10 İyul 2026 09:35
137
İQTİSADİYYAT
A- A+
Aqrar sektorun inkişafinda yeni dövr başlayır

Aqrar sektorun inkişafinda yeni dövr başlayır


"Aqrar sektorun inkişafı ilə bağlı mayın 25-də keçirilmiş müşavirədəki nitqində Prezident İlham Əliyev demişdir: "İntensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun".

Tərtər rayonunda 2371,5 hektar meyvə və giləmeyvə bağları var. Onlardan 824,9 hektarı intensiv, 1546,6 hektarı ənənəvi bağlardır. Bağların 49 hektarı yeni salınmışdır. Mövcud meyvə bağlarının 845,7 hektarı isə ixracatyönümlü xurma bağlarıdır.

Rayondakı iri müəssisələrdən birinin- "Frutti Aqro"  MMC-nin rəhbəri Zaur Əliyevin verdiyi məlumata görə, MMC-nin ümumi əkin sahəsi 315 hektardır və bu sahənin 175 hektarını xurma, 70 hektarını nektarin, 44 hektarını şaftalı, 16 hektarını əncir,10 hektarını isə ərik bağları təşkil edir. Müəssisədə hazırda 60 nəfər daimi, mövsüm za-manı isə 200 nəfər yerli sakin işlə təmin olunur. Burada müasir tələblərə cavab verən mütərəqqi avtomatlaşdırılmış damcı suvarma sistemi qurulub. Eyni zamanda ərazidə suvarma suyunun fasiləsizliyini təmin etmək üçün tutumu 200 min kubmetr olan xüsusi süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir.

Cari ildə həyata keçirilən aqrotexniki qulluq nəticəsində təsərrüfatda bol və keyfiyyətli məhsul yetişib. Lakin son günlər qeyri-sabit keçən hava şəraiti nəticəsində meyvə bağlarına ciddi ziyan dəyib. Amma təsərrüfat məhsulunu sığortaladığı üçün dəymiş maddi ziyana görə ASF-dən vəsait alacaq.

"Tərtər 1" MMC-nin intensiv meyvə bağları isə Seydimli və Bala Kəngərli kəndlərində 98 hektar sahəni əhatə edir. Bu sahənin 75 hektarı xurma, 12 hektarı nektarin və 11 hektarı şaftalıdır. Bağların 79 hektarı yeni salınıb. Burada 14 nəfər daimi, 80 nəfər mövsüm zamanı işlə təmin olunur. Hamısı yerli sakinlərdir. Bu müəssisədə də müasir suvarma infrastrukturu qurulub, 1,5 hektar sahədə tutumu 130 min kubmetr olan xüsusi süni göl yaradılıb. Görülən tədbirlər nəticəsində su ehtiyatlarından səmərəli istifadə edilir.

Müəssisənin təsisçisi Muxtar Orucov deyir ki, 2026-2030-cu illəri əhatə edən yeni dövlət proqramından irəli gələn vəzifələri yerinə yetirmək üçün mövcud imkanlardan maksimum və səmərəli istifadə olunacaq. Müasir aqrar texnologiyaların təsərrüfata tətbiqi genişləndiriləcək, nəticədə daxili və xarici bazarlara rəqabətədavamlı, ekoloji təmiz meyvələrin çıxarılması artacaq.

Bundan başqa, Tərtərin Qaradağlı kəndində 38 hektar sahəsi olan "FRUİT FOR AZ" MMC, Kəbirli kəndində ümumi əkin sahəsi 164 hektar olan "AZNEKTARİN" MMC, Kəbirli kəndində 120 hektarda yerləşən "Aqropat" MMC fəaliyyət göstərir. Bu müəssisələrdə müasir tələblərə uyğun meyvə bağları salınıb və hər il yüksək məhsul götürülür. 

"Aqropat" MMC-də hazırda 70 nəfər yerli sakin daimi işlə təmin olunub. Mövsüm vaxtı isə işçilərin sayı 150 nəfərə çatır. Müəssisənin ərazisində tutumu 1100 ton olan müasir soyuducu anbar kompleksi yaradılıb ki, bu da yetişdirilən məhsulların keyfiyyətli saxlanılmasını təmin edir.

Bu sahədə əldə etdiyi nailiyyətləri görən digər fermerlər də meyvəçiliyə üstünlük verirlər. Onlardan biri İsmayılbəyli kəndindən olan Mirzə Cümşüdovdur. O, 50 hektar sahədə müasir standartlara uyğun meyvə bağı salıb. Nektarin, gilas və ərik yetişdirir. Mirzə Cümşüdov deyir: "Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qeyd olunduğu kimi, meyvə-tərəvəz istehsalı ölkə üçün həm məşğulluğun artmasında, həm istehsalda, həm də ixrac potensialının yüksəlməsində faydalıdır. Lakin təcrübə göstərir ki, artıq köhnə üsullarla işləmək nə kəndliyə, nə də bütövlükdə dövlətimizə fayda verir. İntensiv əkinçiliyə keçməyin zamanıdır. Bu üsulları öyrənərək mütərəqqi texnologiyaları təsərrüfatımda tətbiq edirəm. Gələcəkdə dövlət proqramının yerinə yetirilməsinə töhfə vermək üçün daha çox yeniliklərdən istifadə edəcəyik".

Bölgələrdə kənd təsərrüfatının inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun artırılmasında emal müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Tərtərdə fəaliyyət göstərən "PATRON" MMC-nin maliyyə direktoru Emin Məmmədov deyir ki, müəssisənin gələcək fəaliyyətini yeni dövlət proqramından irəli gələn vəzifələrə uyğun qurmaq üçün bütün qüvvələr səfərbər olunub.

Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev demişdir: "Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da, ilk növbədə özəl sektorun fəaliyyətinə arxalanırıq". Dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək üçün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu günlər Soyulan kəndi ərazisində fermer Zəfər Nəsirovun istixana kompleksində olub, təsərrüfatın gələcək fəaliyyəti və istehsal potensialının genişləndirilməsi imkanları ilə maraqlanıb. Bildirilib ki, hazırda ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb. Gələcəkdə kompleksin ərazisinin 3 hektara çatdırılması planlaşdırılır. Burada qazanxana, su anbarı, inzibati bina, anbarlar inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış rejimdə idarə olunur. Kompleksdə hazırda 10 nəfər daimi, 25 nəfər mövsümi işlə təmin edilib. İllik istehsal gücü 200 ton olan istixana kompleksində pomidor istehsal edilir. Məhsul hazırda daxili bazara çıxarılır. Gələcəkdə isə xarici bazara ixracı nəzərdə tutulub.

2026-2030-cu illəri əhatə edəcək proqramda qarşıya qoyulan vəzifələrdən biri də ölkəmizi ət, süd, quş əti ilə təmin etməkdir. Hazırda bu, 80-90 faiz səviyyəsindədir. Müşavirədə qeyd olunub ki, heyvandarlıq sektorunun qarşısında duran əsas çağırışlardan biri məhz məhsuldarlıqdır. Çünki heyvandarlıqda məhsuldarlıq bu gün aşağıdır. Ölkə üzrə sürüdə cins heyvanların sayı cəmi 2,5 faizdir. Əgər ailə təsərrüfatında yerli bir cins inək ildə 1800 litr süd verirsə, intensiv təsərrüfatlarda bir inək başına məhsuldarlıq 7500 litrdir, hətta bəzi təsərrüfatlarda 10 min-12 min litrə çatır. Eyni mənzərə mal əti istehsalında da mövcuddur. 

Tərtər rayonunda son illər sahibkarlar arasında cins heyvanların saxlanılmasına maraq artıb. Hazırda cins mallardan ibarət bir neçə təsərrüfat fəaliyyət göstərir. Onlardan biri Poladlı kəndində "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun atası fermer Elbrus Salahovun heyvandarlıq təsərrüfatıdır. Təsərrüfatda 75 baş qaramal saxlanılır. Elbrus Salahov bildirdi ki, dövlət tərəfindən verilən subsidiyalardan, güzəştli kreditlərdən səmərəli istifadə edərək təsərrüfatda məhsuldarlığın artırılması və cins tərkibinin yaxşılaşdırılmasına nail olmağı qarşıya məqsəd qoyub.

Ümumilikdə isə rayon üzrə 33,3 min qaramal mövcuddur. Onlardan 13,5 min başı inək və camışlar -  ana maldır. Davarın sayı isə 42,2 min başdır. Ötən il rayonda 3731,6 ton ət (kəsilmiş çəkidə), 25588,8 ton süd istehsal edilib.

Tərtər rayonu bitkiçilik sahəsində də ildən-ilə uğurlar qazanır. Ancaq yeni proqram ayrı-ayrı fermerlərin deyil, bu sahə ilə məşğul olan hər bir pambıqçının, taxılçının yüksək məhsuldarlığa nail olmasını nəzərdə tutur. Müstəqim Məmmədov bu barədə belə deyir: "Kiçik ailə təsərrüfatları toxum seçimində, aqrotexniki tədbirlərin həyata keçirilməsində çox geri qalırlar. Onların nəticələri iri fermerlərin əldə etdikləri göstəricilərdən qat-qat aşağı olur və rayonun ümumi işinə təsir edir. Gələcəkdə bütün bunlar nəzərə alınacaq. Bu, həm əhalinin özünün həyat səviyyəsini yüksəldəcək, həm də bütövlükdə kənd təsərrüfatının inkişafı sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsinə kömək edəcək".

Bütün hallarda  qarşıda görüləsi işlər çoxdur. Odur ki, torpaq sahələrini genişləndirmədən kənd təsərrüfatının hər bir sahəsində daha çox məhsul əldə etmək üçün yollar axtarılır, imkanlar səfərbər edilir.


Svetlana BAĞIROVA,

"Yeni Tərtər" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

NATO Ankara sammitində hansı mesajları verdi?

08:53
10 İyul

Sənaye zonaları: sərmayə, istehsal və ixrac artır

08:45
10 İyul

"Əsas məqsəd rəqəmsal mühitdə uşaqların maraqlarını təhlükəli təsirlərdən qorumaqdır"

08:37
10 İyul

Bakıdan başlayan 100 illik yol: Türkoloji Qurultayın irsi 

08:32
10 İyul

Azərbaycan-İordaniya əlaqələri yüksək hüquqi müstəviyə keçir 

08:24
10 İyul

Rəqəmsal inkişaf və innovativ iqtisadiyyat seçim deyil, zərurətdir

08:16
10 İyul

Rəqəmsal hədəflər ayrıca hüquqi mexanizmlərin yaradılmasını zəruri edir

08:08
10 İyul

Azərbaycan - regionun sabitlik və əməkdaşlıq ünvanı

08:00
10 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"in təsdiq edilməsi haqqında

01:02
10 İyul

“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:01
10 İyul

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının ləğv edilməsi barədə

00:51
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!