09 İyul 2026 12:27
249
SİYASƏT
A- A+
Tatyana Poloskova: Prezident İlham Əliyevə yüksək ictimai etimad Azərbaycanın tarixi uğurlarının nəticəsidir

Tatyana Poloskova: Prezident İlham Əliyevə yüksək ictimai etimad Azərbaycanın tarixi uğurlarının nəticəsidir


Prezident İlham Əliyevə Azərbaycan cəmiyyətində göstərilən yüksək ictimai etimad və yüksək reytinq kifayət qədər aydın səbəblərlə izah olunur. Cəmiyyət hər zaman əldə olunan konkret nəticələrə qiymət verir və bu nəticələr bu gün açıq şəkildə görünür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında duran ən mühüm milli məsələlərdən biri həll olunub: “İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın işğal altında olan əraziləri Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edildi, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu, dövlətçilik tarixində mühüm nailiyyətdir və cəmiyyətin dövlət başçısına göstərdiyi yüksək etimadın əsas səbəblərindən biridir. Prezident İlham Əliyev Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirməyə nail olub.

Nisbətən kiçik əraziyə malik və əsasən təbii resursları ilə tanınan Azərbaycan bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada mühüm cazibə mərkəzinə çevrilib. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq edir, ərəb dövlətləri ilə əlaqələrini genişləndirir və regionun əsas inkişaf mərkəzlərindən biri kimi çıxış edir”.

Rusiyalı ekspert hesab edir ki, Azərbaycanın inkişaf perspektivləri də kifayət qədər genişdir. “Azərbaycanın gələcəkdə Türkiyə, Qazaxıstan və digər tərəfdaş dövlətlərlə birlikdə dünya miqyasında mühüm iqtisadi və mədəni cazibə mərkəzlərindən birinə çevrilməsi üçün bütün imkanlar mövcuddur. Cənubi Qafqazda gedən proseslər Rusiyada da böyük maraqla izlənilir. Biz Rusiyada Azərbaycanda baş verən prosesləri diqqətlə izləyirik. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticələri həm regionda, həm də beynəlxalq səviyyədə aydın şəkildə görünür", - deyə T.Poloskova bildirib.

O, Azərbaycan-Rusiya münasibətlərinə də toxunaraq bildirib ki, iki ölkə arasında əməkdaşlıq sabit və praqmatik əsaslar üzərində inkişaf etməlidir. “Biz hesab edirik ki, Azərbaycan-Rusiya münasibətləri sabit, işgüzar və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanmalıdır. Bu münasibətlər hər iki ölkənin inkişafı üçün mühüm potensiala malikdir. Hesab edirəm ki, qarşıdurma heç bir tərəfin maraqlarına xidmət etmir və münasibətlər qarşılıqlı hörmət, etimad və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməlidir", – deyə Rusiyanın birinci dərəcəli dövlət müşaviri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunmasına dair ictimai müzakirə olub

20:20
09 İyul

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının kompleksi ucaldılır

19:55
09 İyul

Zəngilanda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim olunub

19:53
09 İyul

Naxçıvanın 2025-ci il büdcəsinin icrasına dair məsələ müzakirəyə çıxarılıb

19:50
09 İyul

Çində fabrikdə baş verən yanğın zamanı 28 nəfər ölüb

19:46
09 İyul

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

19:43
09 İyul

Azərbaycan və Fransa arasında parlament diplomatiyası məsələləri müzakirə olunub

19:40
09 İyul

Parlamentlərarası İttifaqın konfransında Azərbaycanın ekoloji bərpa təcrübəsindən danışılıb

19:36
09 İyul

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib

19:33
09 İyul

Azərbaycanda quraqlıq və səhralaşma prosesi üzrə tədqiqat aparılır  

19:30
09 İyul

Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar

17:36
09 İyul

Paytaxtda iki küçədə təmir işləri başa çatıb, daha dörd yolda yenidənqurma davam edir

17:33
09 İyul

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!