Xəzər dənizində, daha doğrusu, Abşeron yarımadasının cənub hissəsindəki Böyük Zirə Bakı körfəzində, sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adası vaxtilə Nargin adlandırılıb. Onun adı Azərbaycan dilində "böyük” və ərəb mənşəli "cəzirə” (ada) sözündən yaranıb.
XVII əsrdə ruslar, xüsusilə də kazaklar Bakı arxipelaqına aid olan adaların əksəriyyətinin adlarını dəyişiblər. Ona görə bu adaya da 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib. Bu ad ona Fin körfəzində yerləşən Nargin (estonca, dar boğaz) adasına bənzədiyi üçün verilib. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra onun ilk adı da özünə qaytarılaraq, yenidən Böyük Zirə adlandırılıb.
Burada məşhur mayak da var ki, 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlayıb. Mayak gecə Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayırdı.
İkinci Dünya müharibəsinin əvvəlində Böyük Zirə adasında yerləşən mayak alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. Sovetlər dönəmində isə adada hərbi hava qüvvələrindən müdafiə bazası yerləşirdi və bura ittifaqın mühüm strateji nöqtəsi sayılırdı.
***
1915-ci ildən 1940-cı ilədək əvvəlcə çar Rusiyası, sonra isə sovet hakimiyyəti Nargində Qafqaz cəbhəsindən əsir götürülən on minlərlə Osmanlı İmperiyası əsirlərini və azərbaycanlıları qətlə yetirib. Ada Birinci Dünya müharibəsinə qədər çar Rusiyasının həbs düşərgəsi olub. 1905-ci ildə burada həbs düşərgələri salınıb. Çar Rusiyası xəyanət edən, cinayət törədən əsgərini ən ağır cəzaya məhkum edəndə məhz buraya sürgün edirdi. Taxtadan düzəldilmiş baraklara işıq damdan açılmış pəncərələrdən düşürdü. Bir neçə barakda taxtlar olsa da, məhbusların əksəriyyəti quru torpaq üstündə yatırdılar. Qış aylarında baraklar qızdırılmır, su isə çatışmırdı...
Nəriman Nərimanov Bakı Şəhər Dumasına üzv seçildikdən sonra həmfikirləri ilə Dumada komissiya yaradıb və Böyük Zirə adasına göndərilməsi məsələsini tələb edib. Dumanın "Təhqiqat komissiyası”nın üzvləri - Nəriman Nərimanov, Əbdülbağı Məmmədov, Ağaməhəmməd İbrahimov, Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları Böyük Zirə adasına gedib, orada əsirlərin vəziyyətindən və saxlanma şəraitindən dəhşətə gəliblər. Adada 700-ə qədər səksən yaşında qocanın, 2 yaşından 15 yaşına qədər uşaqların olduğunu və hamısının Qafqaz cəbhəsindən gətirildiklərini öyrənən N.Nərimanov böyük ürək ağrısı ilə yazırdı: "Bura bir cəzirə deyil, məzardır. Elə bir məzardır ki, min nəfərə qədər adam qıraqda oturub ölmək üçün öz növbəsini gözləyir...”
"Göz yaşı tökdürən cəzirə”
Nəriman Nərimanovun "Hümmət” qəzetinin 28 noyabr 1917-ci il tarixli sayında dərc edilən "Göz yaşı tökdürən cəzirə” məqaləsindən oxuyuruq: "...Kaş, mən bu cəzirəyə getməyəydim. Kaş, bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. Kaş, "əfəndim, su!”, "əfəndim, yemək!”, "əfəndim, paltar!” sözlərini eşitməyəydim. Kaş, çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balaca balalarla söyləşməyəydim. Kaş, xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim! Min iki yüz insan balası hazır ölüm növbəsində durubdur. Altı min də bu növbəyə hazırlaşır...”
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində komissiyanın müəyyən etdiyi 300 xəstə - türk, alman, avstriyalı hərbi əsiri şəhərdə 16-cı lazaretdə yerləşdirib. Daha 130 nəfər körpə Bakıya gətirilib, Çəmbərəkəndin qarşısındakı mülkdə yerləşdirilib.
1917-ci ildə cəbhədə türk əsgər və zabitlərinə kömək göstərilməsində din xadimi Ağa Əlizadənin müstəsna xidmətləri olub. Məhz onun xalqa müraciətindən sonra insanlar Təzəpir məscidinə gələrək türk əsgərlərinə yardım toplamağa başlayıblar. Bunun nəticəsində bir həftə ərzində əsirlərə o qədər yardım toplanıb ki, ərzaq, dərman və paltarları Böyük Zirə adasına daşımaq üçün bir ay vaxt lazım olub.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı fəalları, həm də Stalin repressiyası qurbanlarını Nargin və Bulla adalarında güllələmiş, bəzilərinin cəsədlərini oradan Xəzər dənizinə atmışdılar.
"Türk qəbiristanlığı”nın susqunluğu və susuzluğu
Azərbaycanın tarixi ərazilərini havadarlarının dəstəyi ilə işğal edən daşnakların qanlı əl izlərini Xəzərin suları da yuya bilmədi. Buna Nargin adası da şahiddir. Adada türk tarixi baxımından, eləcə də "erməni soyqırımı”nın ifşası ilə bağlı son dərəcə vacib olan şəhidlərin sümükləri tapılıb. "Cəhənnəm adası” və ya "İlan adası” kimi tanınan bu "gözdən uzaq, könüldən iraq” yerdə Birinci Dünya müharibəsi zamanı imperiya cəlladlarının girov götürdükləri türk əsgərləri hər cür işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülüb. 1914-1915-ci illərdə Sarıqamış döyüşlərində Anadolu kəndlərindən əsir düşən, zorla girov götürülən və içərilərində üç yaşınadək qız uşaqlarından tutmuş, 80 yaşadək yaşlılara qədər türklərin olduğuna dair məlumatlar Rusiyanın müxtəlif arxiv sənədlərində üzə çıxıb. Bu sənədlərdə aclıq, xəstəlik və zəhərli ilanların sancması ilə ölən və ruhi xəstəlik tapıb əldən düşənlərin şəkilləri də var.
Nargin adasında tutulan on minlərlə əsirin bir qismi Azərbaycan türklərinin köməyi ilə oradan qaçıb. "Kardaş komegi” deyə nəsildən-nəslə ötürülən bir çox ürəkparçalayan əhvalat da var. Onların köməyi və dəstəyi ilə ölümdən qaçanlar arasında türk havaçılıq tarixinin ilklərinə imza atan Vecihi Hürkuş da olub. Hava döyüşlərinin birində yaralandıqdan sonra ruslara əsir düşən pilot Xəzər dənizindəki Nargin adasına göndərildikdən sonra Azərbaycan türklərinin köməyi ilə üzərək qaçıb və Ərzuruma qədər piyada gedib.
Zaman-zaman, adı repressiya məruz qalan ada bu gün, sözün əsl mənasında, ziyarətgaha çevrilib. Bu da sirli-sehrli bir adanın tale kitabı... Səhifələrində qan-qadadan savayı nə yazılıb ki...
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”
BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır
ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb
Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür
Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir
İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan
ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır
Lionel Messi "Barselona"ya qayıda bilər
Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir
Çin Xalq Respublikasının Sədri Si Cinpindən
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir
Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat
Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib
Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik
Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar
Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik
Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb
Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!