14 Mart 2025 09:25
186
CƏMİYYƏT
A- A+
Şirvanda şəhid polkovnik-leytenant Rəşad Hüseynovun doğum günü qeyd olunub

Şirvanda şəhid polkovnik-leytenant Rəşad Hüseynovun doğum günü qeyd olunub


Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Daxili Qoşunlar Komandanının müavini general-mayor Fəxrəddin Səmədovun, şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyevin, Daxili Qoşunların Şirvan şəhərindəki hərbi hissəsinin komandiri Rəşadət Süleymanovun, Daxili İşlər Nazirliyi əməkdaşlarının, şəhid ailə üzvləri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir şəhidin məzarını ziyarətlə başlamışdır.

Çıxış edən ŞİH-in başçısı İlqar Abbasov şəhid Rəşad Hüseynovun doğmalarına dərin hüznlə başsağlığı verib, şəhidlərin bizim qürur yerimiz, fəxrimiz olduğunu, xalqımızın heç zaman Vətən naminə canını qurban vermiş şəhidləri unutmayacağını, onları əbədi xatirə kimi qəlbində yaşadacağını qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində "dəmir yumruq" ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik vətən həsrətinə son qoyub: "44 günlük müharibədən sonra Ermənistanın kapitulyasiya aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib. Bu əməliyyatla cəmi 23 saat ərzində terrorçular məhv edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub". 

Daha sonra çıxış edən general-mayor Fəxrəddin Səmədov antiterror tədbirlərindən, xalqımıza Zəfər bəxş edən Rəşad Hüseynov və digər döyüşkən ruhlu şəhidlərimizdən, müharibə iştirakçılarımızdan söhbət açıb.

Şəhidin atası Rəhim Hüseynov dövlət səviyyəsində şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Hüseynov Rəşad Rəhim oğlu 10 mart 1980-ci ildə Şirvanda anadan olub, şəhərdəki 21 saylı tam orta məktəbdə təhsil alıb. C.Naxçıvanski adına hərbi liseyin və Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub, Daxili Qoşunlarda xidmət edib. 19-20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Rəşad Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunub. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:43
15 Mart

CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir  

19:53
15 Mart

XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb

19:36
15 Mart

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB 

19:29
15 Mart

Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub

19:27
15 Mart

Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

19:26
15 Mart

Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib

19:04
15 Mart

XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

18:57
15 Mart

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

18:41
15 Mart

Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq  

18:31
15 Mart

"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO

18:27
15 Mart

İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var  

18:19
15 Mart

Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib

18:12
15 Mart

Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək 

17:59
15 Mart

Türkiyə XİN: İslamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir

17:52
15 Mart

Viktor Orban: Bizə keçmişdə qaldığımızı dedilər, amma sizə bildirirəm ki, gələcək bizimdir  

17:32
15 Mart

Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur

17:21
15 Mart

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir  

17:01
15 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır  

16:40
15 Mart

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb

16:16
15 Mart

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub  

16:12
15 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!