09 İyul 2026 19:36
182
SİYASƏT
A- A+
Parlamentlərarası İttifaqın konfransında Azərbaycanın ekoloji bərpa təcrübəsindən danışılıb

Parlamentlərarası İttifaqın konfransında Azərbaycanın ekoloji bərpa təcrübəsindən danışılıb


Milli Məclisin sədri Sahibə Qafarova iyulun 9-da Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransında çıxış edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova çıxışında silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasının təkcə ekoloji deyil, həm də humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri məsələ olduğunu bildirib. Onun sözlərinə görə, silahlı münaqişələr təkcə insan faciələrinə deyil, həm də ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə uzunmüddətli ziyan vurur, dayanıqlı inkişafı zəiflədir və gələcək nəsillərə mənfi təsir göstərir.

Beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı ətraf mühitin qorunması üçün mühüm hüquqi çərçivə yaratdığını vurğulayan Milli Məclisin sədri qeyd edib ki, onun səmərəliliyi milli səviyyədə tətbiqindən asılıdır. Bu baxımdan parlamentlərin beynəlxalq humanitar hüququn prinsiplərinin milli qanunvericilikdə əks etdirilməsində, icrasına nəzarətin gücləndirilməsində, ətraf mühitə vurulan zərərə görə hüquqi məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsində və münaqişədən sonrakı ekoloji bərpa prosesinin dəstəklənməsində mühüm rol oynadığı bildirilib.

Parlamentin sədri Azərbaycanın təcrübəsində silahlı münaqişələrin ətraf mühit üçün yaratdığı dağıdıcı nəticələrə diqqət çəkərək bildirib ki, otuz il davam etmiş işğal dövründə meşələr qırılıb, torpaqlar deqradasiyaya uğrayıb, su ehtiyatları çirkləndirilib, biomüxtəliflik məhv edilib, təbii sərvətlər qanunsuz istismar olunub. Ərazilərdə basdırılmış bir milyondan artıq mina həm insanlar, həm də təbiət üçün ciddi təhlükə yaratmaqda davam edir, ekoloji bərpa prosesini və məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngidir.

S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə, ekosistemlərin bərpası, meşələrin salınması və yaşıl enerji layihələrini həyata keçirir. Qeyd olunub ki, Milli Məclis milli hüquqi çərçivənin gücləndirilməsi istiqamətində qanunvericiliyi təkmilləşdirir. Bu çərçivədə 2024-cü ildə Cinayət Məcəlləsinə "Ekosid" maddəsi əlavə olunaraq ekosid sülh və bəşəriyyət əleyhinə cinayət kimi təsbit edilib, həmçinin "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlar qəbul edilib.

Milli Məclisin sədri COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkil etdiyi Parlament Görüşünün Yekun Sənədinə də toxunaraq bildirib ki, sənəddə parlamentlər münaqişələrin ətraf mühitə təsirlərinin qarşısının alınmasına, minaların vurduğu ekoloji zərər barədə məlumatlılığın artırılmasına və ekosidlə mübarizə sahəsində qanunvericilik təşəbbüslərinin gücləndirilməsinə çağırılır. Onun sözlərinə görə, bu yanaşma COP29-a ev sahibliyi etmiş ölkə kimi Azərbaycanın mövqeyini əks etdirir.

Çıxışının sonunda Sahibə Qafarova beynəlxalq humanitar hüququn həyata keçirilməsinin gücləndirilməsi və gələcək nəsillər üçün daha təhlükəsiz, dayanıqlı gələcəyin təmin olunması istiqamətində birgə səylərin davam etdirilməsinə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunmasına dair ictimai müzakirə olub

20:20
09 İyul

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının kompleksi ucaldılır

19:55
09 İyul

Zəngilanda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim olunub

19:53
09 İyul

Naxçıvanın 2025-ci il büdcəsinin icrasına dair məsələ müzakirəyə çıxarılıb

19:50
09 İyul

Çində fabrikdə baş verən yanğın zamanı 28 nəfər ölüb

19:46
09 İyul

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

19:43
09 İyul

Azərbaycan və Fransa arasında parlament diplomatiyası məsələləri müzakirə olunub

19:40
09 İyul

Parlamentlərarası İttifaqın konfransında Azərbaycanın ekoloji bərpa təcrübəsindən danışılıb

19:36
09 İyul

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib

19:33
09 İyul

Azərbaycanda quraqlıq və səhralaşma prosesi üzrə tədqiqat aparılır  

19:30
09 İyul

Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar

17:36
09 İyul

Paytaxtda iki küçədə təmir işləri başa çatıb, daha dörd yolda yenidənqurma davam edir

17:33
09 İyul

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!