10 İyul 2026 08:53
131
SİYASƏT
A- A+
NATO Ankara sammitində hansı mesajları verdi?

NATO Ankara sammitində hansı mesajları verdi?


NATO-nun iyulun 7-8-də Ankarada keçirilən 36-cı sammitinin müzakirə dairəsi geniş idi. Alyansın Ukraynaya hərbi dəstəyindən tutmuş Avropanın müdafiə sənayesinin gücləndirilməsinə, təhlükəsizlik və yeni qlobal maliyyə sistemlərinin qurulmasına qədər məsələlər sammitdə müzakirə olundu. Bu sammit həm də Alyansın yeni strateji hədəflərini müəyyənləşdirdi.

Sammit ev sahibi Türkiyə üçün rəmzi və tarixi əhəmiyyət kəsb etdi. Bu, 2004-cü ildə keçirilən və Alyansın qlobal böhranların idarə edilməsi modelinə ("NATO 2.0") keçidini rəsmiləşdirən İstanbul sammitindən 22 il sonra ölkədə keçirilən ikinci ən böyük NATO tədbiri idi. Türkiyə bu dəfə yeni reallıqların müzakirə ünvanına çevrildi.

Sammitlə bağlı liderlər mətbuata açıqlama verdilər. NATO-nun Baş katibi Mark Rutte tədbiri yüksək qiymətləndirdi. Bildirdi ki, bir il əvvəl Haaqada götürülən öhdəliklər artıq həyata keçirilir. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı əvvəlkindən daha güclüdür və müttəfiqlər arasında münasibətlər möhkəmdir. Baş katib ABŞ Prezidenti Donald Trampın NATO ideyalarına həmişə sadiq olduğunu vurğuladı. Mark Rutte həmçinin çox sayda yeni öhdəliklərin elan olunduğunu diqqətə çatdırdı, ittifaq daxilində müdafiə xərclərinin və sənaye investisiyalarının artdığını qeyd etdi.

Polşa Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski Türkiyənin NATO-dakı xüsusi önəminə diqqət çəkdi. Çexiyanın Baş naziri Andrey Babiş isə sammit ərəfəsində ölkəsinin bu il müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmaq öhdəliyini yerinə yetirə bilməyəcəyini bəyan etdi.

ABŞ lideri D.Tramp ölkəsinin NATO-ya trilyonlarla dollar investisiya yatırdıqlarını xatırlatdı və bunun Avropanı, Kanadanı təhdidlərdən qorumaq üçün edildiyini bildirdi. ABŞ öz strateji resurslarını getdikcə Asiya-Sakit okean bölgəsinə yönəldiyi üçün, Avropa artıq öz təhlükəsizliyinin əsas maliyyə yükünü üzərinə götürməlidir. Məhz buna görə də sammitin əsas məqsədlərindən biri müttəfiq ölkələrin hərbi xərclərini öz büdcələrinin ÜDM-in 5 faizinə qaldırmaq planını qəbul etmək idi.

Bu mənada Türkiyə öz hədəflərini artıq seçib. Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin 2030-cu ilə qədər hərbi xərclərini 3,5 faizə qaldırmaq üçün lazımi addımları atdığını bildirib. Qeyd edib ki, təhlükəsizlik xərcləri indidən büdcənin 1,5 faizini təşkil edir. Beləliklə, Türkiyə ümumi 5 faizlik hədəfə nəzərdə tutulan vaxtdan 5 il əvvəl, yəni 2030-cu ildə çatmağı planlaşdırır.

Qeyd edək ki, Türkiyə Kosovoda, Qara dənizdə, Baltikyanı ölkələrdə və digər bölgələrdə Alyansın əməliyyatlarına və təlimlərinə ən çox töhfə verən dövlətdir.

Ankara sammiti çərçivəsində ən mühüm məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş oldu. Görüşdə F-35 qırıcıları və Türkiyənin milli hərbi təyyarəsi olan "KAAN"ın mühərrik tədarükü ilə bağlı razılaşmaların əldə olunduğu bildirilib. Donald Tramp Türkiyənin çox sadiq bir tərəfdaş olduğunu xüsusilə qeyd edərək bu məsələni nəzərə alacaqlarını diqqətə çatdırdı. Ən mühüm məqam isə Trampın Türkiyəyə qarşı tətbiq edilən "CAATSA" sanksiyalarının ləğv edilə biləcəyini vurğulaması olub. Bu açıqlama Ankara-Vaşinqton xəttində uzun illərdir davam edən hərbi-texniki böhranın həlli istiqamətində tarixi bir addımdır. 

