08 İyul 2026 16:15
420
Təhsil
A- A+
Peşə təhsili üzrə ixtisasların təsnifatı əmək bazarının dəyişən tələblərinə uyğun yenilənir

Peşə təhsili üzrə ixtisasların təsnifatı əmək bazarının dəyişən tələblərinə uyğun yenilənir


İyulun 8-də Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi istiqamətində yaradılmış işçi qrupun ikinci iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat bildirilib.

Elm və təhsil nazirinin müavini, işçi qrupun sədri Kənan Kərimzadənin rəhbərliyi ilə keçirilən iclasda Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər.

İclası açan Kənan Kərimzadə bildirib ki, peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi əmək bazarının dəyişən tələblərinə cavab verən, çevik və müasir peşə təhsili sisteminin formalaşdırılması baxımından əhəmiyyət daşıyır. O, ilk iclas zamanı aparılmış müzakirələrin və aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş təkliflərin layihənin təkmilləşdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva təqdimatla çıxış edərək birinci iclasda səsləndirilən mülahizələr, eləcə də aidiyyəti dövlət qurumlarından daxil olmuş rəy və təkliflər əsasında layihədə aparılmış dəyişikliklər barədə ətraflı məlumat verib. Təqdimat zamanı layihənin yenilənmiş strukturu, ixtisas istiqamətlərinin əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunlaşdırılması, yeni peşələrin təsnifata daxil edilməsi, həmçinin beynəlxalq təcrübə ilə uyğunluğun təmin edilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. İclas çərçivəsində işçi qrupunun üzvləri tərəfindən layihə ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı peşə təhsili üzrə ixtisasların daha səmərəli qruplaşdırılması, terminoloji vahidliyin təmin edilməsi, eləcə də əmək bazarında formalaşan yeni peşə istiqamətlərinin təsnifatda öz əksini tapması ilə bağlı fikir və təkliflər səsləndirilib.

İclasın sonunda layihənin yekunlaşdırılması ilə bağlı növbəti mərhələlər, qarşıda duran vəzifələr və fəaliyyət planı müzakirə olunub. İşçi qrupunun üzvləri layihənin əmək bazarının inkişaf meyilləri və beynəlxalq yanaşmalar nəzərə alınmaqla tamamlanmasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə

07:56
17 İyul

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

21:56
16 İyul

Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb

20:50
16 İyul

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

19:47
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!