02 Mart 2023 01:36
7789
Oxucu məktubları
A- A+
Şəhidimizlə fəxr edirik

Şəhidimizlə fəxr edirik

 

Vətən müharibəsinin ilk günlərindən yüzlərlə qubalı gənc Ali Baş Komandanın çağırışı ilə ordu sıralarına yazıldı. Kiminin taleyinə şəhidlik zirvəsi yazıldı, kimisi də qalib kimi evinə, yurduna döndü. 
Alın yazısı şəhidlik olan oğullardan biri də Tamerlan İlqar oğlu Əliyevdir. O, Rusiyanın Ufa şəhərində doğulmuş, orada böyümüşdü. Qubaya gəldiyi bir neçə il idi. Amma vətən sevgisini doğulandan dadmışdı.
Mən onu yaxından tanımırdım. Lakin barəsində o qədər xoş söz eşitmişəm ki, bəlkə yüz yaşlı bir insanın ömür kitabına yerləşdirmək olar onları.  Eşidəndə ki, Qubada küçələrdən birinə Tamerlanın adı verilib, bir rayon sakini kimi sevindim. Çünki belə oğullar unudulmamalıdır. 
Əvvəllər həmin küçə təmirsiz idi və bu, qubalıları çox üzürdü. Onun da çarəsi tapıldı. Rayon yerində xəbər tez yayılır. Eşitdik ki, həmin küçənin təmirinə başlanıb. Camaatımızın çoxu təmir günlərində yolunu oradan salırdı.  Hamı da əlindən gələn köməyi etməyi özünə borc bilirdi.
İndi Tamerlanın adını daşıyan küçə Qubanın gözoxşayan ərazisinə çevrilib. Hər dəfə bu küçədən keçəndə içimdə bir qürur hissi yaşayıram. Birincisi, canını Vətənə qurban verən bir oğulun adını daşıyan küçədən keçdiyim, ikincisi də  qədirbilən xalqın nümayəndəsi olduğum üçün.

Akif BƏŞİROV,
Quba rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir

10:50
12 Mart

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK

10:26
12 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri başa çatıb  

09:27
12 Mart

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!