Sammitdə qlobal təhlükəsizlik məsələləri, sadəcə, hərbi müqavilələrlə məhdudlaşmadı, Yaxın Şərqdəki münaqişələr və Ukrayna müharibəsi də əsas müzakirə mövzusu oldu. Terrorizmlə mübarizədə onun bütün forma və təzahürlərinə qarşı tam bir həmrəylik içində hərəkət etməyin vacibliyi bildirildi. İran və ABŞ arasındakı gərginliyin azaldılması istiqamətində Pakistan və Qətərlə birgə bu əlaqələrin sabit müstəviyə gətirilməsi üçün səylərin davam etdirildiyi vurğulandı. Yaxın Şərqdə uzunmüddətli və davamlı sülhün yeganə açarının iki dövlətin əməkdaşlığı ilə həll variantı olduğu bir daha diqqətə çatdırıldı. Ukrayna ilə bağlı isə sülh masasına yönəldəcək diplomatik əlaqə kanallarından aktiv istifadə olunduğu və Trampın sülh planının dəstəkləndiyi ifadə edildi. Mark Rutte Kiyevə dəstəyin davam edəcəyini vurğulayaraq bildirdi ki, müttəfiqlər bu il və gələn il Ukraynaya hərbi texnika, yardım və dəstək üçün ən azı 70 milyard avro ayırmağı öhdələrinə götürüblər.

NATO-nun Ankara sammitinin yekun bəyannaməsi qlobal müdafiə sənayesi və strateji tərəfdaşlıqlar baxımından mühüm qərarları ehtiva edir. Belə ki, sammitdə müttəfiqlərin 50 milyard dolları ötən yeni tədarük müqaviləsi imzaladıqları bildirildi. Kollektiv istehsal potensialını artırmaq və innovasiyaları sürətləndirmək üçün sənaye sektoru ilə birgə işləmək öhdəliyi rəsmiləşdirildi. Bir müttəfiqə qarşı edilən hücumun bütün müttəfiqlərə qarşı edilmiş sayıldığı NATO-nun 5-ci maddəsinə və transatlantik əlaqələrə "sarsılmaz sadiqlik" bir daha təsdiqləndi. Bununla yanaşı, daha güclü bir NATO daxilində daha güclü bir Avropa və modernləşdirilmiş bir Alyansın hədəfləndiyi vurğulandı. Həmçinin Hörmüz boğazının yenidən tamam açıq olmasının və gəmiçilik azadlığı prinsipinin qlobal sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olundu. Ukraynanın transatlantik təhlükəsizliyə verdiyi töhfələr yüksək qiymətləndirildi, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə dəstək ifadə olundu. Həmçinin Aİ-nin Ukraynaya Dəstək Krediti vasitəsilə çoxillik maliyyə yardımı ayırmaq qərarı məmnuniyyətlə qarşılandı. Müttəfiqlər Avropa-Atlantik təhlükəsizliyi və sabitliyinə yönəlmiş uzunmüddətli təhdidlərə və terrorizmə qarşı durmaq məqsədilə Haaqa Müdafiə Öhdəliyini həyata keçirdiklərini təsdiqlədilər.

Göründüyü kimi, NATO-nun Ankara sammiti, sadəcə, hərbi strategiyaların müzakirə edildiyi növbəti bir iclas olmadı. Bu sammit müdafiə sənayesindəki sanksiyaları və ticarət maneələrini aşmağa çalışan Türkiyənin, yeni qlobal hərbi-maliyyə sistemi təklif edən Kanadanın və öz təhlükəsizlik taleyini daha çox öz çiyinlərinə götürən Avropanın ortaq gələcək axtarışı oldu. Qəbul edilən tarixi qərarlar qarşıdakı onilliklərdə qlobal təhlükəsizlik xəritəsini yenidən cızacaq və Ankara bu yeni nizamın elan olunduğu mərkəz kimi yaddaşlarda qalacaq.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

NATO Ankara sammitində hansı mesajları verdi?

08:53
10 İyul

Sənaye zonaları: sərmayə, istehsal və ixrac artır

08:45
10 İyul

"Əsas məqsəd rəqəmsal mühitdə uşaqların maraqlarını təhlükəli təsirlərdən qorumaqdır"

08:37
10 İyul

Bakıdan başlayan 100 illik yol: Türkoloji Qurultayın irsi 

08:32
10 İyul

Azərbaycan-İordaniya əlaqələri yüksək hüquqi müstəviyə keçir 

08:24
10 İyul

Rəqəmsal inkişaf və innovativ iqtisadiyyat seçim deyil, zərurətdir

08:16
10 İyul

Rəqəmsal hədəflər ayrıca hüquqi mexanizmlərin yaradılmasını zəruri edir

08:08
10 İyul

Azərbaycan - regionun sabitlik və əməkdaşlıq ünvanı

08:00
10 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"in təsdiq edilməsi haqqında

01:02
10 İyul

“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:01
10 İyul

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının ləğv edilməsi barədə

00:51
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!