09 İyul 2026 13:03
431
SİYASƏT
A- A+
Deputat: Azərbaycanın hərtərəfli inkişaf strategiyası ölkəmizi güclü iqtisadiyyata, qüdrətli orduya və özünü tam təmin edən dövlətə çevirib

Deputat: Azərbaycanın hərtərəfli inkişaf strategiyası ölkəmizi güclü iqtisadiyyata, qüdrətli orduya və özünü tam təmin edən dövlətə çevirib


Azərbaycanda son illərdə həyata keçirilən məqsədyönlü və uzaqgörən dövlət siyasəti ölkənin hərtərəfli inkişafını təmin etməklə yanaşı, onu regionun ən güclü iqtisadiyyatlarından birinə, qüdrətli hərbi potensiala malik dövlətə və öz daxili imkanları hesabına dayanıqlı inkişafını təmin edən ölkəyə çevirib.

Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji inkişaf kursu Azərbaycanın müasir dövrün çağırışlarına uyğun şəkildə iqtisadi, sosial, siyasi və hərbi sahələrdə mühüm nailiyyətlər qazanmasına imkan verib: “Müasir dünyada dövlətlərin gücü yalnız təbii sərvətlərlə deyil, iqtisadi dayanıqlığı, maliyyə sabitliyi, güclü sənaye potensialı, müasir infrastrukturu, yüksək texnologiyaları və insan kapitalı ilə müəyyən olunur. Azərbaycan da son illər məhz bu istiqamətlərdə həyata keçirdiyi uğurlu islahatlar nəticəsində inkişaf modelini yeni mərhələyə yüksəldib. Bu gün ölkə iqtisadiyyatı neft gəlirlərindən səmərəli istifadə etməklə yanaşı, qeyri-neft sektorunun sürətli inkişafı hesabına daha dayanıqlı və rəqabətqabiliyyətli xarakter qazanıb. Sənaye parklarının və məhəllələrinin yaradılması, ixracyönümlü istehsal müəssisələrinin fəaliyyətə başlaması, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı və sahibkarlığın dövlət tərəfindən geniş şəkildə dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirildiyini göstərir. Artıq Azərbaycan bir çox məhsulların istehsalını daxili imkanlar hesabına təmin etməklə yanaşı, xarici bazarlarda da rəqabət qabiliyyətini artırır”.

Aydın Hüseynov əlavə edib ki, ölkədə həyata keçirilən iri infrastruktur layihələri iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biridir. Müasir avtomobil yollarının, dəmir yollarının, beynəlxalq hava limanlarının, dəniz limanlarının, enerji və kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın həm daxili iqtisadi potensialını artırır, həm də onu Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Bu layihələr ölkənin tranzit imkanlarını genişləndirərək dövlət büdcəsinə əlavə gəlirlərin formalaşmasına da mühüm töhfə verir.

Deputat vurğulayıb ki, güclü iqtisadiyyat dövlətin sosial siyasətinin uğurla həyata keçirilməsi üçün əsas maliyyə bazasını formalaşdırır. Son illərdə əməkhaqları, pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlər dəfələrlə artırılıb, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının və aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində genişmiqyaslı proqramlar həyata keçirilib. İnsan amilinin dövlət siyasətinin mərkəzində dayanması ölkədə sosial rifahın yüksəldilməsini təmin edən əsas amillərdəndir.


O qeyd edib ki, Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər müdafiə sahəsində də mühüm üstünlüklər qazandırıb. Müasir silah və hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu yüksək peşəkarlığı, döyüş hazırlığı və texnoloji imkanları ilə regionun ən güclü silahlı qüvvələrindən biri kimi qəbul olunur. Müdafiə sənayesinin inkişaf etdirilməsi, yerli hərbi məhsulların istehsalının genişləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının davamlı olaraq gücləndirilməsi ölkənin milli təhlükəsizlik sistemini daha da möhkəmləndirib.


“Azərbaycanın özünü təmin edən dövlət modelinin formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahənin inkişafı, müasir suvarma sistemlərinin qurulması, yeni əkin sahələrinin istifadəyə verilməsi və yerli istehsalın stimullaşdırılması nəticəsində ölkənin ərzaq təminatı əhəmiyyətli dərəcədə güclənib. Bununla yanaşı, enerji təhlükəsizliyi sahəsində əldə olunan uğurlar Azərbaycanın təkcə öz daxili tələbatını tam ödəməsinə deyil, həm də beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirməsinə şərait yaradıb. Alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı da Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, yaşıl enerji zonalarının yaradılması və enerji səmərəliliyinin artırılması gələcək nəsillər üçün dayanıqlı iqtisadi model formalaşdırır”, - deyə Aydın Hüseynov bildirib.


Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın iqtisadi gücünün və maliyyə imkanlarının real göstəricisidir. Qısa müddət ərzində müasir avtomobil yollarının, tunellərin, körpülərin, elektrik yarımstansiyalarının, su anbarlarının, yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və digər sosial infrastruktur obyektlərinin tikilməsi dövlətin güclü iqtisadi potensialından xəbər verir. Həmin ərazilərdə yaradılan sənaye müəssisələri, kənd təsərrüfatı layihələri və "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları gələcəkdə ölkənin ümumi iqtisadi inkişafına mühüm töhfə verəcək.


O əlavə edib ki, rəqəmsallaşma, innovasiya və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən layihələr də Azərbaycanın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Elektron dövlət xidmətlərinin genişləndirilməsi, biznes mühitinin rəqəmsallaşdırılması və innovativ sahibkarlığın təşviqi ölkədə müasir iqtisadiyyatın formalaşmasına mühüm dəstək verir.


“Azərbaycanın əldə etdiyi uğurların əsasında milli maraqlara söykənən müstəqil dövlət siyasəti dayanır. Məhz bu siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış edir. Azərbaycanın iqtisadi qüdrəti, siyasi sabitliyi, güclü ordusu və milli həmrəyliyi ölkənin uzunmüddətli inkişafını təmin edən əsas amillərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası Azərbaycanın qarşıdakı illərdə də regionun lider dövləti kimi mövqeyini daha da gücləndirəcək. Güclü iqtisadiyyat, qüdrətli ordu, yüksək sosial rifah, innovativ inkişaf modeli və özünü tam təmin edən milli iqtisadiyyat Azərbaycanın gələcək uğurlarının əsas təminatıdır. Bu strateji kurs ölkənin milli maraqlarını etibarlı şəkildə qorumaqla yanaşı, vətəndaşların rifahının davamlı yüksəlməsinə, dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun yeni zirvələrə yüksəlməsinə xidmət edir”, - deyə Aydın Hüseynov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı

08:45
14 İyul

Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

08:40
14 İyul

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:35
14 İyul

Dövlətçiliyin sarsılmaz təməllərini yaradan Lider

08:30
14 İyul

Qüdrətli Azərbaycan dövlətinin qurucusu

08:25
14 İyul

Mədəni yaddaşın siyasi zəfəri: 1969-cu ildən başlayan yol

08:20
14 İyul

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

İnnovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da təkmilləşdiriləcək

08:10
14 İyul

Etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor

08:05
14 İyul

Şuşadan ünvanlanan mesajlar

08:00
14 İyul

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!