09 İyul 2026 12:52
305
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-diplomatik strategiya ölkəmizi etibarlı tərəfdaşa çevirib 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-diplomatik strategiya ölkəmizi etibarlı tərəfdaşa çevirib 


Müasir beynəlxalq münasibətlər sistemi dərin geosiyasi transformasiyalar dövrünü yaşayır. Qlobal güc balansının dəyişməsi, beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən formalaşması, regional münaqişələrin intensivləşməsi, iqtisadi rəqabətin sərtləşməsi və beynəlxalq hüququn ayrı-ayrı hallarda selektiv tətbiqi dövlətlərin xarici siyasət strategiyalarına yeni yanaşmalar tələb edir. Belə mürəkkəb beynəlxalq şəraitdə dövlətlərin beynəlxalq nüfuzu və dayanıqlı inkişafı yalnız onların iqtisadi və hərbi potensialı ilə deyil, həm də siyasi rəhbərliyin strateji baxışı, diplomatik məharəti, milli maraqları qətiyyətlə müdafiə etmək bacarığı və dəyişən geosiyasi reallıqları düzgün qiymətləndirmək qabiliyyəti ilə müəyyən olunur. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu xüsusi diqqət çəkir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət milli maraqların bütün daxili və xarici siyasət qərarlarının əsasını təşkil etdiyi müasir dövlət idarəçiliyi modelini formalaşdırıb. Bu modelin əsas xüsusiyyəti Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, müstəqil qərarvermə imkanlarının qorunması, milli maraqların beynəlxalq müstəvidə prinsipial şəkildə müdafiə olunması və ölkənin geosiyasi mövqeyinin ardıcıl olaraq gücləndirilməsidir. Prezident İlham Əliyevin siyasi-diplomatik fəaliyyətini xarakterizə edən başlıca cəhətlərdən biri də məhz praqmatizm ilə prinsipiallığın uğurlu sintezidir. Milli maraqlara aid məsələlərdə qətiyyətli mövqe nümayiş etdirilməsi, beynəlxalq əməkdaşlıq istiqamətlərində isə qarşılıqlı hörmət, bərabərhüquqluluq və qarşılıqlı fayda prinsiplərinin əsas götürülməsi Azərbaycanın xarici siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdəndir. Məhz bu yanaşma sayəsində Azərbaycan mürəkkəb geosiyasi proseslər fonunda müstəqil siyasi kursunu qorumaqla yanaşı, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri qurmağa nail olub.

“Müasir dövrdə diplomatiya yalnız dövlətlərarası danışıqlar mexanizmi deyil, həm də milli maraqların müdafiəsini təmin edən strateji alətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik fəaliyyət də məhz bu fəlsəfəyə əsaslanır. Azərbaycanın xarici siyasəti heç bir geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən, milli maraqları əsas götürən balanslaşdırılmış və çoxşaxəli diplomatik kurs üzərində qurulub. Bu siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı, məsuliyyətli və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edilməsini təmin edib. Bu gün Azərbaycanın beynəlxalq nüfuzunu müəyyən edən əsas amillərdən biri onun qlobal və regional gündəliyin formalaşmasında fəal iştirakıdır. Enerji təhlükəsizliyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, yaşıl enerji keçidi, iqlim diplomatiyası, humanitar əməkdaşlıq və regional iqtisadi inteqrasiya istiqamətlərində irəli sürülən təşəbbüslər göstərir ki, Azərbaycan artıq beynəlxalq proseslərə yalnız reaksiya verən deyil, onların məzmununa və inkişaf istiqamətinə təsir göstərən dövlətlər sırasında yer alır. Bu isə müasir diplomatiyada siyasi nüfuzun və strateji etibarlılığın əsas göstəricilərindən hesab olunur.

Prezident İlham Əliyevin diplomatik liderlik modelinin ən mühüm xüsusiyyətlərindən biri milli maraqların qlobal məsuliyyət anlayışı ilə uzlaşdırılmasıdır. Azərbaycan bir tərəfdən dövlət suverenliyi, ərazi bütövlüyü və milli maraqlarının qorunması məsələlərində prinsipial mövqe nümayiş etdirir, digər tərəfdən isə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri və humanitar əməkdaşlıq kimi beynəlxalq əhəmiyyət daşıyan istiqamətlər üzrə qlobal səylərə mühüm töhfələr verir. Bu siyasət ölkəmizin beynəlxalq etibarlılığını və diplomatik nüfuzunu daha da möhkəmləndirib", - deyə politoloq vurğulayıb.

A.Qurbanova deyib: “Prezident İlham Əliyevin diplomatik fəaliyyətinin ən mühüm mərhələlərindən biri, heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsindən sonrakı mərhələ oldu. Hərbi zəfərin diplomatik müstəvidə uğurla möhkəmləndirilməsi, regionda formalaşmış yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə qəbul etdirilməsi, Azərbaycanın suveren hüquqlarının ardıcıl şəkildə müdafiə olunması və postmünaqişə dövrünün gündəliyinin müəyyənləşdirilməsi göstərdi ki, müasir beynəlxalq münasibətlər sistemində hərbi uğurların strateji nəticələrə çevrilməsi yalnız güclü və məqsədyönlü diplomatiya vasitəsilə mümkündür”.

O əlavə edib ki, bu gün Azərbaycan regionun aparıcı siyasi və iqtisadi güc mərkəzlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-diplomatik strategiya ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, onu qlobal əhəmiyyətli təşəbbüslərin fəal iştirakçısı və etibarlı tərəfdaşına çevirib. Milli maraqlara əsaslanan, praqmatik, balanslaşdırılmış və prinsipial xarici siyasət kursu müasir Azərbaycan diplomatiyasının əsasını təşkil edir və ölkəmizin uzunmüddətli milli inkişaf strategiyasının mühüm təminatlarından biri kimi çıxış edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunmasına dair ictimai müzakirə olub

20:20
09 İyul

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının kompleksi ucaldılır

19:55
09 İyul

Zəngilanda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim olunub

19:53
09 İyul

Naxçıvanın 2025-ci il büdcəsinin icrasına dair məsələ müzakirəyə çıxarılıb

19:50
09 İyul

Çində fabrikdə baş verən yanğın zamanı 28 nəfər ölüb

19:46
09 İyul

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

19:43
09 İyul

Azərbaycan və Fransa arasında parlament diplomatiyası məsələləri müzakirə olunub

19:40
09 İyul

Parlamentlərarası İttifaqın konfransında Azərbaycanın ekoloji bərpa təcrübəsindən danışılıb

19:36
09 İyul

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib

19:33
09 İyul

Azərbaycanda quraqlıq və səhralaşma prosesi üzrə tədqiqat aparılır  

19:30
09 İyul

Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar

17:36
09 İyul

Paytaxtda iki küçədə təmir işləri başa çatıb, daha dörd yolda yenidənqurma davam edir

17:33
09 İyul

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!