerji istiqamətində irəli sürülən təşəbbüslər və beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin həm regional, həm də qlobal əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət nəticəsində Azərbaycan müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan əməkdaşlıq münasibətləri formalaşdırıb. Cəmiyyət də bunu dövlətin milli maraqlarının qətiyyətlə müdafiəsinin göstəricisi kimi qiymətləndirir”, – deyə siyasi şərhçi qeyd edib.

O deyib ki, iqtisadi sahədə həyata keçirilən ardıcıl islahatlar da dövlətə olan ictimai etimadın formalaşmasında mühüm rol oynayır. Qeyri-neft sektorunun inkişafı, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri dövlət siyasətinin konkret nəticələrini nümayiş etdirir. Xüsusilə Böyük Qayıdış proqramının uğurla icrası Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi çıxış edir və dövlətin planlı inkişaf modelini əks etdirir. Mürəkkəb geosiyasi şəraitdə ölkədə sabitliyin və təhlükəsizliyin qorunması da vətəndaşların dövlət institutlarına inamını artıran əsas amillərdən biridir. Qlobal və regional risklərin artdığı, müxtəlif bölgələrdə münaqişələrin davam etdiyi bir dövrdə Azərbaycanın daxili sabitliyi qoruyub saxlaması, təhlükəsizlik siyasətini uğurla həyata keçirməsi və iqtisadi dayanıqlığını təmin etməsi cəmiyyət tərəfindən mühüm üstünlük kimi qiymətləndirilir. Bu amillər insanların gələcəyə inamını möhkəmləndirir və dövlətə olan etimadı daha da artırır.

“Bütün bu amillər dövlət-cəmiyyət münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Vətəndaşlar dövlətin qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini gördükcə, dövlət institutlarına və siyasi rəhbərliyə olan inam daha da güclənir. Bu baxımdan Prezident İlham Əliyevə yüksək ictimai etimad təkcə siyasi amillərlə deyil, eyni zamanda, təhlükəsizlik, iqtisadi inkişaf, sosial sabitlik və Azərbaycanın beynəlxalq nüfuzunun artması kimi bir-biri ilə sıx bağlı olan amillərin məcmusunun nəticəsi kimi qiymətləndirilməlidir”, – deyən Elnur Ənvəroğlu fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

General: Prezident İlham Əliyevə yüksək ictimai etimad ardıcıl dövlət siyasətinin məntiqi göstəricisidir

17:50
08 İyul

Türkiyə zərərvericilərlə mübarizə məqsədilə Azərbaycana 20 min arı göndərib

17:45
08 İyul

Daşqınlar Balakənə ziyan vurub, 1 nəfəri sel aparıb

17:40
08 İyul

Azərbaycan etibarlı strateji tərəfdaş kimi Avropa ilə əməkdaşlığını genişləndirir

17:35
08 İyul

Azərbaycanın milli maraqlara əsaslanan mövqeyi ölkəmizi beynəlxalq arenada söz sahibinə çevirib

17:25
08 İyul

Mariam Kvrivişvili: “Yaşıl Enerji Dəhlizi” üzrə Bakıdakı nazirlər görüşü çox məhsuldar keçib 

17:20
08 İyul

Nevropsixiatr internet istifadəsi normalarını müəyyənləşdirməyin ən yaxşı metodunu açıqlayıb

17:10
08 İyul

“Sosial media” dərs vəsaiti çapdan çıxıb

17:05
08 İyul

Siyasi şərhçi: Prezident İlham Əliyevə yüksək ictimai etimad Azərbaycanın əldə etdiyi tarixi uğurların məntiqi nəticəsidir

17:00
08 İyul

Urbanizasiya probleminin kökündə hansı səbəblər dayanır və həlli yolları nələrdir? 

16:45
08 İyul

SOCAR Zimbabve ilə enerji sektorunun müxtəlif istiqamətlərinə dair əməkdaşlıq imkanlarını dəyərləndirib

16:40
08 İyul

bp indiyədək Azərbaycandakı layihələrə 89 milyard dollardan çox sərmayə yatırıb

16:25
08 İyul

RF Dövlət Duması əmək miqrantları ilə bağlı tələbləri sərtləşdirən qanun qəbul edib

16:20
08 İyul

Peşə təhsili üzrə ixtisasların təsnifatı əmək bazarının dəyişən tələblərinə uyğun yenilənir

16:15
08 İyul

Böyük Qayıdış: Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç olub

16:05
08 İyul

Bakı Metropoliteni “Qarabağ”ın matçına görə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

16:00
08 İyul

Rəqəmsal təhlükəsizlik dövlətin informasiya və milli təhlükəsizlik strategiyasının əsas elementinə çevrilir

15:45
08 İyul

Orta Dəhliz təkcə iki qitənin ticarət yolu funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var

15:40
08 İyul

Leysan yağışları Zaqatala və Balakəndə fəsadlar törədib: Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub  

15:35
08 İyul

“Araz-Naxçıvan” futzal klubunun Çempionlar Liqasında rəqibləri müəyyənləşib

15:30
08 İyul

Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında Azərbaycanın milli maraqları dayanır

15:25
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!