10 İyul 2026 09:55
174
İQTİSADİYYAT
A- A+
Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir


Ölkənin əsas kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə cari ilin məhsulu üçün 13 min 909 hektar sahədə taxıl əkini aparılmışdır. Əkin sahələrinin 7 min 135 hektarı suvarılan, 6 min 774 hektarı isə dəmyə torpaqlarıdır. Suvarılan sahələrdə 3 min 202 hektar buğda, 3 min 933 hektar arpa, əlavə olaraq 85 hektar ərazidə isə vələmir əkilmişdir. 

Taxıl biçininin mütəşəkkil təşkili və məhsulun itkisiz yığılması üçün rayon icra hakimiyyətində qərargah yaradılmışdır. Qərargahın üzvləri tez-tez  biçin aparılan sahələrdə olur, prosesin gedişini yerində izləyir, fermerlər və təsərrüfat rəhbərləri ilə görüşərək mövcud vəziyyətlə maraqlanırlar. Bu zaman biçin kampaniyasının bütün mərhələlərinin operativ şəkildə əlaqələndirilməsi, kombaynların sahələrə vaxtında cəlb olunması, texnika təminatının düzgün təşkili və məhsul yığımında hər hansı gecikmənin yaranmaması məsələləri diqqətdə saxlanılır. Fermerlərlə keçirilən görüşlərdə onların təklif və müraciətləri dinlənilir, biçin prosesinin daha mütəşəkkil təşkili üçün görüləcək tədbirlər müzakirə olunur. Məhsulun vaxtında və itkisiz yığılmasının əhəmiyyəti diqqətə çatdırılaraq, biçin mövsümündə fermerlərin üzləşə biləcəyi çətinliklərin operativ aradan qaldırılması, kombayn təminatı və texnikanın sahələr üzrə düzgün bölgüsü və fermerlərin müraciətlərinə operativ baxılması barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilir.

Əvvəlki illərdə olduğu kimi, bu il də fermerlər zəmilərdə bol məhsul yetişdirmişlər. Cari mövsümdə də əkin sahələrinə aqrotexniki tələblərə uyğun qulluq göstərilmiş, mineral və üzvi gübrələrdən səmərəli istifadə edilmiş, zərərvericilərə qarşı vaxtında mübarizə tədbirləri görülmüşdür. Görülən aqrotexniki tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərmişdir.

Məlumat üçün bildirək ki, bizə verilən son məlumata görə, rayon üzrə 5 min 303 hektar sahədə biçin aparılıb. Bunun 1 442 hektarını buğda, 3 min 861 hektarını arpa zəmiləri təşkil edir. Ümumilikdə sahələrdən 19 min 681 ton məhsul  (5 min 782 ton buğda, 13 min 899 ton arpa) biçilib. Rayon üzrə orta məhsuldarlıq hələlik 40 sentnerdir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Oleksandr Mişenko: Ukrayna “Orta Asiya + Azərbaycan” logistika formulunu hazırlayıb

11:35
10 İyul

İsrail yaxın günlərdə bəzi əraziləri Livana qaytaracaq

11:33
10 İyul

Araşdırma: İsti hava qadınlara niyə daha çox təsir edir?

11:30
10 İyul

Almaniyada iyundakı istilər 5100 nəfərin ölümünə səbəb olub

11:27
10 İyul

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

11:25
10 İyul

Netanyahu və Tramp ABŞ-nin İrana qarşı əməliyyatlarını müzakirə ediblər

11:23
10 İyul

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

11:08
10 İyul

FİFA Folklend adaları haqqında mahnıya görə Argentinanı cəzalandırmayacaq

11:05
10 İyul

Kasilyas su fasiləsi probleminə inqilabi həll yolu təklif edir

11:03
10 İyul

ABŞ-də 8 nəfər Ağ Evə hücum planlaşdırmaqda ittiham olunur

11:00
10 İyul

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

NATO Ankara sammitində hansı mesajları verdi?

08:53
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!